Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunun gümüş medalı ilə kifayətlənib.
Prosport.Az xəbər verir ki, final qarşılaşmasında U-16 millimizin rəqibi Kipr yığması olub.
Millimiz gərgin və maraqlı keçən final oyunun yekununda rəqibinə 75:78 hesabı ilə məğlub olaraq, yarışı ikinci sırada tamamlayıb.
Komandamızın türkəsilli basketbolçusu Dərin Bərkoz All-Five Star seçilib. O, final oyununda 18 xal, 10 ribaund və 9 assistlə yadda qalıb. Kiprin türkəsilli basketbolçusu Dəmir Öztoprak MVP seçilib. Çempion Kiprdən Dimitris Mannaris, bürünc medalçı Andorradan İqnasi Armenqol və 4-cü yeri tutmuş meydan sahibi Kosovodan Lis Binişi də All-Star Five seçilib.

