Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Stolüstü oyunlar
    "Kişilər sərt yanaşma tələb edir, qadınlar isə incə dəstəyə ehtiyac duyur" – Nicat Abasov
    26.12.2025 12:12:38

    Azərbaycanın qadın şahmatçılardan ibarət komandası bu il dünya çempinatının gümüş medallarına sahib oldu.

    Prosport.Az bu münasibətlə komandanın kapitanı Nicat Abasovdan müsahibə götürüb.

    – Ümumilikdə şahmat ilini necə dəyərləndirərdiniz?
    – Bu ilə kimi mən həmişə aktiv idmançı olmuşam, yarışlarda iştirak etmişən. Sadəcə, bu il karyeramda müəyyən, qısa dönəmlik fasilə götürmək istəmişdim. Belə desəm, yeni nəfəslə peşəkar yarışlarda və beynəlxalq turnirlərdə uğurlu nəticələr göstərmək üçün davam edəcəyəm. Həmin pauzadan istifadə edərək qadın yığması ilə işimiz başladı. İlin ortasından etibarən qadın millisi ilə məşqlərimiz, yarışlarımız oldu. Düşünürəm ki, noyabrda dünya çempionatında göstərdiyimiz nəticənin səbəbi də bu davamlı məşqlər idi. Qədir Hüseynovla birgə gördüyümüz məşqlər bəhrəsini verdi. Buna görə ilk növbədə xanımlarımızı təbrik etmək istərdim.

    – Bu il bəzi yarışlarda da iştirak etmisiniz. Bunu özünüz üçün necə dəyərləndirirsiniz?
    – Bu il az yarışda iştirak etmişəm. Əvvəl daha çox olurdu. Bu il Avropa çempionatında 4-cü yeri tutdum. Dəfələrlə qitə çempionatında çıxış etmişəm, amma bu ilki nəticə ən yaxşısı idi. Daha sonra Dünya Kubokunda iştirak etdim. Türkiyə və Almaniya liqalarında oyunlar çıxış etdim. Əvvəl 1 ilə 100 partiya oynayırdımsa, 2025-ci ildə bu göstərici hardasa 35-40 aralığında oldu.

    – Fasilə verməyinizin səbəbi nə idi? Küskünlük, yoxsa yorğunluq?
    – Yox, qətiyyən küskünlük deyildi. Sadəcə 2023-2024-cü illərdə şahmatla həddindən çox məşğul olmuşdum, diqqət ayırmışdım. Müəyyən dərəcədə yorğunluq var idi. Düşünürəm ki, bu fasilə dincəlmək üçün lazım idi.

    – Artıq yetəri qədər dincəldiyinizi saymaq olar? Artıq Nicatı, şahmatı sevənlər düşünə bilərlər ki, siz növbəti ildən aktiv yarışlara qoşulacaqsınız?
    – Bəli. Plana əsasən gələn il daha çox yarışlarda iştirak edəcəyəm. Lakin qadın millisi ilə də çalışmalar davam edəcək. Ümid edirik ki, Ümumdünya Şahmat Olimpiadasına optimal hazırlıqla yanaşa biləcəyik.

    – Qadın millisinə kapitan təyin ediləndə bu sizin üçün gözlənilməz oldu, yoxsa əvvəldən belə söhbətlər gedirdi?
    – Təbii ki, federasiya rəhbərliyi bizim fikrimizi öyrənir. Yəni, təsadüfi seçimlər olmur. Eyni zamanda məndən də soruşulmuşdu ki, kişilər arasında yarışmaq, yoxsa qadınlar yığması ilə işləmək? Əvvəllər xaricdən qadın şahmat tələbələrim olub və müəyyən uğurlar qazanıblar. Onların arasında Dünya Kubokunun 2-cisi, Asiya və Hindistan çempionu kimi tələbələrim var. Fikirləşdim ki, artıq Azərbaycanda da qadınlarla işləməyin vaxtı çatıb. Çox sevinirəm ki, çalışdığım ilk mövsümdə dünya çempionatında belə nəticəmiz oldu, Azərbaycan yığması medal qazandı.

    – Ümumiyyətlə həmişə qadınlarla işləmisiniz, yoxsa tələbələriniz arasında kişi şahmatçılar da olub?
    – Təbii ki, oğlan komandaları ilə də işləmişəm. Əvvəl İsveçin kişilərdən ibarət komandasını çalışdırmışam. Namizədlər Turnirində Teymur Rəcəbovun sekundantı olmuşam. Həmçinin 2022-ci ildə Qüdsdə keçirilən dünya çempionatında kişilərdən ibarət Azərbaycan millisinin kapitanı olmuşam.

    – Ümumiyyətlə kişi, yoxsa qadın şahmatçıları çalışdırmaq daha asandır?
    – Oğlanlarla da az məşğul olmamışam. Məsələn, bu il Əhməd Əhmədzadə "Vüqar Həşimov Open" turnirinin qalibi oldu. Köməkçi məşqçi kimi Abdulla Qədimbəyli ilə məşğul olmuşam. O, 2022-ci ildə 20 yaşlılar arasında dünya çempionu olmuşdu. Yəni, Nəticələr illərə, yarışlara görə dəyişir. Sadəcə kişilərlə və qadınlarla çalışmağın spesifik tərəfləri, psixoloji məqamları var. Bunlar nəzərə alınmalıdır. Kişilər bəzən sərt yanaşma tələb edir ki, oyansınlar. Qadınların isə daha çox incə dəstəyə ehtiyacı var. Onlara nəzakətlə demək lazımdır ki, yaxşı olacaq. Düşünürəm ki, kişi və qadın komandaları arasında bu fərq əsas göstəricidir. Amma hər ikisi ilə çalışmaq özünə görə bir çağırışdır. Hər biri ilə çalışmaq maraqlıdır.

    – Son olaraq, növbəti il üçün hədəfiniz nədir?
    – Artıq 2019, 2021, 2023 və 2024-cü illərdə Dünya Kubokunda iştirak etmişəm. Düşünürəm ki, ilk hədəf ora vəsiqə qazanmaq olacaq. Fevralda Azərbaycan çempionatı var. Orada yaxşı nəticə göstərmək əsas məqsədlərdən biridir. Sentyabrda isə Özbəkistanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlıqlı olmaq lazımdır. Həm fərdi, həm də komanda şəklində yaxşı nəticə göstərməyi düşünürəm.

    Səbuhi Musa

    Digər idman növləri

    Millimizin üzvündən qızıl medal

    30.08.2026 20:44:27
    Digər idman növləri

    Şəhriyar Məmmədyarov FIDE reytinqində irəlilədi

    2.08.2026 00:13:15
    Digər idman növləri

    Dünya çempionuna son model kompüter hədiyyə olundu

    1.08.2026 21:45:23
    Stolüstü oyunlar

    Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçildi

    18.07.2026 17:00:11
    Digər idman növləri

    "Ağ at"da jurnalistlər üçün media turniri keçirildi – FOTOLAR

    13.07.2026 12:51:07
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızın Olimpiada üçün heyəti - ADLAR

    10.07.2026 18:23:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved