Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    "Neftçi TV"nin lisenziyası niyə ləğv edildi? – Legionerlərə pul tökülür, media heçə sayılır
    9.01.2026 18:17:28

    “Gözün aydın olsun”, “Neftçi” fanı. Çox sevdiyin klub səni TV-dən də məhrum etdi.

    Audiovizual Şura "Neftçi Media" MMC-yə verilən peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv etdi. Səbəb son 1 il ərzində davamlı internet üzərindən yayımın olmamasıdır.

    Əvvəla, onu izah edək ki, “peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası” nə deməkdir? Hamının başa düşə biləcəyi dildə yazsam, “peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası” kabel televiziyalarına çıxış imkanı verən lisenziyadır. Məsələn, kanal var ki, peyk yayımı yoxdur, amma KATV, Connect TV, CityNet kimi platformalarda izlənilə bilir.

    Bəs bu lisenziya nə vaxt alınmışdı? 2023-cü ilin sonlarında. Bu, Rüstəm Allahverdiyevin mətbuat xidmətinin rəhbəri olduğu vaxt idi. Daha sonra Rüstəmlə yollar dekabrda ayrıldı, iş yarımçıq qaldı, Kamran Ağabalayev TV-yə direktor təyin olundu, ancaq yenə kabel televiziyalarına çıxış baş tutmadı. Daha sonra Ağabalayev də klubdan ayrılaraq ağ-qara sevgisini “Baku TV”yə daşıdı, ayrılmasını da xaricdə olması, film və ssenarilər üzərində işləməsi ilə əlaqələndirdi. Hərçənd indiyədək həmin filmlərə Azərbaycan filmlərini diqqətlə izləyən biri kimi heç bir platformada rast gəlmədim.

    Daha sonra indikilər gəldi. TV təcrübəsi olan 2 həmkar – Rüstəm Əfsərli və Asəf Zeynallı klubun mətbuat işinə gətirildi. Gözləmək olardı ki, “Neftçi TV” qeyri-adi islahatları, fərqlilikləri, interaktiv mövzuları ilə gündəmə gələcək. Ancaq onlar da TV-nin inkişafı üçün heç nə edə bilmədi. Klub rəhbərliyi Cenk Sümərlərə və əcnəbilərə pulu tökdü, ancaq televiziya işi arxaya atıldı.

    Bu isə o deməkdir ki, indikilər də klub rəhbərliyinə TV və sosial medianın inkişafı yönündə söz bildirmək üçün ya cəsarətli deyil, ya da klub rəhbərliyi onları heçə sayır. Əgər 2-ci variantdırsa, görünür, onlar üçün klubun media işi yox, nəticə önəmlidir. Nəticə isə göz qabağındadır, futbolçular, məşqçilər yola salınır, təzminatlar ödənilir, pullar lazımsız yerlərə axıdılır. Klub isə Audioviziual Şuradan hər hansısa cərimə almamaq üçün (bir neçə dəfə xəbərdarlıq alıb) özü müraciət edib deyir ki, lisenziyamızı ləğv edin, onsuz da bizə kabel yayımına çıxmaq vacib deyil... 

    Pandemiyanın qızmar vaxtında – 2020-ci ildə, Kamran Quliyevin klubda prezident olduğu vaxt yaradılan “Neftçi TV” üçün Rüstəm Allahverdiyevdən aldığım açıqlama indiyədək yadımdadır. Təxminən 5 il əvvəl alınmış açıqlamaya diqqət: “YouTube” vasitəsilə yayımlar ilk günlərdə 4-5 saat davam edəcək. Daha sonra bu müddəti 8 saata çatdıracağıq. “YouTube”da efirimiz tam hazır olduqdan sonra isə KABEL TELEVİZİYASINA ÇIXMAQ BARƏDƏ DÜŞÜNƏCƏYİK”.

    Başın sağ olsun, Rüstəm. Övladın kimi sevdiyin, lisenziya aldığın “Neftçi TV” kimlərinsə güdazına getdi...

    P.S. Məndə olan məlumata görə, TV xərclərini köklü surətdə azaldan klub BƏƏ-dəki yoxlama oyunlarının heç birini canlı yayımlamayacaq. Klubun adından sonra gələn PFK-da P hərfinin məsuliyyətini dərk etmək lazımdır, cənablar!

    Səbuhi Musa

    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Futbol

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40
    Futbol

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved