Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Neftçi"də rusiyalı futbolçu yoxdur və ola da bilməz" - Yuri Vernidub
    17.01.2026 18:42:56

    "Neftçi"nin baş məşqçisi Yuri Vernidub ölkəsi Ukraynanın mətbuatına müsahibə verib.

    Prosport.Az xəbər verir ki, 59 yaşlı mütəxəssis komanda ilə bağlə təəssüratlarını bölüşüb, qarşıya qoyduğu hədəfləri açıqlayıb.

    - Yuri Nikolayeviç, artıq 1 aydır "Neftçi"nin baş məşqçisiniz. Təəssüratlarınız necədir?

    - Yalnız müsbət. Burada hər şey xoşuma gəlir. Ən önəmlisi, futbolçular məşqçilər korpusunun tələb və göstərişlərini düzgün qəbul edirlər. Komandanın vəziyyətini yaxşılaşdırmaq üçün çalışacağıq.

    - “Neftçi” ilə müqavilənizin müddəti nə qədərdir?

    - 1,5 il.

    - Çempionatda komandanız 7-ci pillədədir. Mövsümün sonu üçün hansı vəzifələr qoyulub?

    - Azərbaycanda “Neftçi” Ukraynadakı “Dinamo” kimidir, ona görə də hədəflər həmişə ən yüksəkdir. Qızıl medallara çatmaq çətin olacaq, amma hər oyunda qalib gəlməyə çalışacağıq ki, mümkün qədər yüksək pilləyə qalxaq. Futbolçular bunu başa düşür, hətta komandada çoxlu legioner olsa da.

    Biz təlim-məşq toplanışı keçirik və futbolçuların işə yanaşması xoşuma gəlir. “Neftçi”yə oyunçular yaxşı seçilib. İndi fiziki hazırlığı artırmaq, intizamı gücləndirmək və sonra irəli getmək qalır (gülür). Düşünürəm ki, futbolçular da özlərini sübut etməkdə və irəliləmək istəməkdə maraqlıdır.

    – Siz demişdiniz ki, komandadakı legionerlərin səviyyəsindən narazısınız. Bu fikiriniz dəyişib?

    – Bu, jurnalistlərin uydurmasıdır. Yeganə geniş olmayan müsahibəni klubun mətbuat xidmətinə “Neftçi” ilə müqavilə imzaladıqdan sonra vermişəm. O vaxtdan bəri nə azərbaycanlı, nə də ukraynalı jurnalistlərlə danışmışam. Siz ilk jurnalistsiniz ki, təyinatımdan bir ay sonra ayrıca müsahibə verirəm. Bir də ki, mən futbolçularım haqda pis danışmaram. Bu, onların nüfuzunu zədələyər. Biz bir qayıqda oturmuşuq, eyni istiqamətdə üzməliyik.

    – Legionerlər arasında ən tanınmışı ulduz futbolçu Vensan Abubakardır.  “Beşiktaş” və “Portu”nun sabiq hücumçusunun hazırkı durumu necədir?

    - O, hazırlıqlarda əla iştirak etdi, bir məşqi belə buraxmadı və çəki atdı. Onu izləyirəm və görürəm ki, Vensan oynamaq istəyir. Amma rəqabət var, məsələn, Bassalu Sambunun timsalında. Amma Abubakar ulduz oyunçudur, bunu 100 faiz deyə bilərəm.

    – Sizdən soruşmaya bilmirəm. Ukraynadan yeni oyunçu almağı planlaşdırırsınız?  

    - Hazırda yox. Burada yalnız  “Çernomorets”in keçmiş yarımmüdafiəçisi Andrey Ştoqrin oynayır. O, hazırlıqlarda iştirak etdi və mənə çox yaxşı təəssürat bağışladı. İndi o, əsas komandaya sifariş olunacaq.

    – “Neftçi”ni yenidən zirvəyə qaytarmaq çətin olmayacaq? Nəzərə alaq ki, hazırda Azərbaycanda “Qarabağ” üstündür...

    – Niyə rəqibin əhvalını pozmayaq ki? (gülür). Ona görə bu çağırışı qəbul etmişəm. Mənə bura gəlib tanınmış klubda işləmək maraqlı idi. “Neftçi” hazırda olması lazım olan mövqedə deyil. Bu isə məşqçi korpusumuz üçün stimuldur. Uzağa baxmadan, sadəcə işləyəcəyik. Hər şey mümkündür.

    – Yaxınlarda Azərbaycanda ukraynalı məşqçilərin derbisi olacaq. Andrey Demçenkonun rəhbərlik etdiyi “Araz-Naxçıvan”la oyunu prinsipial hesab edirsiniz?

    - Turnir cədvəlindəki mövqeyə görə bu oyun vacibdir, amma şəxsi rəqabət məsələsi deyil. Əsas odur ki, komanda irəliləsin. Məncə, Demçenko da belə düşünür. Bu oyun bizim üçün önəmlidir, güclü tərəf qalib olacaq. “Neftçi” xal toplamalıdır.

    - Rusiyaya münasibətdə mövqeyinizi nəzərə alaraq soruşmaya bilmərəm: “Neftçi” ilə Moskvanın “Lokomotiv” klubu arasında əməkdaşlıq memorandumu imzalanmasına necə reaksiya verdiniz?

    - Burada da jurnalistlər məlumatı şişirdiblər. Bəzi KİV-lər yazıb ki, guya mən Moskvaya gedəcəyəm. Bu, ağlasığmazdır. Bu əməkdaşlıq müqaviləsi uşaq akademiyaları arasında imzalanıb. Bu, klubun hüququdur. Mənim bununla nə əlaqəm var? Əsas komandada bir nəfər də olsun rusiyalı yoxdur və ola da bilməz. Gənclər komandalarında isə yalnız azərbaycanlılar çıxış edirlər. Mən burada Ukrayna dilində danışıram, sözlərimi isə futbolçulara və ya həmsöhbətə tərcüməçi çatdırır.

    Futbol

    "Qarabağ"a transferim baş tutmadı" - Belaruslu qapıçı

    4.09.2026 12:10:32
    Güləş

    “Növbəti hədəfim dünya çempionu olmaqdır” - Camal Feyziyev

    2.09.2026 18:51:59
    Güləş

    "İkiqat dünya çepionu olmaq istəyirəm" – Vüsal Əliyev

    31.08.2026 19:28:46
    Müsahibə

    "Qol epizodlarından istifadə edə bilmirik" - "Zirə"nin futbolçusu

    31.08.2026 14:12:41
    Müsahibə

    "Qarabağ"a qarşı məndə daha çox əsəb və qəzəb vardı" – Aleksey İsayev

    28.08.2026 16:49:30
    Futbol

    "Hər şeyi etdik, amma alınmadı" – Kadi

    28.08.2026 12:00:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved