Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futzal
    "Estoniyada bir komanda üçün 30-40 min avro lazımdır" – "Qarabağ"ın rəhbəri
    3.02.2026 09:29:00

    Futzal üzrə Estoniya çempionatında "Qarabağ" adlı komanda çıxış edir. Komanda hazırda 3-cü pillədədir. Ötən ilin mayında minifutbol üzrə Estoniya Kubokunu qazanmış "Qarabağ" hazırda futzalda da uğur qazanmağa çalışır.

    Prosport.Az-ın Estoniyanın paytaxtı Tallinə ezam olunmuş əməkdaşı klubun rəhbəri Emin Munşiyevdən müsahibə götürüb.

    – Tallinə gəlişiniz necə baş tutub?
    – 2012-ci ildə bura gəlmişəm. 2 il buradan Azərbaycana maşın alış-satışını həyata keçirmişəm. 2014-cü ildən isə şaurma biznesinə girişdim. Dostum Bəxtiyar Cəbrayılovla ilk "Şaurma Kabab" adlı obyektimizi açdıq. Yeri gəlmişkən, Bəxtiyar həm də komandanın vitse-prezidentidir. 

    – Keçmişdə Azərbaycanda futbol da oynamısınız. Məşhurlardan kimlərlə oynamısınız?
    – "Qarabağ"ın və "Şəfa"nın uşaq komandalarında olmuşam. "Qəbələ"də indi məşqçi olan Asif Məmmədov, "Neftçi"nin futzal komandasının baş məşqçisi Fuad Rzayev, "Neftçi"nin futzal komandasında çıxış edən Əjdər Əjdərovla birgə oynamışam. Daha sonra futzalda "Turan Eyr", "Gömrükçü", "Terminal", "Ədliyyə" komandalarında çıxış etmişəm. Futbolda hücum və yarımmüdafiədə oynamağa başlamışdım, daha sonra boyum hündür olduğu üçün müdafiəyə keçirildim.

    – Bəs Tallində necə oldu ki, komanda yaratdınız?
    – Mən Estoniyada əvvəl Tallindən 40 km aralıda olan Kehra şəhərində yaşamışam. Orada da futbol oynamışam. Daha sonra 2017-ci ildə Tallinə köçdüm. Burada 2018-ci ildə "AZE Yunayted" komandasını yaratdıq. Yayda minifutbol, qışda da futzal komandası kimi yarışırdıq. Daha sonra komandanın adını "Qarabağ"a dəyişdik. Azərbaycanlıların Tallində restoranları olan "Armudu", "Kamikadze", "Çayrud", "İmperial Ailevi", "TorudeAbi", Azərbaycan Diasporuna Dəstək Fondu, "Akvile", "Unico" və "Monkey Sport" da bizə dəstək olur. Futzalda 3-cü yer tutmuşuq. Minifutbolda isə Estoniya Kubokunu qazanmışıq. Bu mövsüm futzalda məqsəd 1-ci yerdir. Ev oyunlarımızı paytaxtdan 25 km aralıda olan Kiyli qəsəbəsində keçiririk. Özümün 40 yaşım olduğundan, artıq oynamıram. Ancaq əvvəllər həm də meydana çıxırdım.

    – Sizin komandanın adı əvvəl "Viymsi Qarabağ" idi. Niyə dəyişildi?
    – Əvvəl Viymsi bələdiyyəsi bizə idman zalı ayırırdı. Sonra bu dəstək olmadı. Biz də adımızı sadəcə "Qarabağ" etdirdik.

    – Dəstək üçün Azərbaycana müraciət edirsiniz?
    – Bu məsələlərlə bizdə idman direktorumuz və eyni zamanda baş məşqçimiz çalışan Elnur Vəliyev məşğul olur. Onun Ukrayna və Rusiyada belə komanda ilə işləmək təcrübəsi var. Elnurla həm Azərbaycanda bir sinifdə oxumuşuq, həm də "Qarabağ"da bir yerdə oynamışıq. Amma Latviyaya turnirə gedəndə oranın azərbaycanlı deputatı Amil Səlimov bizə hotel və qidalanma məsələsində dəstək olur. Halbuki Estoniyadakı köhnə diaspor bizə dəstək vermirdi. Estoniyada yeni yaradılmış icma olan "Birlik" isə komandamıza dəstək olmağa başlayıb.

    – Bəs "Qarabağ" futbol klubuna dəstək üçün müraciət etmisiniz?
    – Onlarla da Elnur danışmışdı. 2024-cü ildə "Qarabağ"ın 16 yaşadək komandası bura gələndə onlarla bu söhbət olmuşdu. Dedilər ki, layihə təqdim edərsiniz. Biz də təqdim etmişik.

    – Komanda üzvlərinin hamısı azərbaycanlılardır, yoxsa yerli əhalidən də var?
    – Eston, rus, ukraynalı da var. Əvvəl gürcüstanlı da oynayırdı. Futzalda pley-offa çıxsaq, braziliyalı legioner cəlb etməyi düşünürdük. O, Riqanın RFŞ komandasında çıxış edirdi. Baş məşqçiləri onu buraxacaqlarına söz versə də, sonda vədinə əməl etmədi. Ola bilsin ki, növbəti mövsüm üçün Azərbaycandan da futzalçı cəlb edək. Təbii ki, əcnəbi futzalçı cəlb etmək və onun qalma məsələsini təmin etmək üçün də maliyyə lazımdır.

    – Bir futzal komandasının yaşaması üçün təxminən nə qədər pul lazımdır?
    – İlə 30-40 min avro. Oyunlar Azərbaycan çempionatında olduğu kimi, tək paytaxtda keçirilmir. Ona görə də nəqliyyat və məskunlaşma xərcləri çoxdur. Əgər dövlətimizdən 50% dəstək olsa, qalan xərcləri öz gücümüzə edə bilərik. Güclü sponsoru olan komandalar "Bunker" və "Tartu"dur. Biz hazırda 8 komanda arasında turnir cədvəlində 3-cü yerdəyik. Ötən ilin çempionu olan "Bunker" artıq Braziliyadan oyunçu cəlb edib. Digər komandalar bizdən fərqli olaraq, heyətlərini legionerlə zənginləşdirib. Hər komanda maksimum 4 legionerdən istifadə edə bilər. "Bunker"in heyətində Estoniya millisinin oyunçuları çıxış edir. Lakin maliyyə durumuna görə biz Cənubi Amerikadan legioneri heyətimizə cəlb edə bilmirik. Ona görə də Azərbaycandan "Qarabağ" adına görə dəstək olsa, biz də daha uğurlu çıxış edərik.

    Səbuhi Musa
    Tallin-Bakı

    Futzal

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57
    Futzal

    Millimizi "Sabah"ın sabiq baş məşqçisi çalışdıracaq – ÖZƏL

    3.09.2026 11:38:00
    Futbol

    "Araz-Naxçıvan"ı 2 məşqçi çalışdıracaq – ÖZƏL

    3.09.2026 10:59:52
    Futbol

    "Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

    30.08.2026 10:24:08
    Futzal

    AFFA-da kütləvi ixtisarlar: Zaur Axundov da yola salınır

    19.08.2026 10:53:43
    Futzal

    Rəqibini təpiklədi, 5 il uzaqlaşdırma aldı

    25.07.2026 15:48:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved