Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Çempionlar şəhid övladları ilə görüşdülər
    27.12.2025 16:01:33

    Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi, həmçinin çempion cüdoçular Şabran rayonunda VII "Qardaşlaşmış Qarabağ Məktəbləri" Qış düşərgəsinin iştirakçıları ilə görüşüblər.

    Prosport.Az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, cüdo üzrə Olimpiya və ikiqat Avropa çempionu, dünya çempionatının mükafatçısı Elnur Məmmədli, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, "Judo Club 2012" İctimai Birliyinin sədri Azər Əsgərov, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov, Avropa çempionları Rüstəm Orucov və Orxan Səfərov, eləcə də digər rəsmi nümayəndələr iştirak ediblər.

    "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən "Həftəsonu Qarabağ Məktəbi"nin birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunan tədbirdə çempionlar düşərgə iştirakçıları ilə səmimi söhbət aparıb, öz həyat və idman yoluna dair təcrübələrini bölüşüb, onları məqsədyönlü və əzmkar olmağa çağırıblar.

    Görüş çərçivəsində düşərgə iştirakçısı olan yeniyetmə cüdoçu, Vətən Müharibəsi Qəhrəmanı, şəhid XTQ baş giziri Mehrab Niftəliyevin qızı, Respublika və Sumqayıt şəhər birincisi Ləman Niftəliyevaya çempion cüdoçular tərəfindən kimono hədiyyə olunub. Olimpiya çempionlarından bu hədiyyəni almaq Ləman üçün yaddaqalan, unudulmaz anlardan biri olub və görüş zamanı duyğusal anlar yaşanıb.

    Sonda görüşün təşəbbüskarı olan "Judo Club 2012" İctimai Birliyinin sədri Azər Əsgərov tərəfindən bütün düşərgə iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.

    Qeyd edək ki, "Shabran Wellbeing Resort" İstirahət və Sağlamlıq Mərkəzində Fransanın Nant şəhərində fəaliyyət göstərən "Həftəsonu Qarabağ Məktəbi"nin şagirdləri ilə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məktəbli övladlarının iştirakı ilə keçirilən düşərgə ərzində müxtəlif maarifləndirici təlimlər, intellektual oyunlar, mədəni və idman tədbirləri təşkil olunur. Düşərgənin ikinci mərhələsinin 2026-cı ilin yay aylarında Fransada keçirilməsi planlaşdırılır.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved