Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Mən Cənubi Sudandanam, köküm Misirə də gedib çıxır" - "Sumqayıt"ın legioneri
    28.01.2026 12:43:51

    "Sumqayıt"ın basketbolçusu Cey Cey Kolakon klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az xəbər verir ki, o, ölkəmizə gəlişindən və çempionatın səviyyəsindən danışıb. 

    - Azərbaycan sizin oynadığınız ilk əcnəbi ölkə deyil. Yaxşısı budur, özünüz daha əvvəl harada oynamağınız haqda məlumat verin...
    - Finlandiyada peşəkar karyeramın ilk ili mənim üçün çətin keçdi. Meydanda az vaxt alırdım. Amma sonradan komandamı dəyişdim və kollektivin əsas üzvlərindən birinə çevrildim. Azərbaycandan mənə təklif bir qədər gec gəldi. Artıq mövsümün gedişi idi. Yəni, dekabrda bura gəlmişəm. Burada ilk vaxtlar meydanda daha az vaxt keçirdim. Amma mən şans qazanacağıma inanırdım, belə də oldu. Artıq baş məşqçimiz mənə güvənir. NTD ilə kubok matçında daha xoş təsir bağışladım.

    - Sumqayıt, Bakı, bir sözlə Azərbaycan haqqında nə deyə bilərsiniz?
    - Bakı çox gözəl şəhərdir. Memarlıq üslubuna söz ola bilməz. Mən bu şəhəri tam gəzmişəm. Sumqayıta gəlincə... Mən Cənubi Sudandanam, köküm Misirə də gedib çıxır. Sumqayıt həmin yerlərə çox bənzəyir. Mentalitet, insanların həyat tərzi çox oxşardır. Ona görə də burada özümü rahat hiss edirəm.

    - Komanda və çempionatın səviyyəsi haqqında fikirləriniz maraqlıdır...
    - Azərbaycan Basketbol Liqasının səviyyəsi çox yüksəkdir. ABŞ-də oynadığım kollec liqasının səviyyəsindən heç də geri deyil və bu da mənim xoşuma gəlir. Komandamıza gəlincə, hər bir oyunçumuz topu özünə götürüb matçın müqəddəratını həll edə bilər.

    - Bəs, bizim çempionat Finlandiya liqasından yüksəkdir?
    - Bəli, Finlandiya çempionatı ilə müqayisədə Azərbaycan birinciliyinin səviyyəsi daha yüksəkdir. Burada komandalar oyunlarını daha çox forvard və mərkəz oyunçuları üzərində qurur. Finlandiyada isə oyun qurucuları və müdafiəçilər ön plana çıxır.

    Top oyunları

    Naxçıvan təmsilçisindən səfərdə inamlı qələbə

    16.11.2026 21:44:26
    Basketbol

    "Ordu" Sumqayıtda darmadağın oldu

    16.11.2026 20:44:44
    Basketbol

    Azərbaycan klubunun legioneri Avropada həftənin oyunçusu seçildi

    16.11.2026 10:54:45
    Həndbol

    "Kür" Avropa Kubokunda mübarizəni dayandırdı

    15.11.2026 19:59:12
    Top oyunları

    "Bizi daha çox səfərlər yorur" - Ərhan Tokər

    15.11.2026 17:17:36
    Top oyunları

    ABL: Gəncə klubu məğlub oldu

    15.11.2026 16:46:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"un futbolçusu oynadı, komandası uduzdu

    16.11.2026 22:50:37

    Emin Mahmudova vida matçından öncə simvolik hədiyyə verildi

    16.11.2026 22:13:07

    Naxçıvan təmsilçisindən səfərdə inamlı qələbə

    16.11.2026 21:44:26

    Andorra – Azərbaycan: HEYƏTLƏR

    16.11.2026 21:05:01

    "Ordu" Sumqayıtda darmadağın oldu

    16.11.2026 20:44:44

    Bu federasiyaya yeni baş katib təyin olundu

    16.11.2026 20:15:01

    Cüdo federasiyasının rəhbərliyi dünya çempionatına yollanacaq cüdoçularla görüşüb

    16.11.2026 19:39:09

    "Neftçi" veteran futbolçularını təbrik etdi

    16.11.2026 19:18:27

    II Liqa: Qonaqlar 3 xalı darmadağınla qazandı

    16.11.2026 18:49:38

    "Biz dibə düşmüşük, indi yuxarı qalxmalıyıq" - Cahangir Fərəcullayev

    16.11.2026 18:16:05

    "Yığmaya Kaşşuku da çağırmayaq, bəs kimi çağıraq?" - Baş məşqçi

    16.11.2026 17:41:17

    Bakı-Xankəndi yarışına hazırlıq məsələləri müzakirə edilib

    16.11.2026 17:12:10

    Baş katib ABŞ-yə niyə gedib? - FOTOLAR

    16.11.2026 16:47:23

    Azərbaycan Güləş Federasiyasında növbəti iclas

    16.11.2026 16:16:49

    Karateçilərimiz Tbilisidə 23 medal qazandılar

    16.11.2026 15:48:03
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved