XXXI Ümumdünya Yay Universiadasında tələbələrdən ibarət basketbol komandamız mübarizəyə başlayır.
Prosport.Az-ın xəbərinə görə, Çinin Çendu şəhərində baş tutacaq XXXI Ümundünya Yay Universiadasında, 28 iyul - 3 avqust tarixləri aralığında basketbol idman növü üzrə 15 komanda 4 qrupda mübarizə aparacaq. Baş məşqçi Anar Sarıyev və onun köməkçisi Fərhad Hüseynovun rəhbərlik etdikləri tələbə komandamız D qrupunda Finlandiya və Cənubi Koreya basketbolçuları ilə üz-üzə gələcək.
Tələbə komandamız qrupdakı ilk oyununu 29 iyul Bakı vaxtı ilə səhər saat 07:00-da Finlandiya komandasına qarşı keçirəcək. Qeyd edək ki, qruplarda ilk 2 yeri tutmuş komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaq.

