Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Yeni ilə yeni çəki dərəcəsində başlayacağam" - Avropa çempionu
    24.12.2025 17:10:22

    2025-ci il arxada qalır. Bu il Azərbaycan cüdoçuları bir sıra beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında medallara sahib olublar. Onlardan biri də Bratislavada gənclər arasında Avropa çempionu olan 18 yaşlı Nihad Məmişovdur.

    Prosport.Az bu münasibətlə Nihad Məmişovdan müsahibə götürüb.

    - İl ərzində Poznan, İstanbul, Berlin və Skopyedə Avropa Kuboku turnirlərində medallara sahib oldunuz. Ardınca Bratislavada gənclər arasında Avropa çempionatının qalibi oldunuz. 2025-ci ili necə dəyərləndirərdiniz?

    - Allaha şükürlər olsun, 2025-ci il mənim üçün qənaətbəxş oldu. Gənclərin dünya çempionatında da medal qazanmalı idim. Amma alınmadı. İnşallah, 2026-cı ildə alınar.

    - Ötən il Limada yeniyetmələrin dünya çempionatında 1-ci yeri tutdunuz. Bu dəfə isə eyni şəhərdə gənclər arasında mundialda medalsız qaldınız...

    - Mən son dünya çempionatında çox həvəsli idim ve ilk dəfə idi ki, gənclər arasında çıxış edirdim. Ona görə də müəyyən qədər həyəcan var idi. Çıxışım yaxşı idi. Yaxşı start götürmüşdüm. Amma yaponiyalı cüdoçu ilə qızğın mübarizədə bir səhvlə məğlub oldum. Halbuki qalib gələ bilərdim. Təəsüf ki, alınmadı.

    - 60 kq çəki dərəcəsində mübarizə aparırsınız. Gənclər arasında dünya reytinqində hazırda 9-cu pillədəsiniz. Gələn ildən böyüklərin turnirlərində çıxış edəcəksiniz?

    - Bəli. Amma yeni ilə yeni çəki dərəcəsində - 66 kq-da başlayacağam. Bu çəki dərəcəsində reytinqim yoxdur. Amma daha yaxşı nailiyyətlər verəcəyimə inanıram.

    - Los-Anceles Yay Olimpiya Oyunlarına 3 ildən də az bir zaman qalır. Komandada 60 kiloqram çəki dərəcəsində aparıcı cüdoçu Balabəy Ağayevdir. Sonuncu olimpiadada da o çıxış etdi. Olimpiya Oyunları ilə bağlı hədəfləriniz var mı?

    - Bəli. Əsas hədəfim 2028-ci il olimpidasıdır. Orada iştirak etmək üçün 3 il ərzində dayanmadan məşq etməliyəm. Azərbaycanı Los-Ancelesdə layiqincə təmsil etməyi arzulayıram.

    - Ümumi olaraq, gələn il üçün əsas hədəfləriniz nədir?

    - 2026-cı il çox çətin olacaq. Bakıda böyüklər arasında dünya çempionatı var. Həm də əsas hədəfim gənclər arasında dünya çempionluğudur. Ümid edirəm ki, uğurlu bir il olacaq.

    Mahmud

    Cüdo

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30
    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved