Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Həmin liqalarda 1 qız futbolçunun oğlanlarla birgə oynamasına icazə verildi" - AFFA rəsmisi
    23.01.2026 17:01:08

    AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov milli assosiasiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, o, müsahibəsində aşağı yaş qrupu üzrə liqalardakı dəyişiklikləri dəyərləndirib və gələcək planlardan bəhs edib.

    - AFFA-nın liqalarında iştirak edən komandaların nümayəndələri ilə ötən ay görüşlər təşkil olunmuşdu. Həmin görüşlərin məqsədi nə idi?
    - Bildiyiniz kimi, 2025-2026-cı illər mövsümü başlamazdan əvvəl də belə görüşlər təşkil edilmiş və liqalardakı ümumi vəziyyət müzakirə olunmuşdu. Hələ o vaxt belə toplanışların yenidən keçiriləcəyi, müzakirələrin davamlı xarater alacağı və fikir mübadilələrinin aparılacağı bildirilmişdi.
    Ötən ay yenidən komandalara dəvətlər göndərildi və müxtəlif tarixlərdə AFFA-nın inzibati binasında həm Premyer Liqada iştirak edən klubların, həm akademiyaların, həm digər fərdi komandaların, həm də mərkəzləşdirilmiş regionlarda iştirak edən komandaların nümayəndələrinin onlayn iştirakı ilə görüşlər keçirildi. Məqsəd liqaların formatlarında edilmiş dəyişikliklərin müzakirəsi, təsiri və əlavə təkliflər idi.

    - Tətbiq edilmiş dəyişikliklər nələrdən ibarət oldu?
    - Format dəyişikliklərində əsas məqsəd rəqabətli oyunların sayını artırmaq, böyükhesablı məğlubiyyətlərin qarşısını almaq və liqaların daha maraqlı təşkil olunması idi. Görüşlərdə aldığımız rəylərə əsasən, liqalarda rəqabətli oyunların sayı xeyli artdı və iştirakçı komandalar tərəfindən müsbət qarşılandı. Xüsusən də, Millətlər Liqası konseptində təşkil olunan U-15 Liqasının formatı böyük maraqla qarşılandı. Dəyişikliklərə görə, U-16, U-17 və Gənclər Liqasında ilkin mərhələ bitdikdən sonra nəticələrə əsasən A və B qruplarına bölünəcək komandalar müəyyənləşəcək. Bununla rəqabətli və maraqlı oyunların sayının artacağını gözləyirik.

    - Keçirilən son oyunların ardından yeni dəyişkilik və ya təkliflərlə bağlı müzakirələr oldumu?
    - Əlbəttə ki, yeni məsələlər müzakirə olundu. Belə görüşlərin təşkil olunmasında əsas məqsədlərdən biri də budur. Bildiyiniz kimi, AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11 və AFFA U-12 liqalarında nəticələr qeydə alınmır, turnir cədvəli tərtib edilmir. Həmin yaş qruplarının oyunlarında tez-tez böyükhesablı nəticələrlə rastlaşırıq. Oyunçuların futbola olan həvəsinin azalmaması və oyun balansının təmin edilməsi məqsədilə bu mövzu ətrafında geniş müzakirələr aparıldı və yekunda bu nüansı aradan qaldıra biləcək qərar qəbul edildi. Yeni qərara əsasən, hər hansı komanda oyun ərzində 3 top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə 1 nəfər oyunçusunu əlavə edə bilər. Hesab arasındakı fərq 6 qol olarsa, məğlub durumda olan komanda əsas heyətə daha 1 oyunçu əlavə edə bilər. Hesab arasındakı fərq 4 qola enən zaman meydanda olan əlavə 2 oyunçudan 1-i meydanı tərk etməlidir. Fərq 2 qola enəndə isə meydandakı digər əlavə oyunçu meydanı tərk edəcək. Meydana daxil olacaq və ya meydanı tərk edəcək oyunçunu məşqçi müəyyənləşdirəcək. Hesab fərqinə görə meydana əlavə olaraq daxil olacaq oyunçuların sayı maksimum 2 nəfər olmalıdır.

    - Mövsümün gedişində daha hansı addımların atılması nəzərdə tutulur?
    - Mövsümun gedişində çoxsaylı müraciətləri nəzərə alaraq, qız komandaları olmayan regionlarda U-8, U-9 və U-10 liqlarında 1 qız futbolçunun oğlanlarla birgə oynamasına icazə verildi. Bu təcrübənin bir çox ölkələrdə tətbiqi, həmçinin qeyd olunan yaş qruplarında fiziki olaraq güclərin, demək olar ki, bərabər olduğunu nəzərə alaraq, belə dəyişiklik tətbiq olunub.
    Əlavə olaraq bildirmək istərdim ki, Azərbaycan futbolu üçün kifayət qədər işlər görmüş tanınımış mütəxəssis Bəxtiyar Musayev AFFA-da seleksiya məşqçisi kimi fəaliyyətə başlayıb. Bəxtiyar müəllimlə regionlarda baş tutan aşağı yaş qrupu liqalarının oyunları haqqında geniş fikir mübadiləsi aparmışıq. O, hətta ötən ilin son turunda Biləsuvarda təşkil olunan oyunlarda iştirak edib. Belə səfərlərin qarşıdakı həftələrdə də mütəmadi olaraq təşkili nəzərdə tutulub. Məşqçinin bütün regionlara səfəri, seleksiya məqsədilə istedadlı oyunçuların aşkarlanması və bununla bağlı rəhbərliyə hesabat təqdim edilməsi kimi addımlar mövsümün gedişində həyata keçiriləcək.

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved