Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Azərbaycan ötən il dünya və Avropa çempionatlarından 40 medal gətirib – ARAŞDIRMA
    4.01.2026 16:39:36

    2025-ci il arxada qaldı. Ötən il Azərbaycan idmançıları bir sıra yarışlardan medallarla qayıtdı. Bir sıra federasiyalar uğurlu çıxış etsələr də, uğursuzluğunu davam etdirənlər də oldu. 

    Prosport.Az ötən il keçirilmiş olimpiya idman növləri üzrə dünya və Avropa çempionatlarında qazandığımız medallara nəzər salıb.

    Bu yarışlarda 40 medal qazanmışıq. Bunlardan 6-sı qızıl, 8-i gümüş və 26-sı bürünc medaldır. Qızıl medallardan 4-ü güləş üzrə Avropa çempionatında, 1-i güləş üzrə dünya çempionatında və 1-i batut gimnastikası üzrə dünya çempionatında (qeyri-olimpiya növü olan tamblinqdə komanda yarışında dünya çempionu olmuşuq) qeydə alınıb.

    Mötəbər yarışlara qatılan federasiyalardan Atletika, Badminton, Avarçəkmə və Kanoe, Qılıncoynatma, Üzgüçülük və Kamandan Oxatma Federasiyaları bu yarışlardan medal gətirə bilməyib.  

    6-9 mart. Atletika üzrə qapalı məkanda Avropa çempionatı (Apeldorn, Niderland) – 1 idmançı ilə yarışdıq, medal olmadı

    7-13 mart. 10 metr məsafədən güllə atıcılığı üzrə Avropa çempionatı (Osiyek, Xorvatiya) – 1 bürünc medalla ümumi sıralamada 18-ci, medal qazandığımız "Çelenc" sıralamasında 9-cu olduq

    7-13 aprel. Güləş üzrə Avropa çempionatı (Bratislava, Slovakiya) – 24 idmançı ilə yarışdıq, 4 qızıl, 2 gümüş, 7 bürünc medalla Rusiya və Belarus idmançılarının birgə çıxış etdiyi UWW-dən sonra 2-ci olsaq da, onların nəticələri sıralamada yer almadığından, 1-ci sayıldıq 

    8-13 aprel. Badminton üzrə Avropa çempionatı (Horsens, Danimarka) – 6 idmançı ilə yarışdıq, medal olmadı

    13-21 aprel. Ağırlıqqaldırma üzrə Avropa çempionatı (Kişinyov, Moldova) – 1 idmançı ilə yarışdıq, ümumi sıralamada 1 gümüş medalla, eləcə də "böyük" və "kiçik" medal sıralamasında isə 1 qızıl, 1 gümüş, 1 bürünc medalla 15-ci olduq 

    23-27 aprel. Cüdo üzrə Avropa çempionatı (Podqoritsa, Monteneqro) – 15 idmançı ilə yarışdıq, 1 gümüş, 4 bürünc medalla 10-cu olduq

    26-31 may. İdman gimnastikası üzrə Avropa çempionatı (Laypsiq, Almaniya) – 6 idmançı ilə yarışdıq, medal olmadı

    29 may – 1 iyun. Akademik avarçəkmə üzrə Avropa çempionatı (Plovdiv, Bolqarıstan) – 4 idmançı ilə yarışdıq, medal olmadı

    4-8 iyun. Bədii gimnastika üzrə Avropa çempionatı (Tallin, Estoniya) – 14 idmançı ilə yarışdıq, medal olmadı

    13-20 iyun. Cüdo üzrə dünya çempionatı (Budapeşt, Macarıstan) – 13 idmançı ilə yarışdıq, 3 bürünc medalla 14-cü olduq

    14-19 iyun. Qılıncoynatma üzrə Avropa çempionatı (Cenova, İtaliya) – 4 idmançı ilə yarışdıq, medal olmadı

    11 iyul – 3 avqust. Su idman növləri üzrə dünya çempionatı (Sinqapur, Sinqapur) – 2 idmançı ilə yarışdıq, medal olmadı

    20-30 iyul. Qılıncoynatma üzrə dünya çempionatı (Tbilisi, Gürcüstan) – 8 idmançı ilə yarışdıq, medal olmadı

    23 iyul – 7 avqust. 25, 50, 300 metr məsafədən güllə və stend atıcılığı üzrə Avropa çempionatı (Şatoru, Fransa) – 1 gümüş, 2 bürünc medalla 27-ci olduq

    20-24 avqust. Kanoe və kayak üzrə dünya çempionatı (Milan, İtaliya) – 2 idmançı ilə yarışdıq, medal olmadı

    20-24 avqust. Bədii gimnastika üzrə dünya çempionatı (Rio-de-Janeyro, Braziliya) – 7 idmançı ilə yarışdıq, medal olmadı

    25-31 avqust. Badminton üzrə dünya çempionatı (Paris, Fransa) – 6 idmançı ilə yarışdıq, medal olmadı

    4-14 sentyabr. Boks üzrə dünya çempionatı (Liverpul, İngiltərə) – 11 idmançı ilə yarışdıq, 2 bürünc medalla 19-cu olduq

    5-12 sentyabr. Kamandan oxatma üzrə dünya çempionatı (Kuancu, Cənubi Koreya) – 2 idmançı ilə yarışdıq, medal olmadı

    13-21 sentyabr. Güləş üzrə dünya çempionatı (Zaqreb, Xorvatiya) – 23 idmançı ilə yarışdıq, 1 qızıl, 2 gümüş, 5 bürünc medalla Rusiya və Belarus idmançılarının birgə çıxış etdiyi UWW-dən sonra 6-cı olsaq da, onların nəticələri sıralamada yer almadığından, 5-ci sayıldıq 

    13-21 sentyabr. Atletika üzrə dünya çempionatı (Tokio, Yaponiya) – 1 idmançı ilə yarışdıq, medal olmadı

    2-11 oktyabr. Ağırlıqqaldırma üzrə dünya çempionatı (Förde, Norveç) – 4 idmançı ilə yarışdıq, medal olmadı

    8-19 oktyabr. Stend atıcılığı üzrə dünya çempionatı (Afina, Yunanıstan) – 9 idmançı ilə yarışdıq, medal olmadı 

    19-25 oktyabr. İdman gimnastikası üzrə dünya çempionatı (Cakarta, İndoneziya) – 4 idmançı ilə yarışdıq, medal olmadı

    24-30 oktyabr. Taekvondo üzrə dünya çempionatı (Usi, Çin) – 9 idmançı ilə yarışdıq, 1 bürünc medalla 20-ci olduq

    5-9 noyabr. Batut gimnastikası üzrə dünya çempionatı (Pamplona, İspaniya) – 6 idmançı ilə yarışdıq, 1 qızıl, 1 bürünc medalla Rusiya və Belarus idmançılarının birgə çıxış etdiyi INA-dan sonra 7-ci olsaq da, onların nəticələri sıralamada yer almadığından, 6-cı sayıldıq 

    6-18 noyabr. Güllə atıcılığı üzrə dünya çempionatı (Qahirə, Misir) – 3 idmançı ilə yarışdıq, 1 gümüş medalla 15-ci olduq

    Bundan başqa, boksda Beynəlxalq Olimpiya Komitəsinin tanımadığı IBA (Beynəlxalq Boks Assosiasiyası) tərəfindən keçirilən 2 dünya çempionatında da yarışmışıq:

    9-16 mart. Qadın boksu üzrə dünya çempionatı (Niş, Serbiya) – 6 idmançı ilə yarışdıq, medal olmadı

    4-13 dekabr. Kişi boksu üzrə dünya çempionatı (Dubay, BƏƏ) – 11 idmançı ilə yarışdıq, 1 qızıl, 2 bürünc medalla 4-cü olduq

    Həmçinin, Azərbaycan ötən il bir sıra multiidman yarışlarında da iştirak edib. Nəticələr belədir:

    9-16 fevral. XVII Avropa Yeniyetmələr Qış Olimpiya Festivalı (Bakuriani, Gürcüstan) – 1 idmançı ilə yarışdıq, medal olmadı

    4-14 aprel. III U-15 Ümumdünya Məktəb Yay Oyunları/Gimnaziada (Zlatibor, Serbiya) – 191 idmançı ilə yarışdıq, 33 qızıl, 23 gümüş, 28 bürünc medalla 4-cü olduq

    16-27 iyul. XXXII Yay Dünya Universitet Oyunları (Reyn-Rur, Almaniya) – 71 idmançı ilə yarışdıq, 2 qızıl, 2 gümüş medalla 24-cü olduq

    20-26 iyul. XVIII Avropa Yeniyetmələr Yay Olimpiya Festivalı (Skopye, Şimali Makedoniya) – 52 idmançı ilə yarışdıq, 3 qızıl, 3 gümüş, 4 bürünc medalla 16-cı olduq

    28 sentyabr - 8 oktyabr. III MDB Oyunları (GƏNCƏ, AZƏRBAYCAN) – 340 idmançı ilə yarışdıq, 33 qızıl, 56 gümüş, 95 bürünc medalla 2-ci olduq 

    7-21 noyabr. VI İslam Həmrəylik Oyunları (Ər-Riyad, Səudiyyə Ərəbistanı) – 179 idmançı ilə yarışdıq, 9 qızıl, 19 gümüş, 31 bürünc medalla 10-cu olduq.

    Səbuhi Musa

    MMA

    UFC döyüşçüsü: "Maliyyə və menecer olmadan uzağa getmək çətindir" - VİDEO

    12.08.2026 18:10:13
    Döyüş növləri

    UFC döyüşçüsü Şavkat Raxmonovun atası vəfat edib

    9.08.2026 21:41:33
    Döyüş növləri

    Millimiz Türkmənistan boksçuları ilə birgə Bakıda hazırlığa başlayıb

    6.08.2026 19:13:49
    Döyüş növləri

    Millimiz Avropa çempionatına Bakıda Türkmənistanla hazırlaşır

    6.08.2026 18:46:05
    Taekvondo

    Millimiz Batumidə 22 medal qazandı

    5.08.2026 15:09:26
    MMA

    Tofiq Musayev UFC-də 2-ci qələbəsini qazandı

    1.08.2026 21:18:34
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "50 futbolçu sifariş edib fərqli heyətlər qura bilmərik" - Valdas Dambrauskas

    15.08.2026 23:41:49

    "Bu gün hesab daha böyük olsaydı, istefa verməzdim" - Azər Məmmədov

    15.08.2026 23:30:41

    Anatoli Nuriyevin qolu komandasını xilas etmədi

    15.08.2026 23:13:51

    Son çempion mövsümə qələbə ilə başladı - VİDEO

    15.08.2026 22:44:23

    “Qarabağ” “Dinamo” ilə hər iki oyunda məğlub oldu – FOTOLAR

    15.08.2026 22:17:40

    "Sumqayıt" braziliyalı futbolçu transfer etdi

    15.08.2026 22:17:15

    "Burada heç kim sənə güzəşt etmir" - Fərid Namazov

    15.08.2026 21:45:05

    "Növbəti oyunlarda real gücümüzü göstərəcəyik" - Cavid Hüseynov

    15.08.2026 21:35:30

    "Araz-Naxçıvan"da yeni baş məşqçi – Amma...

    15.08.2026 21:10:51

    Azərbaycan Premyer Liqasında mövsümün ilk heç-heçəsi – YENİLƏNİB + VİDEO

    15.08.2026 20:35:29

    Şeydayevin komandasının oyunu dron təhlükəsinə görə təxirə salındı

    15.08.2026 20:17:51

    “LANDAU Layns” Ərhan Tokərlə yola davam edəcək

    15.08.2026 19:51:13

    “Sabah” amerikalı oyunçu ilə müqavilə imzaladı

    15.08.2026 19:21:28

    “Neftçi” 1/4 finala yüksəldi

    15.08.2026 19:13:02

    İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

    15.08.2026 18:46:47
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved