Avropa Voleybol Konfederasiyası (CEV ) Azərbaycan Voleybol Federasiyasının (AVF) əməkdaşlarına növbəti dəfə etimad göstərib.
Prosport.Az xəbər verir ki, AVF-nin Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (AVK) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova U-17 qızların Avropa çempionatının II təsnifat mərhələsində D qrupunun oyunlarına supervayzer təyin olunub. Bu qrupda ev sahibi Gürcüstanla yanaşı, Avstriya, İsrail və Rumıniya yığmaları yer alıb.
AVF-nin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana isə U-17 oğlanların Avropa çempionatının II təsnifat mərhələsində D qrupunun qarşılaşmalarına supervayzer təyin olunub. Bu qrupda Estoniya, Fransa, Gürcüstan və Ukrayna yığma komandaları mübarizə aparacaq.
Qeyd edək ki, hər iki turnir 21-23 aprel tarixlərində Gürcüstanın Telavi şəhərində keçiriləcək.

