Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "İlk məqsədimiz Avropa çempionatında qrupdan çıxmaqdır" – Ayşən Abduləzimova
    27.07.2023 15:11:49

    “Avropa çempionatında ilk məqsədimiz qrupdan çıxmaq və bundan sonra mümkün qədər irəliləmək olacaq”.

    Prosport.Az-ın məlumatına görə, bunu Azərbaycan millisinin qadın voleybolçusu Ayşən Abduləzimova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

    30 yaşlı oyunçu qitə birinciliyinə iddialı yollanacaqlarını bildirib: “Bu il millimizə yeni baş məşqçi təyin olunub. O, hazırlıqları fərqli sistemdə keçir, yeni taktikalara uyğun məşq edirik. Polina Rəhimova da bu il komandaya qoşuldu. Bu bizə əlavə güc verəcək. Qrupdakı rəqiblərimiz kifayət qədər güclüdür. Bununla belə, qrupdan çıxmaq üçün yaxşı şansımız var. Bunun üçün əlbəttə ki, daha yaxşı mübarizə aparmalıyıq. Son illər müəyyən səbəblərdən istədiyimiz kimi nəticə göstərə bilmirik. İnanıram ki, bu dəfə uğurlu nəticə qazanarıq, reytinq xallarımızı yüksəldəcəyik. Bu da voleybolumuzun inkişaf etməsinə və əvvəlki səviyyəsinə çatmasına töhfə olar”.

    O, Bosniya və Herseqovinada keçirdikləri təlim-məşq toplanışını da yüksək qiymətləndirib: “Oradakı hazırlıq çərçivəsində 3 yoxlama matçı oynadıq, müxtəlif taktikalar üzərində çalışdıq. Düşünürəm ki, bunlar qarşıdakı oyunlarda bizə kömək olacaq. Artıq Azərbaycana qayıtmışıq. Sabah yenidən tam qaydada hazırlıqlara start verəcəyik. Bakıda da bir neçə yoldaşlıq oyunu nəzərdə tutulur. Bütün bunlar bizə öz oyunumuzu tapmağa, tam formalaşmağa kömək olacaq”.

    Qeyd edək ki, qitə çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.

    Top oyunları

    Millimizin Avropa çempionatındakı oyun təqvimi açıqlandı

    22.07.2026 11:13:39
    Voleybol

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42
    Həndbol

    "Aprel ayından maaş almırıq" – Həndbolçular etiraz edir

    21.07.2026 10:21:00
    Həndbol

    "Maddi sıxıntılar səbəbindən bəzi oyunçular idmanı 2-ci plana keçirməyə məcbur qalırlar" – "Azəryol"un məşqçisi

    21.07.2026 10:08:46
    Həndbol

    "Nə hazırlıq keçməyə, nə də məşq etməyə zalımız var" – Millinin baş məşqçisi

    21.07.2026 10:03:04
    Top oyunları

    Azərbaycan klubu tanınmış legioneri ilə müqaviləni yenilədi

    20.07.2026 12:49:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bu, hər futbolçunun başına gələ bilər" – Qurban Qurbanov

    22.07.2026 18:17:41

    "Şəfa"da qvineyalı vinger - FOTOLAR

    22.07.2026 17:40:02

    "Bu, mənim üçün ağır imtahandır, amma qorxmuram"  - Hacı Əliyev

    22.07.2026 17:10:58

    Varqas istirahətdən "Neftçi"yə belə qayıtdı - FOTOLAR+VİDEO

    22.07.2026 16:39:48

    "Neftçi" və "Qarabağ"a görə dəyişiklik

    22.07.2026 16:14:19

    "Sabah" sabiq futbolçusunu CAS-a şikayət etdi

    22.07.2026 15:12:42

    Çempionlar Liqası: "Neftçi" penaltilərlə finala adladı

    22.07.2026 14:52:29

    Avrokuboklarda yeni rekord - 7 oyun, 7 qələbə

    22.07.2026 14:13:10

    "Klubun adını çəkən kimi dedi, "get" - Leandro Andrade

    22.07.2026 13:48:46

    AGF dünya çempionatı üçün əsas hədəfi müəyyənləşdirdi

    22.07.2026 13:26:11

    "Neftçi"nin istəmədiyi futbolçu Serbiya klubunda

    22.07.2026 12:57:52

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    22.07.2026 12:36:12

    "Bakıdakı dünya çempionatı güləşçilərimiz üçün bir şansdır" - Namiq Abdullayev

    22.07.2026 12:09:18

    Mahir Emreli UEFA heyətinə daxil edilməyib

    22.07.2026 11:44:13

    Millimizin Avropa çempionatındakı oyun təqvimi açıqlandı

    22.07.2026 11:13:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved