Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rəhim Həsənov bizə kimin səhv etdiyini açıqlamalıdır" – Ramiz Məmmədov "od püskürdü"
    19.02.2026 18:46:55

    "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov I Liqanın XV turunun "Şəfa" ilə oyunundan (2:2) sonra Prosport.Az saytının suallarını cavablandırıb.

    Həmin müsahibəni təqdim edirik:

    – İlk hissədən sonra hesab 2:0 "Şəfa"nın xeyrinə idi. Komandanızın oyuna inamsız başlaması nə ilə əlaqədar idi?
    – Bütün futbol ictimaiyyətini, xüsusilə mingəçevirli azarkeşlərimi salamlayıram. Az miqdarda da olsa, oyunumuza azarkeşlərimiz gəlmişdi. 2:2 nəticəsi onu göstərir ki, komandamız sınmadı, yüksək əzmkarlıq göstərdi. Buraxdığımız erkən qollar bu komandanın iradəsini sındıra bilməz. Nə həyəcan var idi, nə başqa bir şey. Sadəcə, havanın küləkli olması bir az oyunumuza təsir etdi. Həm də bilirsiniz ki, bu heyət qısa zamanda yığılıb. Onların bir-birinə uyğunlaşması üçün indidən sonra ən azı 15 gün vaxt lazımdır. Ancaq bugünkü matçda göstərdik ki, bütün futbolçularımız əsas heyətdə oynamağa layiqdir. Futbolçuların hər birinə "sağ ol" deyirəm, əzmkarlıq göstərdilər və "Mingəçevir"in nəyə qadir olduğunu bir daha isbat etdilər.

    – Bu gün 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?
    – Biz 2 xal itirdik.

    – Qələbə üçün gəlmişdiniz...
    – Bəli. Hakimlərin də kobud səhvləri oldu. Adətən hakimlər haqqında çox danışmıram. Amma bəli, son günlərdə danışmışam. Mən dünya futbolunda 1 dəqiqə 35 saniyəyə 1 qapıya 2 penalti təyin edildiyini görməmişəm. Amma bizim qapımıza görmüşəm. Mən o adamları günahlandırmıram. Amma hakimlikdən narazılığımı bildirirəm. Üzümü AFFA-ya və Hakimlər Komitəsinə tuturam. Mən istəyərəm ki, Rəhim Həsənov necə yüksək liqa oyunlarındakı hakim səhvlərini bir-bir göstərir, I Liqadakı matçları da təhlil etsinlər və futbol ictimaiyyətinə göstərsinlər. Bu, bizim inkişafımız, irəli getməyimiz deməkdir. Əgər Azərbaycan futbolunun inkişafını istəyiriksə, mütləq bu olmalıdır. Hakimlər Komitəsinin sədri bizə kimin səhv etdiyini, hansı qərarların düz olduğunu açıqlamalıdır. Onda biz inkişafdan danışacağıq.

    – Maraqlıdır ki, bu gün "Şəfa" da verilən qırmızı vərəqəyə görə hakimlikdən razı qalmadı. Bu isə onu göstərir ki, ümumi narazılıq var...
    – Bunu mən yox, Hakimlər Komitəsi fikirləşməlidir. Mən bunu fikirləşə, heç kimin əvəzinə söz deyə bilmərəm. Sadəcə, Qurban müəllim (Qurban Qurbanovu nəzərdə tutur – red.) necə meydanların bərbad vəziyyətdə olduğunu deyir, mən də bir baş məşqçi kimi bildirirəm ki, I Liqada hakimlərin idarəçiliyinə bütün futbol ictimaiyyəti qarşısında qiymət verilməlidir. Hamı bilməlidir ki, hansı hakim səhv, hansı düz etdi. Qərarları biz bilməliyik.

    – Ardıcıl 2 oyundur ki, "Şəfa" ilə matçda qırmızı vərəqə alırsınız. Mingəçevirdə də cəzalandırılmışdınız. Bu barədə nə deyə bilərsiniz?
    – Bilirsiniz ki, mən futbolçu vaxtı da çılğın olmuşam. Amma hər iki oyunda haqsız yerə qırmızı vərəqə almışam. Nə qədər belə səhvlər olar? Demirəm ki, qərəz var. Bizim lehimizə olan cərimə zərbələri verilmir, ancaq xırda toxunuşlar cərimə sayılır. Ona görə etirazımı bildirir və haqq səsimi qaldırıram. Artıq dərəcədə xahiş edirəm ki, Hakimlər Komitəsi I Liqadakı idarəçiliyi analiz etsin.

    – Oyundan sonra baş verən konflikt barədə nə deyə bilərsiniz? İnsidentdə qış fasiləsində məhz "Şəfa"dan "Mingəçevir"ə keçən Amil Yunanov da iştirak etdi. Bu barədə də fikirlərinizi bildirərdiniz...
    – Mən orada Amilin hansısa tərbiyəsizlik etdiyini görmədim. Komandamıza qoşulanda da "Şəfa" və onun rəhbərliyi haqqında yüksək fikirlər səsləndirib. Hətta meydana çıxanda, oyunda ajiotaj olacağını bilirdi. Uşaqlara da bu barədə dedi və xahiş etdi ki, həddindən artıq sakit və dostyana oynasınlar. Hər iki komandada çıxış edən futbolçular bizim tələbələrimiz, övladlarımızdır. Futbolun emosional oyun olduğunu bir daha gördük. Xırda bir şeydən yüngül partlayış ola bilir.

    – Bu nəticədən sonra "Mingəçevir" 3-cü pilləyə yüksəldi. Lider "Şəfa" ilə xal fərqi 7-dir...
    – Son tura qədər oynayacaq və qarşımıza qoyduğumuz çempionluq hədəfi barədə fikirləşəcəyik. İnanırıq ki, sonda sevinən tərəf biz olacağıq.

    Səbuhi Musa

    Futbol

    "Qarabağ"a transferim baş tutmadı" - Belaruslu qapıçı

    4.09.2026 12:10:32
    Güləş

    “Növbəti hədəfim dünya çempionu olmaqdır” - Camal Feyziyev

    2.09.2026 18:51:59
    Müsahibə

    "İkiqat dünya çepionu olmaq istəyirəm" – Vüsal Əliyev

    31.08.2026 19:28:46
    Müsahibə

    "Qol epizodlarından istifadə edə bilmirik" - "Zirə"nin futbolçusu

    31.08.2026 14:12:41
    Müsahibə

    "Qarabağ"a qarşı məndə daha çox əsəb və qəzəb vardı" – Aleksey İsayev

    28.08.2026 16:49:30
    Futbol

    "Hər şeyi etdik, amma alınmadı" – Kadi

    28.08.2026 12:00:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved