Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Qarabağ” niyə böyük hesabla uduzdu? - YAZI
    19.02.2026 15:46:09

    Dünən “Qarabağ”ın "Nyukasl Yunayted"ə 1:6 məğlubiyyətinin bir neçə səbəbi vardı.

    Soyuq başla analiz edəndə bunları görməmək mümkün deyil. Bəs hansılar idi onlar?

    1. Erkən qollar. İlk 10 dəqiqədə 2 top buraxdıq. Bu, hesabın böyük alınmasında əsas faktor oldu. “Qarabağ”ın futbolçuları özlərini itirdi. Hətta “Enfild Roud”dakı ilk hissədə belə bərbad oynamamışdıq. İlk hissədə qapıya zərbə endirə bilmədik. Düzdür, sonradan İngiltərədə 1-ci penalti qərarının yanlış olduğu bildirildi. Ancaq qeydə alınan 1-ci və 2-ci penalti “Qarabağ” üzərində hesabın katastrofik həddə çatmasına gətirib çıxardı. Ancaq 2-ci hissədə çox qol olmayacağı görünən idi. “Nyukasl” istəyinə çatmışdı, “Qarabağ” da qol vurmaq iqtidarında deyildi. Həmkarlarıma fasilədə hesabın 1:6 ola biləcəyini demişdim.

    2. Edi Hau bicliyi. Hau oyunu yaxşı oxumuşdu, bütün matçlarımızı izləmişdi. Antoni Qordonun alman hücumçu Niklas Voltemade ilə hücum xəttində yerdəyişməsi sürpriz addım idi. Oyun mərkəzdə Qordon üzərində qurulmuşdu. Bu da ilk hissədə Qordonun 4 qol vurmasına və sonda MVP seçilməsinə səbəb oldu.

    3. Qurban Qurbanovun (QQ) hücum taktikası. QQ bu matçda ənənəsinə sadiq qaldı. Yenə “Liverpul”la oyunda olduğu kimi, eyni heyət və eyni taktiki düzülüşü – 4-2-3-1-i sınadı. Bu, filin önünə qarışqa ilə çıxmaq kimi bir şey idi. QQ məğlubiyyətə baxmayaraq, yaxşı futbol – hücum oyunu göstərmək istəyirdi, ancaq əksi baş verdi. Liverpulda 5-ci qoldan sonra (67-ci dəqiqə) “Qarabağ” 5-li müdafiəyə keçmişdisə, bu dəfə erkən qollar QQ-ni fasilədən sonra bunu etməyə məcbur etdi. İnsafən uzun müddət oynamayan Bədəvi Hüseynov 5-li müdafiədə özünü yaxşı göstərdi. Bir sözlə, 5-2-2-1 taktiki düzülüşündən sonra komanda özünə gəldi, müdafiədə etibarlı oynadı və 2-ci hissədə “Nyukasl”dan daha çox qapıya zərbə vurmaq imkanı əldə etdi.

    4. Erkən əvəzetmə. 22-ci dəqiqədə Bəhlul Mustafazadənin zədələnib çıxması da sonrakı 3 topda rol oynadı. Dani Boltun mərkəz müdafiəçisi funksiyası olmadığından, orta xətt tamamilə iflic vəziyyətinə düşdü. Yaxşı ki, Mateuş Koxalski kimi qapıçının seyvləri vardı. Yeri gəlmişkən, Bəhlulun zədəsinin ciddi olduğunu düşünmürəm, belə zədələr sürətli oyun zamanı əzələlərin gərginliyə dözməməsindən irəli gəlir.

    5. Dayaq yarımmüdafiəçilərinin özünü doğrultmaması. Nə Filip Yankoviç, nə də Pedro Bikalyo öz günündə deyildi. 6 nömrə oynayan hər 2 futbolçu 2 qiymətinə layiqdir. “Sağsağanlar” müdafiəçilərimiz önünə onların yoxluğunu hiss etmədən çıxırdı. Ümumiyyətlə, Yankoviç uzun zədədən sonra özünə gələ bilməyib və bu gedişlə yayda göndərilə bilər.

    6. Rəqibin İngiltərə təmsilçisi olması. Bu hissəni sona saxlamışam ki, darmadağınla uduzmaq bəhanə kimi qəbul edilməsin. Əslində bu oyun göstərdi ki, düzgün taktika seçilsəydi belə, bizim “Nyukasl” önündə şansımız yox idi. “Futbol biliciləri”miz, “ekspert”lərimiz PSJ-dənsə, “Nyukasl”la düşdüyümüzü düşünəndə sevinirdi. Hiss olunurdu ki, bunların çoxu ömürlərini İtaliya (dünən bütün klubları uduzdu) və İspaniya çempionatına baxmaqla keçirənlərdir. Və ya “Çelsi”nin 2 və ya 3-cü heyəti ilə heç-heçəyə aldananlar da vardı. İngiltərədə autsayder “Vulverhempton”la oyunda belə şansımız yoxdur (adamlar dünən lideri büdrətdi). Qardaş, alınmır bizdə İngiltərə futboluna qarşı oyunlar. Hələ ki bunun düsturunu tapmaq üçün çox böyüməliyik.

    Səbuhi MUSA

    Futbol

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    P.S.

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    P.S.

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    P.S.

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    Futbol

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    P.S.

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan - Tacikistan matçının hakimləri bilindi

    15.09.2026 16:18:53

    Ramil Şeydayev əvəzləndi, "Soçi" geridönüş etdi

    15.09.2026 15:43:29

    "Formula 1"in tanınmış pilotu Bakıda cərimələnə bilər

    15.09.2026 15:12:32

    "Yeni Ulduz"un mükafatçısı idman səfiri seçildi

    15.09.2026 14:42:07

    "Araz-Naxçıvan" millinin bazasına çevrilir - Məşqçi açıqladı

    15.09.2026 14:16:19

    "Kəpəz" azarkeşlərinə görə xərcə düşdü

    15.09.2026 13:40:42

    "Zirə" hücumçusunu icarəyə verdi

    15.09.2026 13:15:11

    Azərbaycandan ayrılıb, II Liqa klubuna keçdi

    15.09.2026 12:45:47

    "Sabah" "Qarabağ"ın göstəricisini təkrarladı

    15.09.2026 12:13:15

    "Sabah"a 3 qol vuran futbolçu əsas komandada

    15.09.2026 11:42:34

    Pərdəni azərbaycanlı futbolçu açdı, komandası böyükhesablı qələbə qazandı

    15.09.2026 11:14:11

    Nigeriyalı futbolçu Azərbaycana niyə gəlib?

    15.09.2026 10:50:33

    Millimizin üzvü oynadı, komandası darmadağın oldu

    15.09.2026 10:26:47

    "Qarabağ"ın legioneri Ukrayna millisinə çağırıla bilər

    15.09.2026 10:00:38

    "Zirə" və "Sabah"dan darmadağın, "Qəbələ" uduzdu

    14.09.2026 23:45:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved