Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi" rəhbərliyinin "Qarabağ" önündə vicdan hissi – YAZI
    4.02.2026 22:55:51

    "Neftçi" yenə gündəm yaradıb.

    Bu dəfə nəticəsi ilə yox. Ötən dəfəki qələbədən sonra nəticənin düzəldiyini qismən iddia etmək mümkündür. Hər halda XXI turda "Qarabağ"la oyundan sonra bu barədə tam qənaətə gəlmək mümkün olacaq. 

    Budəfəki gündəm də elə XXI turun fevralın 21-də keçiriləcək oyunu ilə bağlıdır. "Neftçi" "Qarabağ"ın UEFA Çempionlar Liqasının "Nyukasl"la cavab matçına yaxşı hazırlaşması ilə bağlı təxirə salma təklifinə "yox" deyib.

    Əslində "Neftçi"ni və bəzi başqa klubları "Qarabağ"ı Avropanın bir nömrəli turnirində pley-offa çıxmamasına görə təbrik etməməkdə qınamaq olmaz. Çünki "Neftçi" daha əvvəl də bu mövqeyini açıq şəkildə ortaya qoymuşdu: "Biz əzəli rəqibimizi təbrik etmək istəmirik". Xub, bu, anlaşılandır. Bu təbriklə "Qarabağ" da heç nə itirmir.

    Ancaq təxirə salınma təklifinin yerə salınması ilə "Qarabağ" çox şey itirir. Fevralın 18-də "Qarabağ" Bakıda güclü rəqibi önündə sərfəli nəticə əldə edib, Britaniyaya ümidli getmək istəsə, o zaman Ağdam komandası əsas heyəti zədə və yorğunluqdan qorumaq üçün məcbur 2-ci "11-liy"ə güvənməlidir. Lider "Sabah"dan 4 xal geridə olan "Qarabağ" isə "Neftçi" ilə oyunda mümkün xal itkisi fonunda çempionluq şansını daha da çətinə sala bilər.

    Və yaxud "Qarabağ" əsas heyəti oynadıb "Neftçi"ni məğlub etməlidir. Ancaq belə olan halda da, əsas heyət oyundan dərhal sonra səfərə çıxıb 3 gün sonrakı "Nyukasl"la matçı düşünməlidir.

    Elə "Neftçi"nin də hazırda düşündüyü budur. Ümid olunur ki, "Qarabağ" 2-ci heyəti buraxıb, "Kəpəz"lə matçda olduğu kimi ya uduzacaq, ya da heç-heçəyə razılaşacaq. "Neftçi" taktiklərinin bu planı başadüşüləndir. Axı, son illər "Neftçi" "Qarabağ"ı yenmək üzünə həsrət qalıb.

    Ancaq hər şey bununla ölçülmür. Ortada mənəvi dəyərlər var. Hara getdi onlar? Görünür, avrokuboklara düşmək üçün hər yola əl atan "Neftçi"nin rəhbərliyi mənəvi dəyərlərdən də qat-qat uzaq imiş. Tək ona görə yox ki, "Qarabağ" Avropada Azərbaycan bayrağını təmsil edir və ölkə başçısı İlham Əliyevin diqqətlə izlədiyi komanda Avropa arenasından məhrum edilmək təhlükəsi ilə üz-üzə qoyulur (hərçənd, yuxarılardan əmr gəlsə, "Neftçi" rəhbərliyinin yenə "təxirə salmaq istəmirəm" deməsi mümkün deyil). Məsələ burasındadır ki, "Neftçi" rəhbərliyi unutqanlığa yol verir. UEFA-dan gələcək məbləği məhz "Qarabağ"ın Çempionlar Liqasına düşməsinə görə əldə edəcəklərini unudurlar. Bu məbləğ "Neftçi"nin aktiv gəlirləri siyahısında əks olunur. Bu məbləğin ilin sonunda hesabatlar zamanı "Qarabağ"ın uğuruna görə əldə edildiyi yada düşəndə vicdan hissi oyanmayacaqmı?..

    Qurban Qurbanov isə heç nəyi unutmur. Xüsusən növbəti böyük hesablı yenilgi qeydə alınacağı halda. QQ bu hərəkəti "Neftçi"yə bağışlamaz. Göz görə-görə gəlirik...

    Murad

    P.S. Çox istərdim ki, Avropadakı kimi təxirəsalmalar olmasın. Ancaq biz hələ buna hazır deyilik. Əgər hazır olsaydıq, Qurban Qurbanov mətbuat konfransında təxirəsalma ilə bağlı müraciət edəcəklərini dilə gətirməzdi. Bizim buna hazır olmağımız üçün "Neftçi"nin dirçəlməsi, "Xəzər Lənkəran", "Bakı", "İnter" kimi klubların yaranması və çempionatda rəqabətin yaranması lazımdır.     

    P.S.

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    P.S.

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    Futbol

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    Futbol

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    P.S.

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved