Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
Prosport.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda ukraynalı Dilşot Xalmatovla qarşılaşıb.
Rəqibinə qalib gələn Balabəy Ağayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb.

