Stolüstü tennisçi Onur Quluzadə Tunisdə keçirilən "WTT Youth Star Contender Tunis 2026" yarışını 2 medalla başa vurub.
Prosport.Az xəbər verir ki, U-15 yaş dərəcəsində mübarizə aparan istedadlı idmançı qoşa yarışlarda baş mükafata layiq görülüb.
O, şəxsi mübarizədə isə gümüş medal qazanıb. Finalda ispaniyalı Ladimir Mayorova uduzan stolüstü tennisçi 2-ci yeri tutub.

