Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Digər idman növləri
    "Atam dəhşətli dərəcədə “Qarabağ”a inanırdı" – Şəhriyar Məmmədyarov
    15.02.2026 12:41:27

    Şahmat üzrə Azərbaycan yığmasının üzvü, rapid üzrə dünya, komandalar arasında üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Ölkə çempionatından əvvəlki turnirlərdə fərqli nəticələr əldə etmisən. Sanki son partiyalarda istədiyin nəticəni qazanmaqda çətinlik çəkirsən?
    – Son 8 oyunda istədiyim nəticəni əldə etmirəm. Ötən il keçirilən Dünya Kubokunda yarışı ağır məğlubiyyətlə başa vurdum. Yəni qazandığım oyunu uduzdum. Bu yarış istənilən peşəkar şahmatçıya çox vacibdir. Dünya Kubokundakı məğlubiyyətdən sonra mənim üçün çətin oldu. Rahat uduş vəziyyəti olduğu halda partiyanı məğlub başa vurdum. 2026-cı il mənim üçün uğurlu başlamadı. Bundesliqada ardıcıl 4 partiyada heç-heçə oynadım. Azərbaycan çempionatında da ilk oyunda bərabərlik qeydə alındı. Yarışlar çox olduğuna görə çətinlik aşkar hiss olunur.

    – Deməli, 2026-cı ilin ilk qələbəsini Azərbaycan çempionatında qazandın...
    – Tam doğru, bu ilin ilk qələbəsini 1/16 final mərhələsinin cavab partiyasında əldə etdim. Rəqibim Murad İbrahimli çox güclü oynadı. Ümumiyyətlə, azərbaycanlı yeniyetmə və gənc şahmatçılar çox yaxşı mübarizə göstərir. Təəccüblü odur ki, yaxşı oynasalar da reytinqləri çox aşağıdır. Azərbaycan çempionatı kimi yarışlar çox gərgin keçir. Normalda tanınmış şahmatçılar belə yarışlarda iştirak etmir. Çünki reytinq itirirsən. Mən 1/16 finalda Murad İbrahimlini 1,5:0,5 hesabıyla üstələdim. Növbəti mərhələyə adlasam da, reytinq itirdim. Belə hallardan qaçmaq üçün çox şahmatçı bu yarışlarda iştirak etmir.

    – Halbuki 1/16 finalın ilk görüşündə də qələbəyə oynaya bilərdiniz...
    – Düzünü desəm, əvvəlki illərim olsaydı, yəni daha gənc olsaydım, qara fiqurlarla qələbəyə oynayardım. Zaman keçdikcə fərqli düşünürsən. Əsas mərhələ adlamaqdır. Risk etmək istəmədim, etiraf edirəm. İlk oyunda heç-heçə, cavab görüşündə qələbə qazanmaqla 1/8 finala vəsiqə qazandım. Yarışdan əvvəl Murad İbrahimlinin oyununa baxdım. İnternetdə çoxlu sayda onlayn yarışlarda iştirakını gördüm. İlk qarşıma çıxan Maqnus Karlsenlə partiyası oldu. 1:0 hesablı qələbə qazanıb. Növbəti oyunu Hikaru Nakamurayla partiya idi, orada da qalib gəlib. Son illərdə internetdə çox oyun keçirirlər. Yəni, gənc və yeniyetmə şahmatçılarımız bu gün oyun baxımından artırıb. İnternet üzərindən olsa belə, artıq dünyada onlayn yarışda nəticələr adi qəbul edilmir. Türkiyənin özündə də internetdə güclü rəqib üzərində qələbə böyük hadisə kimi qəbul edilir. Səmimi fikirlərimdir. Yaxınlarda bacım Zeynəb Məmmədyarovanın məktəbinə getmişdim. Orada yeniyetmələrin blits yarışını izlədim və hətta onlarla bir qədər oynadıq. Çox yaxşı mübarizə göstərdilər. Gənc şahmatçılar hər gün inkişaf edir.

    – Bəlkə sizlər daha çox yorulursunuz?
    – Təbii ki, keçmiş Şəhriyar Məmmədyarovu indi görmək çətindir. Sadəcə, gənclərin gücləndiyinə inanmağınızı istərdim. Azərbaycan çempionatı çox nüfuzlu yarışdır. Hər bir şahmatçı ölkəsinin ən güclü olduğunu sübut etmək istəyir. Mənim üçün çox əziz yarışdır. Ona görə burada itirilən reytinqimə təəssüflənmirəm. Çalışacağam ki, mümkün qədər irəli gedim. Sadəcə, hər tur çempionatda sürpriz ola bilər. Ona görə 1/8 finala vəsiqə qazanmağıma çox sevindim.

    – Şəhriyar son dəfə neçənci ildə Azərbaycan çempionu olub?
    – 2001 və 2002-ci illərdə Azərbaycan çempionu olmuşam. Səhv etmirəmsə, o yarışdan sonra çempionatda oynamadım. Ardıcıl 2 çempionluqdan sonra 23 il keçdi və ötən il yarışda mübarizə apardım. 2001, 2002-ci illərdə çempionat çox maraqlı idi. Həmin yarışda biz o qədər güclü deyildik. Reytinqimiz düşündüyünüz kimi yüksək olmayıb. Vüqar Həşimov, Rauf Məmmədov, Qədir Hüseynov və digərləri mübarizə aparırdı. Amma reytinqlərimiz indikindən aşağı olub. 

    – Ən çox çempion Rauf olub. 6 dəfə Azərbaycan çempionatda 1-ci yeri tutub. Maraqlıdır ki, bu il Rauf Məmmədovu kim dayandıracaq?
    – Altıqat Azərbaycan çempionu olmaq böyük nəticədir. “Nokaut” sistemində ümumiyyətlə yarışda qalib gəlmək çox çətindir. Ötən il Raufun qələbəsi, fikrimcə, karyerasında ən çətin çempionluq oldu. Rauf çox yaxşı şahmatçıdır. Niyə də 7-ci dəfə çempion olmasın?! Onun ölkə şahmatı və Azərbaycan milli komandası üçün etdiklərini çox az adam edib. Mənim üçün Raufun millidə inanılmaz böyük əziyyəti və uğurları var. Yenə də çempion olarsa, bunu normal qarşılayacağıq. Amma çalışacağıq ki, buna imkan verməyək (gülür). Püşkə əsasən finalda qarşılaşmaq ehtimalı var. Finala doğru uzun yol var, hər mərhələdə hər partiya həlledicidir.

    – Bacıların Zeynəb və Türkan Məmmədyarovalar qadınlar arasında Azərbaycan çempionatında iştirak edir. Bu barədə nə düşünürsən?
    – Zeynəb ilk oyunda qalib gələ bilərdi. Oyunu istədiyi kimi alınmadı. Əvəzində Türkan 1/16 final mərhələsində hər iki oyunda qalib gələrək mərhələ adladı. Etiraf edək ki, hər ikisi son illər şahmata nisbətən az vaxt ayırır. Əvvəlki illərdə daha çox vaxt həsr edirdilər. İndi övladları var, uşaqlarını dəstəkləyirlər. Qadınların çempionatı da çox çətindir. İllər öncə hər ikisi çempionatda favorit sayılırdı. İndi vəziyyət dəyişib. Qadın şahmatında hər bir iştirakçının qalib gəlmək şansı olduğunu düşünürəm. Səhvlər hər oyunda həlledici ola bilər. Şansları azdır, amma Türkan irəliləyə bilər. Bacım çempion olsa, şok olmaram, amma sevinərəm. 

    – Şahmatdan başqa hansı idman növünə baxırsan?
    – Çox gərgin təqvim üzrə yarışlarda oynayıram. Üstəlik artıq 2 ilə yaxın türk şahmatçı Yağız Ərdoğmuşla məşğul oluram. Çox inkişaf edir. Onunla hazırlaşıram, bəzən yarışlara birgə yollanırıq. Digər idman növlərinə baxmağa vaxt olmur. İmkan düşdükcə futbola baxıram. Demək olar ki, baxmadığım futbol yoxdur. Ötən ay vaxt oldu və atamla birlikdə stadionda “Qarabağ”ın Çempionlar Liqasında “Ayntraxt”la matçına baxdıq. Çox əla oyun keçdi.

    – “Qarabağ”ın uğurlu çıxış edəcəyinə inanırdınız?
    – Atam dəhşətli dərəcədə “Qarabağ”a inanırdı. İlk dəqiqədən deyirdi ki, yaxşı olacaq. Mən fərqli baxırdım. Almanlar həm büdcə, həm də təcrübə baxımından üstün tərəf kimi görünürdü. “Qarabağ” inanılmaz mübarizə göstərdi və qələbəni daha çox istəyirdi. Hava çox soyuq idi. Buna baxmayaraq, son dəqiqəyə qədər stadionda qaldıq. Çox xoşbəxtəm ki, “Qarabağ” – “Ayntraxt” matçını stadionda izləmişəm. Dəhşət hisslər idi. 

    – Azərbaycan çempionatının yarımfinal günlərində “Qarabağ” Bakıda “Nyukasl”ı qəbul edəcək. Şanslar barədə fikirlərin maraqlıdır...
    – Desəm ki, şans yoxdur, yalan olar. “Nyukasl” böyük favoritdir. Zəngin təcrübəli komandadır. Bu il qeyri-sabit çıxış edirlər. Amma hər zaman mübarizə göstərirlər. Çətin olacağı hamıya məlumdur. Lakin “Qarabağ” adi komanda deyil. “Benfika”ya 0:2 uduzurdu, sonda 3:2 qalib gəldi. “Ayntraxt”a 1:2 məğlub olurdu, sonda hesabı 3:2 etdi. “Çelsi” kimi komandayla heç-heçə oynadı. Yəni, “Qarabağ”dan hər şey gözləmək olar. Yarış vaxtı olsa belə çalışacağam ki, stadiona gedim. 

    – Məşqçiliyə başlayandan sonra yarışlarda iştirak etmək daha çətin olar. Çünki şahmatçı məşqçiliyə başlayırsa, artıq inkişafdan qalır. Bu fikirlə razısan?
    – Peşəkar şahmatçı müəyyən zamana qədər özünə vaxt ayırmalıdır. 35-36 yaşına qədər ancaq özümlə məşğul olmuşam. Pandemiya zamanı yarışlar dayandı və məşqçiliyə başladım. Gənc şahmatçılara məşqçi olmağı məsləhət görmürəm. Vaxt olduqca mütləq özləri şahmatla məşğul olmalıdır. Mənim işlədiyim şahmatçı böyük gələcək vəd edən şahmatçıdır. Dünyanın ən yaxşı şahmatçılarından biri olan Yağız Ərdoğmuşla işləmək çox xoşdur. Sizin fikirlə razıyam. Dünya çempionu olmaq istəyən şahmatçı məşqçilik etməli deyil. Bəzən gəncləri görürəm ki, məşqçilik edirlər, amma bu çox çətindir. Gəlin etiraf edək ki, ən gözəl vaxtlarım qarşıdadır desəm, yalan olar. Dünya çempionu olmaq şanslarım var, amma illər öncə olduğu qədər deyil.

    Stolüstü oyunlar

    "Türkan Məmmədyarovaya feyr-pley mükafatı verilə bilər" – Mahir Məmmədov

    23.02.2026 15:08:40
    Stolüstü oyunlar

    Ülviyyə Fətəliyeva ilk dəfə Azərbaycan çempionu oldu, Gülnar Məmmədova 3-cü yeri tutdu

    22.02.2026 17:14:12
    Digər idman növləri

    Azərbaycan 3-cüsü olan kişi şahmatçı bilindi – Qadın çempion sabah bilinəcək

    21.02.2026 19:05:10
    Digər idman növləri

    Şəhriyar Məmmədyarov yenə Azərbaycan çempionu ola bilmədi

    21.02.2026 18:55:23
    Stolüstü oyunlar

    Şəhriyar Məmmədyarovdan heç-heçə, Ülviyyə Fətəliyevadan qələbə

    20.02.2026 21:49:03
    Digər idman növləri

    Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında

    19.02.2026 18:18:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Hamı soruşur ki, niyə Avropaya getmirsən?" - Elvin Cəfərquliyev

    25.02.2026 12:13:06

    "İmişli" kolumbiyalı futbolçu transfer etdi - FOTOLAR

    25.02.2026 11:38:22

    Bir mövsümdə 30 qol - "Qarabağ"dan antirekord

    25.02.2026 11:15:51

    Azərbaycan çempionatlarının yüksək liqasında 250-ci avtoqol

    25.02.2026 10:55:08

    Son 5 ilin dünya reytinqində "Qarabağ"ın mövqeyi bilindi

    25.02.2026 10:31:10

    Kamilo Duran Falkaonun uğurunu təkrarladı

    25.02.2026 10:08:51

    "Futbolçuları bu oyuna kökləmək asan deyildi" – Qurban Qurbanov

    25.02.2026 02:47:09

    "Nyukasl" – "Qarabağ" matçının ən yaxşısı kim seçildi?

    25.02.2026 02:40:42

    "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı

    25.02.2026 01:55:04

    "Nyukasl" – "Qarabağ": HEYƏTLƏR

    24.02.2026 23:15:11

    Şamaxıda 5 qol, "Səbail" yenə xal itirdi

    24.02.2026 22:18:40

    Nazir "Qarabağ"ın UEFA-dan əldə etdiyi gəliri açıqladı

    24.02.2026 22:05:13

    Rövşən Nəcəf İnfantinonu təbrik etdi

    24.02.2026 21:32:25

    "Qarabağ"a 4 qol vuran futbolçu "Liverpul"un hədəfində

    24.02.2026 18:42:06

    "Komanda 11 nəfərdən ibarət deyil, digərləri də xeyir verməlidir" - Kaxaber Sxadadze

    24.02.2026 18:11:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved