Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Qadın basketbolunda nəticələrə daha tez nail olmaq mümkündür" – Emin Əmrullayev
    25.02.2026 13:35:07

    Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev "Gəncə" və "Sabah" komandaları arasında keçirilmiş ölkə Kubokunun final oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az saytı həmin müsahibəni təqdim edir:

    – Final oyununun nəticəsi sizin üçün nə dərəcədə gözlənilməz oldu?
    – Əslində, adətən güclü olan qalib gəlir. “Gəncə”ni və komandanın azarkeşlərini təbrik etmək lazımdır. Bununla belə, “Sabah” da Azərbaycan basketbolunun güclü klublarındandır. Belə rəqabətin olması müəyyən mənada müsbət haldır. Azərbaycan Kubokunun formatı ABL-dən bir qədər fərqlənir. “Gəncə”nin heyətində milli komandamızın bir neçə əsas oyunçusu çıxış edir. Bu il Kubokun qalibi “Gəncə” oldu, onları təbrik edirəm. Finalda çox gözəl atmosfer var idi. Oyuna gələn və aktiv dəstək göstərən azarkeşlərə təşəkkür edirəm. Bu, basketbolu həm oyunçular, həm də tamaşaçılar üçün daha maraqlı edir.

    – Yeni mövsümdə ABL-də “3+2” limitini qaytarmaq mümkündürmü?
    – Mövcud limitimiz artıq FIBA qaydalarına uyğundur. Klublarımız avrokuboklarda 5 yerli və 7 legioner basketbolçu ilə çıxış edə bilir. Biz də eyni modeli tətbiq edirik ki, klublar tədricən inkişaf etsin. Limiti süni şəkildə 2 yerli oyunçuya endirmək ilk baxışda azərbaycanlı basketbolçular üçün daha çox imkan yaradır kimi görünə bilər. Amma praktikada bu, rəqabət səviyyəsini aşağı sala bilər. Düşünürəm ki, bir neçə ildən sonra yerli oyunçuların sayı və keyfiyyəti lazımi səviyyəyə çatarsa, bu formata qayıtmaq barədə düşünmək olar.

    – “Gəncə” Kubokun qalibi kimi avrokuboklarda oynamağa layiqdirmi?
    – Bütün klublar buna layiqdir. Amma format belədir ki, çempionat da başa çatmalıdır. Avrokuboklara vəsiqə əsasən çempionatdakı mövqelərə görə müəyyənləşir. Sevindirici haldır ki, əvvəlki illərdə federasiyanın dəstəyi ilə idarə olunan klubların əksəriyyəti artıq müstəqil idarəetməyə keçib və sponsorları var. Bu səbəbdən qərarın klub rəhbərləri ilə birgə verilməsi daha doğru olar. Yəqin ki, yay aylarının sonuna yaxın bu məsələ daha aktuallaşacaq. Federasiyanın mövqeyi aydındır: klublarımız avrokuboklarda nə qədər çox iştirak etsə, bir o qədər yaxşıdır. “Abşeron Layns”, “Neftçi” və “Sabah”ın avrokubok təcrübəsi ümumi səviyyəni artırır. Çox güman ki, 3 klubumuz olacaq, bəlkə də 4. Amma bu, klubların maliyyə imkanlarından və FIBA-nın ayırdığı kvotadan asılıdır. Biz istəyirik ki, klublarımız avrokubok səviyyəsinə çıxa bilsin.

    – Milli komanda səviyyəsində dirçəliş hiss olunurmu?
    – Milli səviyyədə ciddi dəyişiklikləri, düşünürəm ki, 2030-cu illərə yaxın görəcəyik. İlk real nəticələr U-16 kateqoriyasında görünməlidir. Qızlarda bu artıq hiss olunur. Ötən il U-18 komandamız yaxşı çıxış etdi. Bu basketbolçuların yaşı 16-17-dir. COVID dövründə məşqlər dayanmışdı və 2011-2012-ci il təvəllüdlü oyunçuların sayı azdır. Əsas ümidlər 2013-2014-cü il təvəllüdlülərlə bağlıdır. Onların səviyyəsi görülən işin keyfiyyətini göstərəcək və biz həmin nəsli 2029-2030-cu illərdə görəcəyik.

    Bu o demək deyil ki, hazırkı milli komandaya ümid yoxdur. Sadəcə, 20 yaşdan yuxarı oyunçularımız azdır. Legioner limiti də bununla bağlıdır. Məqsədimiz odur ki, Azərbaycan basketbolunun yetirmələri təkcə ölkədə deyil, xarici liqalarda da oynasınlar. Açıq desəm, 2030-cu ildən əvvəl ciddi nəticə gözləmək real deyil. Zaman lazımdır. Amma indiki temp qorunarsa, fundamental dəyişikliklər mümkündür.

    Növbəti mövsümdən coğrafiyanı bir qədər də genişləndirmək istəyirik. Uşaq basketbol liqalarının sayı artır, Ötən il U-13 Liqası keçirirdik, bu ildən U-11 də təşkil olunur. Qadın liqasının yaradılması isə gündəmdədir. Bu, ya gələn mövsüm, ya da ondan sonrakı mövsüm keçirilə bilər. İnanıram ki, qadın basketbolunda nəticələrə daha tez nail olmaq mümkündür. Kişi basketbolunda isə bir qədər çox vaxt tələb olunacaq. Biz inkişafı sistemli və mərhələli şəkildə davam etdirməyə çalışırıq.

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Müsahibə

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved