Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sumqayıt"ın baş məşqçisi dostumdur" – "Baku Sportinq"in futbolçusu
    5.02.2026 14:02:25

    I Liqada "Baku Sportinq"in adı mövsümün əvvəlində Premyer Liqaya iddialı namiizədlər arasında çəkilmirdi. Komanda yeganə məğlubiyyətini lider "Şəfa"dan almış, Premyer Liqaya iddialı digər komanda "Səbail"lə heç-heçə etmişdi. Məhz son heç-heçədən sonra komanda maksimum nəticə göstərməyə başladı. Əvvəlcə baş məşqçi Röyal Nəcəfovun (Samir Ələkbərov sənəddə baş məşqçi gedir) yetirmələri "Mingəçevir"in maliyyə problemlərindən əziyyət çəkməsindən maksimum yararlanaraq səfərdə qalib gəldi. Daha sonra "Şahdağ Qusar", "Şimal" və "Zaqatala" minimal hesablarla məğlub edildi. Nəticədə komanda qış fasiləsinə "Şəfa"dan 5 xal geridə – 2-ci sırada yollandı. Çox maraqlıdır ki, bu 2 komanda qış fasiləsindən sonra ilk rəsmi oyunda üz-üzə gələcək. Bu gün keçiriləcək matçda Buzovna təmsilçisi qonaq komanda hesab edilsə də, matçın keçiriləcəyi Binə qəsəbə stadionu "Baku Sportinq"ə yad deyil. Çünki bu komanda vaxtı ilə burada ev oyunlarını keçirib və buradan I Liqaya vəsiqə qazanıb.

    "Baku Sportinq"in uğurlarında pay sahiblərindən biri isə serbiyalı mərkəz oyunçusu Luka Stevanoviçdir. Prosport.Az I Liqada oynayan yeganə serb futbolçu olan 27 yaşlı Stevanoviçdən müsahibə götürüb.

    – Son 2 oyununuz – "Şimal" və "Zaqatala" ilə matçlar barədə fikirlərinizi öyrənək...
    – "Şimal"la oyun çətin oldu. Penaltidən 1:0 qalib gəldik. Amma əsas odur ki, həmin matçda biz qalib gəldik. Qələbəni komanda şəklində əldə etdik ki, düşünürəm ki, bu da ən vacibidir. Son matçımıza gəlincə, "Baku Sportinq" "Zaqatala"nı bunadək heç vaxt məğlub edə bilməmişdi. Bizə tərs gələn komanda idi. "Zaqatala" I Liqanın ən təcrübəli və komplektləşmiş komandalarından biridir. Oyun da çətin keçdi. Amma qalib gəldiyimiz üçün çox sevincliyik. Bu qələbə bizə növbəti turlarda çempionluq üçün çox kömək edəcək.

    – "Şimal"la oyundan sonra gözünüzdə qızartı vardı. Nə baş vermişdi?
    – O, "Şamaxı" ilə Kubok oyununda olmuşdu.

    – Hazırda 2-ci yerdəsiniz. 5 xallıq fərq var. Çempionluq şanslarınızı necə görürsünüz?
    – Premyer Liqaya fokuslanmışıq. Məqsədimiz oradır. Biz də 1-ci yerdə ola bilərik. Niyə də yox?! Biz yaxşı komandayıq.

    – I Liqada əsasən legionerlər Afrikadan olur. Siz hazırda yeganə serbsiniz ki, Avropanı təmsil edirsiniz...
    – Bunu bilmirdim. İlk dəfə bunu sizdən eşitdim. Bunu eşitmək super oldu. Sizə bu fakta görə təşəkkür edirəm.

    – Əsasən serb oyunçular Premyer Liqada çıxış edir. Klub sizi bura gəlməyə, özü də 2-ci dəfə qayıtmağa necə razı saldı?
    – Ötən il bu klubda olmuşdum. Serbiyanın "Xayduk" klubundan bura keçmişdim. Daha sonra ötən il qısa müddət Belarusun "Molodeçno" komandasında çıxış etdim. Sonra "Baku Sportinq"in prezidenti mənə zəng edib geri çağırdı. Hər şey tez baş verdi. Mən Bakını və bu klubu sevirəm. Ona görə də qayıtdım.

    – Bəs I Liqanın səviyyəsinə necə baxırsınız?
    – Normal. Burada komandalar futbol oynamaq istəyir. Mən də bu cəhəti sevirəm. Görək, mövsümün sonu necə olacaq. Hədəfimiz Premyer Liqadır.

    – Azərbaycanda oynayan legionerlərdən kimlərlə tanışlığınız var?
    – "Sabah"dan yenicə ayrılmış bosniyalı Boyan Letiçlə dostam. "Sumqayıt"ın baş məşqçisi Saşa İliç də dostumdur. "Sabah"da icarə əsasında oynayan Velko Simiçlə dost olmasam da, onu da tanıyıram, Serbiyada tanınmış futbolçudur. Həmçinin, "Neftçi"nin sabiq vingeri Vanqelis Platellasla Yunanıstanda 2023-cü ildə bir yerdə oynamışıq. Onunla "Ayolikos" komandası ilə aşağı liqanın çempionu olmuşuq.

    – Platellas Azərbaycan haqda sizə nə deyirdi?
    – Mən vegeterianam. Deyirdi ki, yeməyi Bakıdakı "Scalini" restoranında yeyə bilərəm (gülür). Şəhəri tərifləyirdi. O, "Neftçi"də olanda (2019/20 mövsümü) komanda indikindən yaxşı idi.

    – Futbolçu olaraq hədəfləriniz nədir?
    – Premyer Liqada oynamaq istəyirəm. Yayda görək necə olacaq. Mayın sonunadək müqaviləm var.

    – Belarus futbolu ilə bizim Premyer Liqa arasında hansı fərqlər var?
    – Burada futbolun səviyyəsi daha yüksəkdir. Orada 2-3 yaxşı komanda var. Minsk "Dinamo"su, ML (Vitebsk) yaxşı komandalardır. Amma orada futbol gözəl deyil. Orada başqa cür futbol oynanılır. Burada isə Premyer Liqanı izləyirəm və xoşuma gəlir. Məsələn, "Sabah", "Qarabağ", "Sumqayıt"ın oyunları xoşuma gəlir.

    – "Qarabağ"ın UEFA Çempionlar Liqasında çıxışı serb futbolçuları nə dərəcədə Azərbaycana gəlməyə vadar edir?
    – Əlbəttə, onlar Azərbaycan futbolu barədə yüksək fikirdədir. Bilmirəm, kim "Qarabağ"da oynaya bilər. Amma "Qarabağ" çox yaxşı komandadır.

    Səbuhi Musa

    Müsahibə

    Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın məsuliyyəti deyil" - Edmond Klaus

    21.07.2026 12:22:50
    Futbol

    "Təşəbbüs Ehtiram müəllimdən gəldi" – Həsən Zeynalov "Turan Tovuz"dakı təyinatından danışdı

    19.07.2026 15:45:12
    Müsahibə

    "Mbappe 11 nəfəri keçdi və qol vurdu" - Toral Bayramov

    13.07.2026 10:03:23
    Müsahibə

    "Niyə Azərbaycanda da çempion olmayım?" - Yuri Vernidub

    11.07.2026 14:33:43
    Müsahibə

    "Bizi çətin oyun gözləyir" – Aydın Bayramov

    9.07.2026 14:23:55
    Basketbol

    "Olimpiada futbol üzrə dünya çempionatından daha maraqlıdır" – "Neftçi"nin icraçı direktoru ilə MÜSAHİBƏ

    9.07.2026 09:00:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17

    "İmişli"yə əcnəbi məşqçi təyin olundu

    21.07.2026 16:23:36

    Azərbaycanlı futbolçu Xorvatiya nəhəngində baxışda olacaq - FOTO

    21.07.2026 16:00:09

    "100 faiz yeni transferlər olacaq" – Yuri Vernidub

    21.07.2026 15:42:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved