Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    3 nəfərə 3500 adam yığan klub tənqid olunmalıdırmı? – YAZI
    17.02.2026 16:31:51

    Ölkə futbolunda hadisələr elə sürətlə cərəyan edir ki, bir hadisəyə münasibət bildirməmiş, digəri ilə bağlı səs-küy qalxır. Məsələn, dünəndən "Qəbələ" – "Sabah" oyunundakı "Qəbələ"nin sayılmayan qolu gündəmi zəbt edib...

    Biz isə bu matçdan 1 gün əvvələ qayıdış edəcəyik. Qubada keçirilən "İmişli" – "Qarabağ" oyununa gedək. Qurban Qurbanovun oyundan sonrakı fikirləri bomba effekti verdi.

    Qurban müəllimin "İmişli"nin ev oyununu keçirdiyi Quba Olimpiya İdman Kompleksinin stadionu barədə fikirləri mövsümün əvvəlindən haqlı, haqsız tənqid olunan bu klub haqda fikirlərin sərtləşməsinə yenidən rəvac verdi. Ancaq məsələyə isti başla baxanda hər şey bu cür görünə bilər...

    Ölkə futbolunda ən çox tənqid olunan klub ünvanına malik olan "İmişli" bu tənqidlərin bəzilərini haqq edirmi?

    Əvvələ qayıdacağam. "İmişli" 2022-ci ildə futbola gəlmiş və futbolumuzda müstəqil sponsoru olan tək-tük klublardandır. RDC şirkəti sinəsini qabağa verərək İmişliyə yenidən futbolun qayıtmasına çalışıb. İstəsə, Bakıda da bunu edərdi, etmədilər. "İmişli" kimi öz sponsoru olan klublardan yalnız "Qarabağ"ı və "Turan Tovuz"u göstərmək olar. Digər klublar enində-sonunda ya dövlətdən, ya da dövlətin dotasiyasından qidalanır.

    Bu qədər sərt açıqlamağa ehtiyac varmı, Qurban müəllim? "Turan Tovuz"u tənqid edəndə cümlələri də ehtiyatla tutmağa çalışırıq. Qorxuruq ki, Ehtiram Quliyev küsüb gedər. Bəs qorxmursunuz ki, Kamran Eyyubov da futbola gəldiyindən peşman olar? Bizə Vasif Talıbovun rəhbəri olduğu "Araz-Naxçıvan" kimi küsən komandalar lazımdır? 

    "İmişli" mövsümün əvvəlindən stadion məsələsinə görə günahlandırılır. 2 dəfə Prosport.Az saytında Kamran Eyyubovun geniş müsahibəsi dərc olunub və hər ikisində də məsələ tam izah edilib. Bu yaxınlarda stadionla bağlı "Sportinfo"da izah etdikləri bizə yad deyildi bu səbəbdən...

    Düzdür, bəzi tənqidlər mövsümün gedişatında yaxşı nəticələrlə tərifə doğru dəyişib. Ancaq zaman-zaman stadion məsələsi qabardılır. Stadion üçün ayda 9 min manat pul xərclənir. Nə üçün? Arenda üçün. Stadion kimin balansındadır? Gənclər və İdman Nazirliyinin. Bəs niyə "Azəridmanservis"in adı çəkilmir? Axı klub təxminən 90 min manatı bu şirkətə verir ki, stadionu düzgün hala salsın.

    Ümumiyyətlə, bu stadionda yalnız 1 əcnəbi futbolçu zədə alıb. O da "Qarabağ"ın oyunçusu deyil. “Zirə”nin gürcüstanlı futbolçusu Davit Volkovidir. Əgər klublara stadionla bağlı 1 illik möhlət verilməsini pisləyirsizsə, Qurban müəllim, siz özünüz 31.07.2025-ci il tarixində infrastrukturla bağlı AFFA İcraiyyə Komitəsinin iclasında iştirak etmisiniz. Etməmisinizsə belə, burada başıbəlalı "İmişli" neyləsin?

    "İmişli" I Liqadan gətirdiyi oyunçulara güvənən klubdur həm də. Klubun "Qarabağ"la oyunundakı yerlilərin və əcnəbilərin siyahısına baxmaq kifayət edir. Bu büdcə ilə lider "Sabah"ı məğlub edən yeganə klubdur "İmişli". Andrey Demçenko və Rəşad Sadıqov da bu arenada komanda meydana çıxardı, ancaq heç biri bu qədər sərt tənqid etmədi, ümumiyyətlə, stadionla bağlı suala cavab vermədi. “İmişli” həm də ilk oyunda “Qarabağ”a yer dəyişikliyi ilə bağlı təklifə müsbət yanaşan klubdur. Hərçənd, “Neftçi” kimi klub, nəinki yerdəyişməyə, təxirəsalmaya razı olmurdu.

    Maraqlı məqamı da qeyd edək. Stadionda 3500 və bəlkə də daha çox azarkeş vardı. Bunların çoxu qubalı azarkeşlər idi. Bəli, onlar "İmişli"yə görə yox, "Qarabağ"a görə gəlmişdilər. Ancaq klubdan əldə etdiyimiz məlumata görə, bu biletlərin qiyməti 3 manata olub və bilet satışı klubun cəmi 3 əməkdaşı vasitəsilə həyata keçirilib. Neytral meydanda keçirilən stadionda bu qədər azarkeşin olması Azərbaycan futbolunda ilk belə haldır...

    Sonda onu da deyək. Bəli, "İmişli" də digər klublar kimi tənqidlərdən qaça bilməz. Tənqid edilməlidir. Zatən tənqid inkişafa aparan yoldur. Məsələn, klub texniki məğlubiyyətə görə tənqid olunurdu. Düz də edilirdi. Çünki biz də fikirləşirik ki, klub Premyer Liqaya çıxanda təcrübəli funksionerlər kluba cəlb olunmalı idi. Bu barədə klub prezidentinə müsahibəmizdə verdiyimiz sual da vardı. Ancaq hər şey haqlı tənqid olunanda, daha yaxşı görünür.

    Mahmud

    Futbol

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    Futbol

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    P.S.

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    Futbol

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    Futbol

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Toral Bayramovun komandasının oyununda hakim biabırçılığı - VİDEO

    4.09.2026 11:17:26

    Murad Məmmədov Kiprdə ilk titulunu qazandı

    4.09.2026 10:50:28

    Millimizin türkiyəli baş məşqçisi ilə yollar ayrıldı

    4.09.2026 10:26:43

    Premyer Liqa: IV tur Qəbələdə start götürür

    4.09.2026 10:04:28

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57

    Qız voleybolçularımızdan Avropa çempionatında erkən vida, oğlanlar 2 qələbə qazandı

    3.09.2026 23:05:15

    Cenevrədə UEFA hakimlərinin yay kursu keçirildi – FOTOLAR

    3.09.2026 22:31:37

    Mahir Emrelidən 6-cı qol, "Rakuv" yenə uduzdu

    3.09.2026 21:57:37

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində səs-küylü ayrılıq

    3.09.2026 21:46:13

    "Neftçi SOCAR" mövsüm finalında Fransa, Niderland, Almaniya millilərinə qarşı

    3.09.2026 21:09:43

    Cüdo yığmamız Avropa çempionatına 2 "qızıl"la başladı - YENİLƏNİB

    3.09.2026 20:42:40

    "Zirə"dən günün 2-ci transferi - VİDEO

    3.09.2026 20:20:17

    "Karvan Yevlax" mövsümə qələbə, "Səbail" və "Xankəndi" heç-heçə ilə başladı

    3.09.2026 19:41:20

    "Neftçi"nin sabiq futbolçusu "Olimpiakos"a keçdi

    3.09.2026 19:16:14

    "Mançester Yunayted"in 65 milyonluq yeni transferi "Sabah"a qarşı oynamayacaq

    3.09.2026 18:23:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved