Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    Yuri Vernidub "Neftçi"də görmək istədiyi 3 futbolçunu açıqladı - MÜSAHİBƏ
    22.01.2026 23:50:01

    Bu gün 60 yaşı tamamlanan "Neftçi"nin baş məşqçisi Yuri Vernidub ukrfootball.ua saytına geniş müsahibə verib.

    Prosport.Az xəbər verir ki, təcrübəli mütəxəssis "Neftçi", Azərbaycan futbolu və şəxsi xarakterinə dair sualları da cavablandırıb:

    – "Neftçi"nin təklifini qəbul etməyə qərar verərkən əsas səbəb nə oldu?
    – "Neftçi" Azərbaycan üçün tarixi klubdur, gələn il 90 illiyini qeyd edəcək. Mən başa düşürəm ki, burada böyük təzyiq və çətin vəzifələr olacaq. Təcrübə etmək qərarına gəldim.

    – Bu mövsüm "Neftçi" üçün maksimum hədəf nədir?
    – Hər şeyi etmək lazımdır ki, avrokuboklarda çıxış hüququ qazandıracaq yeri tutaq. Bunu həm mən, həm də rəhbərlik istəyir. Çətinlik nə qədər böyükdürsə, mən və məşqçi heyətim üçün bir o qədər yaxşıdır.

    – Bütün karyeranız boyunca legionerlərlə bacarıqlı işləməyinizlə tanınırsınız. Uğurunuzun sirri nədir?
    – Məncə, onlarla çox ünsiyyət qurmaq lazımdır, yəni birbaşa, üz-üzə. Həmişə bunu etmişəm və indi də "Neftçi"də edirəm. Oyunçunun başına və ruhuna daxil olub, onun necə insan olduğunu görməyə çalışmaq lazımdır. Futbolçu həqiqətən səmimi və açıqdırsa, həmişə buna sevinirəm, işləməyə hazıram. Ona bəzi güzəştlər edə, kömək göstərə, demək olar ki, ata kimi yanaşa bilərəm. Bu, məndə həmişə yaxşı alınırdı. Ünsiyyət lazımdır. Onlar fərqli insanlardır, fərqli dinlərə sitayiş edirlər, başqa ölkəyə gəlirlər, bu isə asan deyil. Ona görə də hər zaman yardım və məsləhətlər lazımdır.

    – "Krivbass"dakı vəziyyəti və Patrik van Leuvenin işini necə qiymətləndirirsiniz?
    – Mən razı deyildim ki, çoxlu sayda ukraynalı gedir və əsas üstünlük əcnəbilərə verilir. Ukraynada da Azərbaycandakı kimi legioner limiti olmasaydı, bunu qəbul edərdim. Belə şəraitdə 4 mövqe üçün ən azı 10 keyfiyyətli yerli oyunçu olmalıdır ki, hər mövqedə 2-3 bərabər imkanlı ifaçılar olsun. Mən buna görə narahat idim.

    – 60 yaşınızadək həyata keçirmədiyiniz əsas futbol arzunuz nədir?
    – Yenidən Çempionlar Liqasının əsas mərhələsinə çıxmaq, amma bu dəfə pley-offa vəsiqə qazanmaq. Həmişə arzulamışam ki, Ukraynada bir komanda qəbul edib, onunla Premyer Liqada qalib gələm. Bəlkə də bu, artıq heç vaxt reallaşmayacaq. Amma yenə də arzu olmalıdır.

    – Xəyal etsək, Ukrayna Premyer Liqasından hansı 3 oyunçunu "Neftçi"yə gətirərdiniz?
    – Mövsümün 1-ci hissəsində "Şaxtyor"un aldığı hücumçu Prosper Obanı çox bəyəndim. Mənə elə gəlir ki, o, həqiqətən də top səviyyədədir. Vladimir Brajkonu da dəvət edərdim. Həmçinin ona da simpatiya bəsləyirəm. Baxmayaraq ki, onun zəiflədiyi deyilir və bunu özüm də azacıq görürəm, amma onu dəstəkləmək və demək istəyirəm ki, hər şey hələ yeni başlayır. O, hələ öz səviyyəsinə çatacaq. 3-cü ad Budkovski olacaq. Ola bilsin ki, onu gətirməzdim, çünki yaşı var. Amma çox istəyirəm ki, bu mövsüm Ukrayna Premyer Liqasının ən yaxşı bombardiri olsun.

    – Məşqçilik karyeranızın başlanğıc dövrü ilə indiki dövrü müqayisə etsək, əsas fərq nədir?
    – Məncə, ən əsası təcrübədir. Həmişə öyrənmək istəyirdim, çoxlu xarici klublara təcrübə üçün getmişəm. İndi artıq daha sakitəm. Bu, bəlkə də ən önəmlisidir.

    – Karyeranızda futbolu buraxmaq və getmək istədiyiniz an olub?
    – Xeyr, heç vaxt belə olmayıb. Necə buraxmaq olar ki, bu, bütün həyatınızın işi olsun?

    – Özünüzdə ulduz xəstəliyi hiss etmisiniz?
    – Xeyr, heç vaxt olmayıb. Həm oyunçu, həm də məşqçi olarkən belə bir şey xatırlamıram.

    – Nə üçün peşman olmusunuz?
    – Ola bilsin, kimisə incitdim və ya oyunda nəyisə düzgün etmədim. Bu insanlardan üzr istəyirəm. Bütün bunlar arxada qalsın. Bu, ən önəmlisidir.

    Futbol

    "Qarabağ" akademiyasının rəsmiləri UEFA Gənclər Liqası forumunda

    21.04.2026 23:29:49
    Futbol

    "Rusiya millisini seçdiyim üçün zərrə qədər də peşman deyiləm" - Azərbaycanlı futbolçu

    21.04.2026 22:52:23
    Futbol

    "Belə qərarlar mənə də xoş deyil" - Rəşad Sadıqov

    21.04.2026 22:02:24
    Futbol

    "VAR-a baxıb, təmiz qolumuzu sildilər" - Yunis Hüseynov

    21.04.2026 21:30:38
    Futbol

    Azərbaycan Kubokunda ilk finalçı "Zirə" oldu

    21.04.2026 21:03:14
    Futbol

    "Qarabağ" və "Neftçi"nin pley-offdakı rəqibləri bilindi

    21.04.2026 18:49:05
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" akademiyasının rəsmiləri UEFA Gənclər Liqası forumunda

    21.04.2026 23:29:49

    "Rusiya millisini seçdiyim üçün zərrə qədər də peşman deyiləm" - Azərbaycanlı futbolçu

    21.04.2026 22:52:23

    Avropa çempionatı: 2 güləşçimiz finalda, 2-si "bürünc" qazandı

    21.04.2026 22:29:32

    "Məşqçilik bir şey yoxdur, səhlənkarlıq məndədir" – İsa Rüstəmov

    21.04.2026 22:09:27

    "Belə qərarlar mənə də xoş deyil" - Rəşad Sadıqov

    21.04.2026 22:02:24

    "VAR-a baxıb, təmiz qolumuzu sildilər" - Yunis Hüseynov

    21.04.2026 21:30:38

    Azərbaycan Kubokunda ilk finalçı "Zirə" oldu

    21.04.2026 21:03:14

    İsa Rüstəmov Avropa çempionatını kiçik gümüş medalla başa vurdu – YENİLƏNİB

    21.04.2026 20:58:36

    "Qarabağ" və "Neftçi"nin pley-offdakı rəqibləri bilindi

    21.04.2026 18:49:05

    "Neftçi" paraqvaylı vingerin transferindən imtina etdi

    21.04.2026 18:17:24

    "Zirə" - "Turan Tovuz": HEYƏTLƏR

    21.04.2026 17:55:09

    FIFA reytinqi: Millimiz yerində saydı

    21.04.2026 17:18:00

    "Kəpəz" 2 futbolçu ilə müqavilə imzaladı

    21.04.2026 16:55:53

    Avropa çempionlarımız Tiranada yarımfinala çıxdı - YENİLƏNİR

    21.04.2026 16:35:37

    Azərbaycanın ən güclü veteran cüdoçuları bilindi - ADLAR

    21.04.2026 16:12:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved