Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Biz "Barselona"nı olduğu kimi kopyalamırıq" – Qurban Qurbanovun almanlara müsahibəsi
    21.01.2026 18:42:11

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın məşhur “Kicker” jurnalına müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Siz vaxtilə almaniyalı məşqçilərin yanında təcrübə keçmisiniz. Alman futbol mədəniyyətindən nələri mənimsəmisiniz?
    – 2010-cu ilin avqustunda UEFA Avropa Liqasının pley-off oyunları zamanı biz "Borusiya" (Dortmund) ilə yaxşı münasibətlər qurmuşduq və bunun nəticəsi olaraq, bir qədər sonra orada Yürqen Kloppun yanında təcrübə keçmək imkanım oldu. Bir neçə gün ərzində onun məşq prosesini izləmək və məşqçilik işinin peşəkar tərəfləri haqqında onunla müzakirələr aparmaq mənim üçün əvəzolunmaz təcrübə idi. Fürsətdən istifadə edib ona salamlarımı çatdırır və peşəkar inkişafıma mühüm töhfə verən bu qeyri-adi şansı mənə yaratdığı üçün dərin minnətdarlığımı bildirirəm.

    – Alman futbolunun hansı aspektləri sizin üçün xüsusilə maraqlıdır?
    – Alman futbolu hər zaman ciddi daxili intizam və hər oyuna yüksək konsentrasiyalı hazırlıqla seçilib. Bunlar Avropa futbolunun inkişafına təkan verən faktorlardır. Əsas güc isə hələ uşaq futbolundan aşılanan, sadə oyun, sürət və kollektiv nizama üstünlük verən mentalitetdir. Bu "dəmir intizam" alman futbolçularının rəqibdən və ya hesabdan asılı olmayaraq, final fitinə qədər məsuliyyəti üzərlərinə götürmələrini və diqqətli qalmalarını təmin edir. Bu sadəlik və dözümlülük prinsiplərini öz məşqçilik fəlsəfəmə daxil etməyim karyerama çox müsbət təsir göstərib.

    – Futbolçu və ya məşqçi kimi nə vaxtsa Almaniya klublarından təklif almısınızmı?
    – Xatırladığım qədərilə 1997-ci ildə – oyunçu olduğum vaxt məni məşhur almaniyalı məşqçi Bernd Ştanqeyə məsləhət görmüşdülər, lakin bundan bir nəticə çıxmadı.

    – Əgər “Qarabağ” Bundesliqada oynasa, neçənci yeri tutar?
    – Bütün mövsüm boyu alman komandalarına qarşı oynamaq çətindir və avrokuboklarda onlarla 1-2 dəfə qarşılaşmaq tam fərqlidir. Hesab edirəm ki, biz rəqabət apara bilərdik, yəni autsayder olmazdıq, lakin ilk 10-luğa düşmək asan olmazdı.

    – 2010-cu ildə Dortmund “Borusiya”sına 0:4 hesabı ilə uduzan “Qarabağ” artıq 2024-cü ildə "Bayer"ə qarşı 2:2 hesablı nəticə əldə etdi. Bu müddət ərzində nə dəyişdi?
    – O vaxt bizim avrokuboklarda ilk illərimiz idi, "Borusiya" isə özünün ən güclü dövrlərindən birini yaşayırdı. Sonradan Almaniya çempionu da oldular. Klopp yüksək sürətlə oynayan çox maraqlı komanda formalaşdırmışdı. "Bayer"ə qarşı isə biz artıq daha təcrübəli idik, lakin qrup mərhələsində onlara 1:5 hesabı ilə uduzduq və keyfiyyət fərqi aydın görünürdü. Amma onlarla yenidən qarşılaşdıqda, rəqibi daha yaxşı analiz etdik, səhvləri düzəltdik, daha özünəinamlı və diqqətli olduq. Yenə qalib gələ bilməsək də, bu oyunlar bizə böyük təcrübə və öz gücümüzə inam qazandırdı.

    – İndi "Ayntraxt"a qarşı oynayacaqsınız. Gözləntiləriniz nədir?
    – Dərk edirik ki, onlar bütün cəhətlərdə bizdən üstündür. Hazırda əsas məqsədimiz bütün oyunçuların sağlam olmasıdır ki, heyətdə rotasiyalar üçün daha çox seçimimiz olsun. Bakıda oynamağımızın üstünlüyündən də mümkün qədər yararlanmaq istəyirik. Avrokuboklardakı qələbələrimizdən sonra rəqiblər artıq bizi daha ciddi qəbul edir. Əminəm ki, "Ayntraxt" bizə qarşı çox ciddi hazırlaşacaq. Bu qarşılaşmada xallar hər iki komanda üçün vacibdir və azarkeşlərimizə baxımlı oyun nümayiş etdirmək üçün sona qədər mübarizə aparacağıq.

    – 2013-cü ildə "Ayntraxt"a qarşı keçirdiyiniz oyunları xatırlayırsınızmı?
    – Bakıda 0:2 hesabı ilə uduzmuşduq. Frankfurtda isə vurduğumuz bərabərlik qolu rəqib azarkeşləri arasında həyəcana səbəb olmuşdu. Sonda 1:2 hesabı ilə məğlub olsaq da, yaratdığımız qol epizodları ilə onlara çətin anlar yaşatmışdıq.

    – Komandanız 7 xalla 22-ci yerdədir (müsahibə son turun ilk matçlarından əvvəl götürülüb – red.). Pley-off mərhələsinə yüksəlmək şanslarınızı necə qiymətləndirirsiniz?
    – Real yanaşsaq, qalan 2 oyundan birində qazanacağımız qələbə ilə də ilk 24 komanda arasında yerimizi təmin edə bilərik. Lakin bu təkcə bizim çıxışımızdan deyil, həm də rəqiblərin nəticələrindən asılıdır. Buna görə də qalan oyunların hər birində hətta 1 xal belə, bizim üçün həlledici ola bilər.

    – "Qarabağ" ardıcıl 12-ci mövsümdür ki, avrokubokların qrup və ya liqa mərhələsinə vəsiqə qazanır. Bu uğurun sirri nədədir?
    – Bütün uğurlarımızın təməlində "Qarabağ" adının daşıdığı dərin məna və klub rəhbərliyindən tutmuş oyunçulara qədər hər kəsin hiss etdiyi böyük məsuliyyət dayanır. Bu bizi hər hansı bir nailiyyətdən sonra arxayınlaşmaqdan qoruyur. Əksinə, azarkeşlərimizin və ümumiyyətlə, hamının gözləntiləri bizi hər il daha da irəli aparır. Bu adın şərəfinə biz işimizə hər zaman son dərəcə ciddi yanaşmışıq və hər mənada daha peşəkar olmağa çalışmışıq. Uzun iş günlərindəki yorulmaz fəaliyyətimiz və böyük fədakarlığımız sayəsində buna nail oluruq.

    – "Qarabağ"ı öz futbol fəlsəfəsinə görə "Qafqazın “Barselona”sı" da adlandırırlar. Bununla razısınızmı?
    – Təbii ki, bu ləqəbi yüksək qiymətləndiririk. "Barselona"nın fəlsəfəsi və bu oyun sisteminin tətbiqi dünya futbolunun zirvəsidir və bir çox klublar üçün dəyərli metodoloji mənbədir. Biz "Barselona"nı olduğu kimi kopyalamırıq, çünki belə bir sistemi fərqli mentalitetə və keyfiyyətə malik oyunçularla sadəcə tətbiq etməyə çalışmaq uğursuzluqla nəticələnə bilər. Buna baxmayaraq, mən topa sahib olmağa əsaslanan oyun tərzinə üstünlük verirəm. Effektiv hücumla qələbəni təmin etmək üçün oyunçularımız mükəmməl top nəzarətinə malik olmalıdır. Əsas məqsədimiz topu mümkün qədər uzun müddət özümüzdə saxlamaqla öz oyunumuzu qurmaq və fəlsəfəmizi həyata keçirməkdir.

    – Bir çox klublar futbolçu sataraq öz büdcələrini artırır. "Qarabağ" isə bu məsələdə daha təmkinli davranır. Bunun səbəbi nədir?
    – Çempionatımızın hazırkı səviyyəsi və azarkeş marağına görə biz istədiyimiz oyunçuların yalnız təxminən 10%-ni heyətimizə qata bilirik. Çoxları Avropanın top klublarına daha birbaşa yol vəd edən liqalara getməyə üstünlük verir. Əvvəllər komandaya, əsasən, sərbəst futbolçu olan oyunçuları cəlb edirdik, indi isə yaxşı oyunçular üçün transfer haqqı da ödəyirik. Eyni peşəkarlığı öz istedadlı oyunçularımıza gələn təkliflərdə də gözləyirik. Oyunçularımızın, məsələn, Çempionlar Liqasındakı uğurlu çıxışları tez-tez boş vədlər verən menecerləri cəlb edir ki, bu da komandada narahatlıq yaradır və işimizə mane olur. Oyunçularımızın inkişafına və oyun tərzimizi mənimsəmələrinə inanılmaz dərəcədə çox vaxt və əmək sərf etdiyimiz üçün onların bizi dəyərindən aşağı qiymətə tərk etmələrini istəmirik. Lakin bir klub kimi böyümək və daha uğurlu olmaq üçün sistematik şəkildə transfer alqı-satqılarında iştirak etmək qaçılmazdır.

    – Son vaxtlar, əsasən, Portuqaliya II liqasından oyunçular transfer edirsiniz. Bunun arxasında xüsusi bir strategiya dayanır?
    – Oradakı oyunçular bizim büdcəmizə uyğundur və həmin liqadan etdiyimiz transferlər həm də özünü doğruldub. Bu liqa cənubi amerikalı istedadlar üçün bir giriş qapısı olduğu üçün biz diqqətimizi həmin bazara yönəltmişik və bu, səmərəli nəticə verir. Lakin axtarışlarımız yalnız bu regionla məhdudlaşmır. Biz müxtəlif ölkələrin çempionatlarını, oradakı futbolçuları izləyirik.

    – Komandanızda vaxtilə "İnqolştadt"da oynamış xorvat əsilli almaniyalı qapıçı Fabian Buntiç də var. Nə üçün o, əsas qapıçı kimi özünü təsdiq edə bilmir?
    – Qapıçı mövqeyindəki rəqabət daha böyük olur, çünki komandada bu mövqe üçün yalnız 1 yer var. Amma mən Fabianın peşəkarlığından və nümunəvi xarakterindən çox razıyam. Onun hələ Çempionlar Liqasında oynamaq imkanı qazanmaması ondan narazı olmağım anlamına gəlməməlidir. O, çox çalışqan oyunçudur və əminəm ki, gələcəkdə komandaya kömək etmək üçün hələ çox şansı olacaq.

    – Sizin haqqınızda deyirlər ki, məşq bazasına səhər hamıdan tez gəlir, axşam isə hamıdan gec çıxırsınız. Bu iş rejimi sizi yormur ki?
    – Artıq 40 ildir ki, futboldayam və bu idman növünə sevərək gəlmişəm. Əgər insan işini sevirsə, bezməkdən və tükənmişlikdən söhbət gedə bilməz. Əlbəttə ki, mövsüm ərzində eniş-yoxuşlar, fiziki yorğunluq və ya komandanın zəif çıxışı olur. Amma bu, futbolun təbiətində var. Tarix göstərir ki, hətta ən böyük klublar belə daim zirvədə qala bilmir. Əsas məsələ öz təyin etdiyin çərçivədə sabitliyi və uğuru qoruyub saxlamaqdır. Mən bu işi həqiqətən sevirəm və bezdiyimi hiss etdiyim an futbolu tərk edəcəyəm.

    – Siz hər zaman çox təmkinli görünürsünüz. Niyə oyunlar zamanı emosiyalarınızı, demək olar ki, büruzə vermirsiniz?
    – Bu ilk növbədə mənim xarakterimlə bağlıdır. Bütün tapşırıqlarımı, hisslərimi və düşüncələrimi oyundan əvvəl paltardəyişmə otağında və ya məşqdə oyunçulara ötürürəm. Əgər komanda tam hazırlıqlıdırsa və hər kəs meydanda nə etməli olduğunu dəqiq bilirsə, meydanın kənarından həddindən artıq müdaxiləyə və ya süni emosiya nümayişinə ehtiyac görmürəm. Oyunun gedişatından asılı olaraq, əlbəttə, hisslərimi cilovlaya bilmədiyim anlar olur. Lakin ümumilikdə təmkinli olmağa çalışıram.

    – Futbolçu olduğunuz dövrdə tez-tez klub dəyişirdiniz. Amma məşqçi kimi belə deyil: 2008-ci ildən "Qarabağ"dasınız. Başqa bir komandada, bəlkə də başqa bir ölkədə çalışmağı təsəvvür edirsinizmi?
    – "Qarabağ"da qurduğumuz peşəkar sistemə və bu adın daşıdığı mənəvi məsuliyyətə görə, düzünü desəm, heç vaxt başqa komanda haqqında düşünməmişəm. Futbolçu olduğum vaxtlarda böyük klublarda oynamaq xəyallarım var idi. Lakin bura məşqçi təyin olunduğum gündən bütün diqqətimi və enerjimi yalnız bu komandaya həsr etmişəm. Həm ölkə çempionatında, həm də Avropa arenasında hiss etdiyim daimi məsuliyyət məni bu kluba elə sıx bağlayıb ki, özümü başqa yerdə təsəvvür edə bilmirəm.

    Müsahibə

    "Məşqçilik bir şey yoxdur, səhlənkarlıq məndədir" – İsa Rüstəmov

    21.04.2026 22:09:27
    Müsahibə

    "Futbol varlıların oynayaraq kasıbları əyləndirdiyi idman növüdür" - Elməddin Cəfərov

    21.04.2026 14:48:51
    Cüdo

    "Hidayətdən bu məğlubiyyəti gözləməzdim" – Müəllimi Tərlan Həsənov

    21.04.2026 14:42:28
    Müsahibə

    "Araz-Naxçıvan"a himayədarlığım sual altındadır, tək qalmışam" - Zaur Axundov

    21.04.2026 13:43:43
    Akademiya

    "Niderland və Türkiyədə beynəlxalq turnirlərdə iştirak edəcəyik" – "Qarabağ"ın məşqçisi

    20.04.2026 10:43:15
    Müsahibə

    "Balabəy Ağayevə qarşı daha çox haqsızlıq edilib" – Natiq Bağırov

    19.04.2026 16:47:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" akademiyasının rəsmiləri UEFA Gənclər Liqası forumunda

    21.04.2026 23:29:49

    "Rusiya millisini seçdiyim üçün zərrə qədər də peşman deyiləm" - Azərbaycanlı futbolçu

    21.04.2026 22:52:23

    Avropa çempionatı: 2 güləşçimiz finalda, 2-si "bürünc" qazandı

    21.04.2026 22:29:32

    "Məşqçilik bir şey yoxdur, səhlənkarlıq məndədir" – İsa Rüstəmov

    21.04.2026 22:09:27

    "Belə qərarlar mənə də xoş deyil" - Rəşad Sadıqov

    21.04.2026 22:02:24

    "VAR-a baxıb, təmiz qolumuzu sildilər" - Yunis Hüseynov

    21.04.2026 21:30:38

    Azərbaycan Kubokunda ilk finalçı "Zirə" oldu

    21.04.2026 21:03:14

    İsa Rüstəmov Avropa çempionatını kiçik gümüş medalla başa vurdu – YENİLƏNİB

    21.04.2026 20:58:36

    "Qarabağ" və "Neftçi"nin pley-offdakı rəqibləri bilindi

    21.04.2026 18:49:05

    "Neftçi" paraqvaylı vingerin transferindən imtina etdi

    21.04.2026 18:17:24

    "Zirə" - "Turan Tovuz": HEYƏTLƏR

    21.04.2026 17:55:09

    FIFA reytinqi: Millimiz yerində saydı

    21.04.2026 17:18:00

    "Kəpəz" 2 futbolçu ilə müqavilə imzaladı

    21.04.2026 16:55:53

    Avropa çempionlarımız Tiranada yarımfinala çıxdı - YENİLƏNİR

    21.04.2026 16:35:37

    Azərbaycanın ən güclü veteran cüdoçuları bilindi - ADLAR

    21.04.2026 16:12:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved