Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "İnanıram ki, Qara Qarayev bizə uğur gətirəcək" – Millimizin baş məşqçisi
    12.01.2026 12:08:52

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) baş məşqçisi Rəşad Eyyubov Bakının Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az-ın da iştirak etdiyi həmin müsahibəni təqdim edirik:

    – Ümumilikdə U-21-in təlim-məşq toplanışı necə keçir?
    – Hər şey yaxşıdır. Oyunçularla daha yaxından tanış olmaq üçün yaxşı fürsət yarandı. Əksəriyyətini izləyirdik, amma şəxsi təcrübə həmişə fərqli olur. Bizim üçün çox önəmli bir toplanışdır.

    – Almaniyanın "Herta" klubundan 2 futbolçu milliyə cəlb olunub. Onların səviyyəsi sizi nə dərəcədə qane edir?
    – Onları çoxdan izləyirdik. Onlarla bağlı bütün statistik rəqəmlər bizdə var. Yenə də bizim üçün şəxsi təcrübə çox vacibdir. Bu futbolçulara yaxından baxmaq lazımdır.. Onların səviyyəsindən şübhəmiz yoxdur, çünki yaxşı klublarda çıxış edirlər. Demək olar ki, bütün oyunlarına baxmışıq. Elyas Bağcı U-19 liqasında oynayır, bəzən U-21-ə cəlb olunur. Raul Süleymanov artıq U-17 liqasında çıxış edir. Son oyunlarından razı qaldıq və düşündük ki, bu toplanış onları meydanda görmək üçün yaxşı bir fürsətdir.

    – Raul Süleymanov Almaniyada doğulub?
    – Bəli.

    – U-21-in heyətində “Səbail”in oyunçusu Emin Rüstəmovun əvəzinə “Qəbələ”nin üzvü Ceyhun Bağırzadə çağırıldı. Bu dəyişiklik zədə ilə bağlı idi?
    – Yox. Düşündük ki, Emin Rüstəmovun indiki halda klubunda qalması onun da, bizim üçün də daha önəmlidir.

    – Bir müddət U-21 millisində Ayxan Abbasovun köməkçisi də işlədiniz. Sizin oyun fəlsəfəniz Ayxan Abbasovunkuna sadiqdir, yoxsa fərqlidir?
    – Mən lap istəsəm belə, kiminsə sistemini kopyalamaq çox çətin bir işdir. Çünki Ayxan müəllim oyunu beynində necə görürdüsə, mən bunu görə bilmərəm. Hər bir məşqçi fərqlidir. Əsas məqsəd odur ki, oyunçuların müsbət xüsusiyyətlərindən meydanda maksimum və effektli istifadə edək. Sistem 4-4-2 də ola bilər, 5-4-1 də, amma bu çox da önəmli deyil. Əsas prinsiplər və oyunçuların keyfiyyətidir.

    – Martda Portuqaliya və Bolqarıstanla oyunlarınız olacaq. Toplanış isə Bakıda keçirilir. Xaricdə hazırlaşmaq üçün təklif irəli sürdünüzmü?
    – Burada şərait, meydança yaxşıdır. Ona görə də toplanışı burada keçirmək qərarı verdik.

    – Qara Qarayevin U-21-ə analitik kimi təyinatı ilə bağlı nə deyə bilərsiniz?
    – İlk növbədə Qaranı təbrik etmək istəyirəm. Çox yaxşı karyerası olub. Ölkədə belə karyeraya malik 3-4 oyunçu var. Düşünürəm və inanıram ki, Qara Qarayev həm məşqçi, həm də insan kimi bizə uğur gətirəcək.

    Səbuhi Musa

    Futbol

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07
    Futbol

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20
    Futbol

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57
    Futbol

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26
    Futbol

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05
    Futbol

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved