Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırdı
    23.12.2025 22:22:45

    Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı qala mərasimi keçirib.

    Prosport.Az xəbər verir ki, tədbirə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.

    Qala mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak edib.

    Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Gənclər və idman naziri Fərid Qayıbov 2025-ci ilin Azərbaycan idmanı üçün kifayət qədər uğurlu keçdiyini qeyd edib. Nazir il ərzində 2113 medalın qazanıldığını, bunun 30 faizinin qızıl əyarlı olduğunu bildirib. Bu isə Azərbaycan idmanı tarixində rekord göstəricidir. Nazir bu nailiyyətlərin Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində əldə olunduğunu vurğulayıb.

    Daha sonra 4 nominasiya üzrə xüsusi mükafatlar təqdim olunub. Deflimpiya Oyunlarının gümüş mükafatçısı Coşqun Əliyev (cüdo, 60 kiloqram), boks üzrə dünya çempionu Sübhan Mamedov (50 kiloqram), Azərbaycan Atçılıq Federasiyası və cüdo üzrə qarışıq komanda xüsusi mükafata layiq görülüb.

    2025-ci ilin idman yekunları barədə hesabat videoçarxı təqdim edildikdən sonra federasiyalar, idman jurnalistləri arasında və sosial mediada aparılmış sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması mərasimi olub.

    Mərasimdə ilin ən yaxşı idman fotoqrafları, media qurumları və idman jurnalistləri də açıqlanıb. Tədbirdə mükafatlandırılanlardan biri də Prosport.Az saytının təsisçisi və baş redaktoru Səbuhi Musadır. O, ilin ən yaxşı idman jurnalisti (onlayn media) nominasiyası üzrə yer tutanlar arasında olub.

    İlin ən yaxşı idman veteranı

    Tərlan Həsənov (cüdo)

    Tamilla Bünyatova (atletika)

    Məhəmməd Müslümzadə (sambo)

    İlin ədalətli oyun nominasiyası

    Azərbaycan Badminton Federasiyası

    Azər İlyasov (Kanoe və avarçəkmə)

    Rauf Məmmədov (şahmat)

    İlin ən yaxşı uşaq-gənclər idman məktəbi

    “Ulduz” Futbol Akademiyası

    Respublika Kompleks İdman Məktəbi

    Şuşa Uşaq-Gənclər İdman Məktəbi

    İlin ən yaxşı idman filmi və videoçarxı

    “Arzunun ardınca” (Everestə çıxan Elmira Aslanova haqqında film)

    “Baku Open” şahmat festivalı üçün videoçarx

    “Uğur hekayəni yalnız öz gücünlə yaza bilərsən” (taekvondo)

    İlin ən yaxşı idman fotoqrafı

    İlqar Cəfərov ("Azərtac" Agentliyi)

    İslam Atakişiyev (idman.biz)

    Samirə Həsənova ("Report" Agentliyi)

    İlin ən yaxşı idman media qurumları (Onlayn media)

    İdman.biz

    "Azərtac" Agentliyi

    “Report" Agentliyi

    İlin ən yaxşı media qurumları (Telekanallar)

    "İctimai TV"

    “CBC Sport”

    "İdman TV"

    İlin ən yaxşı idman jurnalistləri (Yazılı media)

    Elmir Əliyev (Haqqın.az)

    Elnur Salahov ("Azərtac" Agentliyi)

    Səbuhi Musayev (Prosport.Az)

    İlin ən yaxşı televiziya jurnalisti

    Arifə Lətifova (“CBC Sport”)

    Fəridə Abdulla ("İctimai TV")

    Vüqar Nəzərov ("İdman TV")

    İlin ən sosial media fenomeni

    Tofiq Əliyev (tamblinq üzrə ikiqat dünya çempioni)

    Səhər Mehman (Azərbaycan Velosiped İdmanı Federasiyasının məşqçisi, ölkəmizin ilk qadın velosiped təlimçisi)

    Günay Arazova (fitnes məşqçisi)

    İlin ən yaxşı idman klubu

    “Ocaq Sport” İdman Klubu

    “Neftçi” İdman Klubu

    DİN-in İdman Cəmiyyəti

    İlin ən yaxşı idman qurğusu

    Milli Gimnastika Arenası

    Gəncə İdman Sarayı

    Tofiq Bəhramov adına Respublika Stadionu

    İlin ən yaxşı Olimpiya İdman Kompleksi (OİK)

    Quba OİK

    Şəki OİK

    Şirvan OİK

    İlin ən yaxşı idman həkimi

    Zaur Abdullayev (Azərbaycan Boks Federasiyası)

    Müşfiq İbrahimov (Azərbaycan Güləş Federasiyası)

    Ramil Vəliyev (Azərbaycan Cüdo Federasiyası)

    İlin ən yaxşı hakimi

    Nazim Umbayev (Azərbaycan Cüdo Federasiyası)

    Eldar Zülfüqarov (Azərbaycan Voleybol Federasiyası)

    Cahangir Babayev (Azərbaycan Karate Federasiyası)

    İlin ən yaxşı idman tədbiri

    MDB Oyunları

    Minifutbol üzrə dünya çempionatı

    UFC döyüş gecəsi

    “İlin ən yaxşı idman federasiyası

    Azərbaycan Cüdo Federasiyası

    Azərbaycan Boks Federasiyası

    Azərbaycan Gimnastika Federasiyası

    İlin qadınlardan ibarət ən yaxşı klub komandası

    “Azərreyl” voleybol klubu

    “Neftçi” futbol klubu

    “Azəryol” həndbol klubu

    İlin kişilərdən ibarət ən yaxşı klub komandası

    “Qarabağ” futbol klubu

    “Sabah” basketbol klubu

    “Kür” həndbol klubu

    İlin ən yaxşı idman dəstəkçisi

    “iTicket.az”

    “Azercell”

    “Azəryolservis”

    Uğurlu beynəlxalq əməkdaşlığa görə

    Azərbaycan Avtomobil Federasiyası

    Azərbaycan Üzgüçülük Federasiyası

    Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası

    2025-ci ildə dövlət qurumları arasında idman yarışlarına görə

    Fövqəladə Hallar Nazirliyi

    SOCAR

    Daxili İşlər Nazirliyi

    İlin kişilərdən ibarət ən yaxşı milli komandası

    Minifutbol üzrə milli komanda

    Boks üzrə milli komanda

    Yunan-Roma güləşi üzrə milli komanda

    İlin qadınlardan ibarət ən yaxşı milli komandası

    3×3 basketbol üzrə milli komanda

    Şahmat üzrə milli komanda

    Futbol üzrə milli komanda

    Qeyri-olimpiya idman növləri üzrə ilin ən yaxşı baş məşqçisi

    Elşad Quliyev (minifutbol)

    Nicat Abasov (şahmat)

    Hikmət Hacıyev (kikboksinq)

    İlin ən yaxşı qadın məşqçisi

    Əminə Abdullətif (cüdo)

    Fəridə Əzizova (taekvondo)

    Samirə Hüseynova (qılıncoynatma)

    İlin ən yaxşı kişi məşqçisi

    Qurban Qurbanov (“Qarabağ” futbol klubu)

    Rixard Trautman (cüdo)

    Elbrus Rzayev (boks)

    İlin ən yaxşı paralimpiyaçısı

    İlham Zəkiyev (paracüdo)

    Roman Saley (paraüzgüçülük)

    Kamran Zeynalov (paragülləatıcılığı)

    Qeyri-olimpiya idman növləri üzrə ilin ən yaxşı idmançısı

    İrina Zaretska (karate)

    Ülviyyə Fətəliyeva (şahmat)

    Elvin Məmmədov (kikboksinq)

    İlin ən yaxşı qadın idmançısı

    Jalə Əliyeva (güləş)

    Südabə Ağayeva (cüdo)

    Nigar Nəsirova (atıcılıq)

    İlin ən yaxşı kişi idmançısı

    Həsrət Cəfərov (yunan-Roma güləşi)

    Zelim Kotsoyev (cüdo)

    İsa Rüstəmov (ağırlıqqaldırma)

    Mükafatçılar bəlli olduqdan sonra tədbir bədii hissə ilə davam edib.

    Digər idman növləri

    Millimizin dünya çempionatındakı ilk rəqibləri bilindi

    3.06.2026 22:50:50
    Stolüstü oyunlar

    Azərbaycanlı idmançını İsveçə göndərdilər

    3.06.2026 14:44:14
    Digər idman növləri

    Azərbaycan avarçəkənləri Qazaxıstanda tam heyətlə medal qazandılar

    3.06.2026 12:08:23
    Digər idman növləri

    Su İdmanı Sarayı Dünya Kubokuna hazırlaşır - Bəzi bölmələrin fəaliyyəti dayandırıldı

    2.06.2026 19:00:38
    Digər idman növləri

    Bakıda bu idman növü üzrə Avropa Kuboku və çempionatı keçiriləcək

    2.06.2026 16:52:10
    Digər idman növləri

    "Neftçi" və titullu idmançılar uşaqları sevindirdi - FOTOLAR

    1.06.2026 16:19:10
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Minifutbol millimiz Avropa çempionatının finalında

    3.06.2026 23:54:38

    "Zirə" daha 2 futbolçu ilə bağlı qərar verdi

    3.06.2026 23:13:32

    Millimizin dünya çempionatındakı ilk rəqibləri bilindi

    3.06.2026 22:50:50

    Minifutbol yığmamız finala çıxsa, bu komanda ilə qarşılaşacaq

    3.06.2026 22:21:45

    Elmar Baxşıyev Premyer Liqa klubunda

    3.06.2026 21:59:26

    Millimiz Dünya Kubokunun pley-in mərhələsində – YENİLƏNİB

    3.06.2026 21:28:44

    Türkiyə millisinin DÇ-2026 matç cədvəli

    3.06.2026 20:29:06

    "Neftçi"nin sabiq üzvü Azərbaycandan ayrılmaq istəmir

    3.06.2026 20:24:07

    Xorvatlar azərbaycanlı futbolçunu bu qiymətə satacaq

    3.06.2026 20:15:27

    "Qarabağ" U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək

    3.06.2026 20:01:08

    "Xəzər Lənkəran" geri qayıdır?

    3.06.2026 19:34:17

    "Qarabağ" "Atletiko"nun sabiq qapıçısından imtina etdi

    3.06.2026 18:42:22

    Bakıdakı UFC turnirində azərbaycanlı "Tank" da iştirak edəcək

    3.06.2026 18:36:44

    Azərbaycan çempionu bölgə klubunun idman direktoru oldu

    3.06.2026 18:13:52

    AGF-də idmançı zədələri və digər aktual məsələlər müzakirə olundu

    3.06.2026 17:55:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved