Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Formula-1
    Miçoviçin Bakıya gəliş səbəbi bilindi: Dünya çempionu Azərbaycan adından çıxış edə bilər
    2.02.2026 16:32:58

    "Neftçi"nin sabiq qapıçısı Vladimir Miçoviçin Bakıya gəlişinin səbəbi bəlli olub.

    Prosport.Az serbiyalı futbol veteranının dekabrda Bakıda olmasının səbəbini özündən öyrənib.

    Məlum olub ki, 50 yaşlı mütəxəssis artıq futbol sahəsində deyil, avtomobil idmanı sahəsində fəaliyyət göstərir. Belə ki, o, Serbiyada yaşayan, Azərbaycanla bağlılığı olan pilot tapıb.

    Özünü dinləyək: "Moskvada doğulmuş Kirill Kutskov adlı pilot var. O, Moskvada doğulsa da, hazırda Serbiyanın paytaxtı Belqradda yaşayır. 17 yaşı var. 3 il əvvəl İtaliyada 14 yaşlılar arasında kartinq üzrə dünya çempionu olub. Ötən il "Formula 4" yarışında çıxış edirdi. Bu ildən "Formula 3" yarışında iştirak etməyə başlayacaq.

    O, 2023-cü ildə çempion olduğu üçün həmin ilin dekabrında FIA-nın (Beynəlxalq Avtomobil Federasiyası) Bakıda keçirilmiş qala gecəsində mükafatlandırılıb. Ona kuboku "Red Bull"un dünya çempionu Maks Ferstapen vermişdi. 

    Kirillin baba tərəfdən əsli Azərbaycana gedib çıxır. İndi mən istəyirəm ki, bu pilotun Azərbaycan adından lisenziya almasını təmin edim. Dekabrda bəzi şəxslərlə görüşdüm. Bilirəm ki, Azərbaycan tərəfi də ölkə adından çıxış edəcək pilotunun olmasında maraqlıdır. Bu səbəbdən bu ay yenidən Bakıya dönməliyəm".

    Onu da bildirək ki, Kirill Kutskov 2023-cü ildən "Formula 4" (F4) yarışlarına qatılır. O, 2024-cü ildə ərəb ölkələrində keçirilən "F4 Saudi Arabian Championship"də bürünc medal, həmin il Mərkəzi Avropada baş tutan "Formula 4 CEZ Championship"də gümüş medal qazanıb. Ötən il isə "Formula 4 CEZ Championship"in 3 mərhələsinin və "SMP F4 Championship"in 2 mərhələsinin qalibi olub.

    Rusiyaya qadağa qoyulduğundan, ailəsi Serbiyaya köçüb və o ölkənin lisenziyası ilə beynəlxalq yarışlara qatılmaq istənilib. Lakin bu, baş tutmayıb. Belə ki, 2 il əvvəl onun atası Yevgeni Kutskov Rusiyanın "Çempionat" nəşrinə müsahibəsində oğlu Kirill və Daniilin Serbiyanın "Çrvena Zvezda" komandasının üzvləri olduğunu, lakin həmin klubun rəhbəri lisenziyanın rəsmiləşməsi üçün onlardan 3 min əvəzinə 6 min avro istəməsindən şikayətlənib. Bu səbəbdən Kirill hazırda pulsuz olan Qırğızıstan lisenziyası ilə çıxış edir.

    Qeyd edək ki, Vladimir Miçoviç 2005-2010-cu illərdə "Neftçi"nin şərəfini qoruyub. 2010/11-ci ildə isə I Liqa klubu "Abşeron"da oynayan məşqçi olub və orada karyerasını bitirib. Daha doğrusu, klub fəaliyyətini dayandırıb. Daha sonra Miçoviç 2014-cü ilin mayından "Neftçi"də qapıçılar üzrə məşqçi işləyib.

    Səbuhi Musa

    Futbol

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21
    Futbol

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45
    Futbol

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23
    Futbol

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10
    Futbol

    "Bu həftəlik baş məşqçiyəm, sonrasını bilmirəm" - Ervins Perkins

    18.10.2026 18:28:11
    Futbol

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "Bu həftəlik baş məşqçiyəm, sonrasını bilmirəm" - Ervins Perkins

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "Əlimizə düşən imkanları dəyərləndirə bilmədik" - Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    ABL: "Naxçıvan" "Gəncə"dən üstün oldu

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved