Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Osetiyada digər idman növlərində də Azərbaycana azarkeşlik edirlər" – Zelim Tçkayev
    9.02.2026 23:08:56

    Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə Böyük Dəbilqə seriyalı turnir başa çatdı. Azərbaycan komandası turniri 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurdu. Komandanın heyətində Zelim Tçkayev yalnız final görüşündə məğlub olaraq gümüş medala sahib oldu. Finaladək irəliləməsi 26 yaşlı cüdoçuya 700 reytinq xalı qazandırdı və dünya reytinqində 3 pillə irəliləyərək 2-ci sıraya yüksəldi.

    Prosport.Az son çıxışı münasibətlə Zelim Tçkayevdən müsahibə götürüb.

    – 2026-cı ilin ilk Böyük Dəbilqə seriyalı turnirini gümüş medalla başa vurdunuz. Ümumi olaraq turnirdəki çıxışınızı necə qiymətləndirirsiniz?
    – Gümüş medal qazandığım üçün çox şadam. Böyük Dəbilqə cüdoda ən nüfuzlu turnirlərdəndir. IJF seriyalı istənilən turnirdə qazanılan medal böyük uğurdur. Əlbəttə, qalib gəlmək istəyirdim. Amma təəsüf ki, alınmadı.

    – Final qarşılaşmasından əvvəl 4 görüş keçirdiniz, çinli, britaniyalı, tacik və qazax rəqiblərinizə qalib gəldiniz. 1/4 finalda Abubakr Şerova və yarımfinalda Abılayxan Jubanazara yalnız qızıl xal bölümündə qalib gələ bildiniz. Həmin görüşlər niyə çətin alındı? Rəqiblər güclü idi, ya başqa səbəb var idi?
    – Əslində bütün görüşlər çətin keçdi. Amma doğru vurğuladınız. Yarımfinal görüşü xüsusilə çox ağır keçdi. Əslində ideal formamı tam bərpa etməmişəm. Həm də açığı desəm, rəqib çox güclü idi. Ona görə də həmin görüşdə xeyli yoruldum.

    – Finaldakı yaponiyalı rəbiqiniz, üçqat Asiya bürünc medalçısı Yuhei Oyno ilə daha əvvəl qarşılaşmamışdınız. Ona qalib gəlməyə nə maneə oldu?
    – Maksimal formamda deyildim. Bu da finalda özünü göstərdi. Amma ümumi olaraq taktiki səhvlərə yol verdim. Ona görə də məğlub oldum.

    – Taktiki səhv nədən ibarət idi?
    – Ümumi götürsək, görüşün əvvəlindən taktiki səhvə yol verdim. Amma məşqçilər korpusu ilə birlikdə həmin səhvlərimizin üstündə işləyəcəyik. Gələn səfər revanş götürməyə çalışacağam.

    – Ötən il Avropa və dünya çempionatından bürünc medalla ayrıldınız. Apreldə qonşu ölkə olan Gürcüstandakı qitə çempionatında minimum hədəfiniz nədir?
    – Bu il, düzünü desəm, daha yüksək nəticələrə fokuslanmışam. Avropa və dünya çempionatında qızıl medalı hədəfləyirəm. Ümid edirəm ki, alınacaq.

    – 81 kq çəki dərəcəsində hazırda komandanın lideri hesab olunursunüz. 100 kq-da həmyerliniz Zelim Kotsoyev, gənclər arasında isə 90 kq-da Aslan Kotsoyev komandanın lideriləridir. Komandada 3 osetin çıxış edir. Şimali Osetiyada Azərbaycan komandasının çıxışı necə izlənilir?
    – Bəli, çox doğru qeyd etdiniz. Osetiyadan bizə daim dəstək hiss olunur. Ümumiyyətlə, Osetiyada cüdoya maraq var və tək bizlərə yox, bütün Azərbaycan komadasına azarkeşlik edirlər. Düşünürəm ki, təkcə cüdoda yox, digər idman növlərində də Azərbaycan təmsilçilərinə azarkeşlik edirlər.

    Mahmud

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved