Badminton üzrə "Azerbaijan International 2026" beynəlxalq turnirinə yekun vurulub.
Prosport.Az xəbər verir ki, 33 ölkədən 347 badmintonçunun yarışdığı "International Challenge" kateqoriyalı turnirin son yarış günündə 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.
Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən turnirdə kişilərin şəxsi yarışında Dominik Kvinta (Polşa), qadınların şəxsi yarışında Devika Sihag (Hindistan), kişi badmintonçuların qoşa yarışında Aleks Qrin-Zax Russ (İngiltərə) tandemi, qadınlarda Miku Sugiyama-Natsumi Takasaki (Yaponiya) qoşası, qarışıq-qosa kateqoriyasında isə hindistanlı Sazvik Reddi Kanapuram və Radhika Şarma turnirin qalibi olub.
"Azerbaijan International 2026"nın qalib və finalçıları medal və pul mükafatları ilə təltif olunub.
Mükafatlandırılma mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov iştirak edib.

