Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Müsahibə
    "Orada bizə 3500 manat qiymət oxudular" – Klub prezidenti gileyləndi
    24.12.2025 09:06:57

    Xaçmazın "Şimal" klubu I Liqada qələbəsi olmayan yeganə komandadır. I Liqanın debütantı olan klub 2 xalla turnir cədvəlinin autsayderidir.

    Prosport.Az "Şimal"ın həmtəsisçisi və prezidenti olan Qılman İbrahimovdan müsahibə götürüb.

    – Ötən tur "Baku Sportinq"ə minimal hesabla məğlub oldunuz. Oyun barədə nə deyə bilərsiniz?
    – Son oyunlarda komandada bir eniş yaşanırdı. Buna baxmayaraq, komanda son matçda mübariz çıxış etdi. Nəticədən razı qalmasam da, oyundan razı qaldım. Uşaqlar can qoydular, çalışdılar, vuruşdular. Rəqib şübhəli penalti ilə qələbə qazandı.

    – O barədə soruşacaqdım. 9-cu dəqiqədə penalti qərarı sizi razı salmadı?
    – Adətən hakimləri müzakirə etməyi xoşlamıram. Çünki hakim 2 dəfə səhv edə bilər. İnsanlıq faktoru var. Bildiyiniz kimi, I Liqada VAR sistemi yoxdur. Amma təkrarına da baxdıq, orada penalti yox idi.

    – Ondan sonra sizin futbolçunun əlinə top dəydi və baş hakim Vüqar Həsənli oyunu davam etdirdi...
    – Orada əl təbii vəziyyətdə idi. Müdafiə tərəfində əl təbii vəziyyətdə olanda o, penalti hesab olunmur. Gördüyünüz kimi, heyətlə bağlı problemlərimiz var. Qapıçımız Elmar Əzizov 37-ci dəqiqədə zədələndi, onu məcburi əvəzləməli olduq. Hücumameyilli yarımmüdafiəçimiz Xəyal Bədirov zədə üzündən matçı buraxdı. O da bu oyunun nəticəsinə kifayət qədər təsir etdi. Ümumiyyətlə, protokola 17 futbolçunun adını daxil edə bilmişdik. Məcburi əvəzetməni saymasaq, məşqçimiz Rəcəb Mahmudov ehtiyatdan cəmi 1 oyunçunu meydana sala bildi.

    – Cəmi 2 xalınız var və qələbə qazanmayan yeganə komandasınız. Qış fasiləsində nə etməyi planlaşdırırsınız ki, sonuncu sıradan qurtulasınız?
    – Əlbəttə, biz də istərdik ki, hər hansısa dönüş edək. Çünki heç olmasa, 9-cu yeri tutub pley-offa qalmağı düşünürük. Mövsümün əvvəlindən belə bir məqsədimiz var idi. Bizim zəif çıxışımızda ev oyunlarını Xaçmazdan 260 km aralıda – Şamaxıda keçirməyimiz də rol oynayır. Oyun günü Xaçmazdan 3 saat Şamaxıya gəlmək və 3 saat da qayıtmaq yorğunluq yaradır. Demək olar ki, bütün oyunları səfərdə keçiririk...

    – Amma nəzərə alın ki, "Şahdağ Qusar" və "Cəbrayıl" da ev oyunlarını Şamaxı Olimpiya Mərkəzinin stadionunda keçirir...
    – Razıyam. Ancaq indi mən digər klubların infrastruktur problemlərini müzakirə etmək istəmirəm. Həmin klublar Şamaxıdan 110 km aralıda olan Bakıdan gəlirlər və adətən oyundan 1 gün əvvəl gəldiklərini bilirəm. Biz isə Xaçmazın Çiləgir kəndinin stadionunda məşq keçib oyun günü Şamaxıya gəlirik. Hətta "Zaqatala" ilə ev oyunumuz vaxtı rəqib qonaq komanda sayılmasına baxmayaraq, 1 gün əvvəl Şamaxıya gəlib bizim gəlməyimizi gözləyirdi. İstər-istəməz bu və mövsümün gedişatında zədələrdən dolayı heyət kasadlığı öz sözünü deyir.

    – Niyə Xaçmaza daha yaxın olan Qubanın Olimpiya İdman Kompleksinin stadionunda oynamırsınız?
    – Çünki orada bizə 3500 manat qiymət oxudular. Bizə də Qubada oynamaq sərf edər. Həm də azarkeş baxımından da əziyyət çəkməzdik. Ancaq o qiymət bizim üçün bahadır. Şamaxıda 750 manat ödəməklə oyun keçiririk. Əgər Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu ən azı Şamaxıdakı kimi olsaydı və biz orada ev oyunlarımızı keçirsəydik, ən azı 4-5 xal indikindən çox toplayacaqdıq.

    – O stadionda nə çatışmır ki?
    – 1500 tamaşaçı tribunası var. Lakin ot örtüyü lazımi səviyyədə deyil. Gənclər və İdman Nazirliyinə bu qazonun təmiri ilə bağlı hələ Region Liqasında olan vaxt müraciətlərimiz olub. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev də Fərid Qayıbovla görüşüb. Vədlər verilib, inanırıq ki, yaxın müddətdə bunlar həll edilər. Hazırda diqqətimizi I Liqada qalmağa yönəltmişik. Qalsaq, infrastruktur məsələsinə yenidən qayıdacağıq.

    – Xaçmazda futbolçu potensialı necədir?
    – 40-a yaxın Xaçmaz Uşaq-Gənclər İdman Məktəbinin futbolçuları müxtəlif yaş qrupları üzrə "Sabah", "Qarabağ", "Neftçi", "Səbail" kimi Akademiyalarda çıxış edir. Hazırda "Şimal"ın 14 yaşadək komandası Şimal Regional Futbol Federasiyası adı altında öz zonası üzrə kifayət qədə normal çıxış edir.    

    – Hazırda sponsorunuz yoxdur?
    – Bizə sponsorluq edən kənd təsərrüfatı məhsullarının ixracı və idxalı ilə məşğul olan "BestProd" şirkəti hazırda maliyyə problemi yaşayır. Ona görə də onlar bizə dəstək ola bilmir. Ötən mövsüm II Liqada olanda onlar bizə dəstək olmuşdu. Həmin şirkət Xaçmazda fəaliyyət göstərir və rəhbəri mənimlə birgə bu klubun təsisçisi sayılır.

    – Futbolun İnkişafı Fonduna (FİF) yeni sponsorluq üçün müraciət etmisiniz, yoxsa köhnə sponsor yerinə yenisinin gəlməsini istəmir?
    – Müraciət etmişik. Özləri də dəfələrlə gəlib Xaçmazda olublar. FİF-in icraçı direktoru Tural Piriyevlə yaxş münasibətlərimiz var. Gah deyirlər ki, kömək olacaq. Ancaq bu günə kimi bu yöndə heç bir nəticə yoxdur.

    – Pley-offa qalmaq dediniz. Ancaq ora qalsanız, rəqiblərinizdən biri ya "Xankəndi", ya da "Qaradağ Lökbatan" ola bilər. Onlar da güclü görünür. Özünüz gələcəyə nikbin baxırsınız?
    – Turnir cədvəlindəki yerimizi nəzərə almasaq, komandamız əslində möhkəmdir. Şamaxıda Premyer Liqaya iddialı olan "Səbail"lə heç-heçə etmişik. MOİK 81-ci dəqiqədə qol vurmaqla bizdən yaxasını qurtara bildi, qalib gəlirdik. "Şahdağ Qusar"ı 81-ci dəqiqəyədək 2:1 məğlub edirdik. MOİK-lə Binədəki oyunda da əsas 2 oyunçumuz olmasa da, onlarla başa-baş mübarizə apardıq. İlk qolu 20-ci dəqiqədə penaltidən, 2-cini isə 71-ci dəqiqədə əks-hücumdan vurdular. Komandada təcrübə çatmır. Heyətin ən azı 50%-i 2 il əvvəl Region Liqasından gələn oyunçulardır. Onlar həvəskar futbolçuluqdan peşəkar liqaya gəliblər. Onların çoxu da Xaçmazdandır.

    Səbuhi Musa  

    Müsahibə

    "Əvvəl peşəkar formada davam etmək kimi məqsədim yox idi" – Bölgə klubunun legioneri

    8.02.2026 18:52:19
    Müsahibə

    "Sumqayıt"ın baş məşqçisi dostumdur" – "Baku Sportinq"in futbolçusu

    5.02.2026 14:02:25
    Müsahibə

    "Həyəcan hər zaman olur" - Ermənistanın oyununa təyinat alan azərbaycanlı hakim

    4.02.2026 13:05:04
    Futbol

    "Növbəti mövsüm üçün 54 klub lisenziya müraciəti edib" - AFFA rəsmisi

    3.02.2026 15:40:47
    Futbol

    "Estoniyada bir komanda üçün 30-40 min avro lazımdır" – "Qarabağ"ın rəhbəri

    3.02.2026 09:29:00
    Top oyunları

    "Bakı artıq mənim üçün 2-ci ev kimidir" – Paytaxt klubunun legioneri

    2.02.2026 15:57:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Deməzdim ki, müdafiəyə görə uduzduq" - Saşa İliç

    8.02.2026 21:58:10

    "Buraxdığımız qol xeyrimizə oldu" - Rəşad Sadıqov

    8.02.2026 21:23:56

    "Zirə" Sumqayıtdan qələbə ilə qayıdır - VİDEO

    8.02.2026 20:33:11

    Millimiz yenidən Belarusa gedir – Rəqiblər bəllidir

    8.02.2026 19:18:04

    "Mən “Sabah”ın baş məşqçisiyəm, “Qarabağ”ın yox" - Valdas Dambrauskas

    8.02.2026 18:54:54

    "Əvvəl peşəkar formada davam etmək kimi məqsədim yox idi" – Bölgə klubunun legioneri

    8.02.2026 18:52:19

    "Bu gün futbolçularda narahatlıq gördüm" - Andrey Demçenko

    8.02.2026 18:39:38

    "Sabah" "Araz-Naxçıvan"a böyük hesabla qalib gəldi – VİDEO

    8.02.2026 18:03:19

    "Sumqayıt" - "Zirə": HEYƏTLƏR

    8.02.2026 17:38:38

    Şəkidə sensasiya baş vermədi

    8.02.2026 16:38:12

    "Sabah" – "Araz-Naxçıvan": HEYƏTLƏR

    8.02.2026 14:52:35

    "İmişli"nin prezidenti "Dinamo"nun Akademiyasında – FOTOLAR + VİDEO

    8.02.2026 09:39:06

    Bəhram Rəcəbzadə bütün Niderlanda səsləndi: "Kəmər üçün revanş istəyirəm" – VİDEO

    8.02.2026 03:26:58

    Bəhram Rəcəbzadə rumın rəqibinə 31 saniyəyə qalib gəldi – VİDEO

    8.02.2026 02:18:11

    "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi ardıcıl 5-ci matçda da qalib gələ bilməyib

    8.02.2026 00:51:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved