Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Özümə inanıram və bunun üçün çalışacağam" - Bu il bütün yarışlardan medalla qayıdan cüdoçu
    23.12.2025 15:42:20

    2025-ci il arxada qalır. Bu il Azərbaycan cüdoçuları bir sıra beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında medallara sahib oldular. Onlardan biri də Slovakiyanın paytaxtı Bratislavada gənclər arasında Avropa çempionu, Perunun Lima şəhərində isə dünya ikincisi olan 19 yaşlı Məhəmməd Musayevdir.

    Prosport.Az bu münasibətlə Məhəmməd Musayevdən müsahibə götürüb.

    - 2025-ci il arxada qalır. İl ərzində gənclər arasında Avropa Kuboku turnirlərində bir dəst medala (qızıl, gümüş və bürünc) sahib oldunuz. Bratislavada gənclər arasında Avropa çempionu oldunuz. Limada isə gənclərin dünya çempionatını gümüş medalla tamamladınız. Ümumi olaraq 2025-ci ili necə dəyərləndirirsiniz?

    - 2025-ci il mənim üçün uğurlu sayıla bilər. Çıxış etdiyim bütün yarışlardan medalla qayıtdım. Bu il mənə çox düşərli oldu. Əziyyətimiz yerdə qalmadı. Fürsətdən istifadə edib, bizə göstərilən dəstəyə görə Azərbaycan Cüdo Federasiyasına, şəxsi məşqçim Hikmət Əliyevə və gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimliyə təşəkkürlərimi bildirmək istəyirəm.

    - Gənclərdən ibarət Azərbaycan yığmasının 2025-ci il ərzində ümumi çıxışını necə qiymətləndirirsiniz? Avropa çempionatında komandaya 2 qızıl medaldan 1-ni də, dünya çempionatında isə yeganə mükafatı siz gətirdiniz. Komanda yoldaşlarınızın çıxışını aşağı qiymətləndirirsinizmi?

    - Bu suala cavab verməməyim doğru olmaz. Çünki hər kəsin qisməti özünədir.

    - 66 kq çəki dərəcəsində mübarizə aparırsınız. Gənclərin dünya reytinq cədvəlində hazırda 3-cü pillədəsiniz. Bu çəki dərəcəsi üzrə böyüklərin komandasında aparıcı idmançı yoxdur. Gələn ildən əsas komandaya düşmək şanslarınız varmı?

    - Bəli, əlbəttə. Məqsədim əsas komandada çıxış etməkdir. Çünki əsas komandada çıxış etdiyimiz zaman dünya çempionatına, oradan isə olimpiadaya yol daha açıq olur. Bu yol da çox çətin, enişli-yoxuşludur.

    - Los-Anceles Olimpiadasına 3 ildən də az bir zaman qalır. Olimpiada üçün hədəfləriniz var mı?

    - İdmançının 1-ci məqsədi elə olimpiadadan medalla qayıtmaqdır. Mənim də birinci məqsədim və arzum odur. Özümə inanıram və bunun üçün çalışacağam.

    - Gələn ilin əsas turnirləri - Tbilisidə Avropa çempionatı, Bakıda isə dünya çempionatı olacaq. Ümumi olaraq gələn il üçün əsas hədəfləriniz nədir?

    - Əsas hədəflərdən biri 2026-cı ildə gənclər arasında medal qazanıb, daha sonra Bakıda baş tutacaq dünya çempionatında çııxış etməkdir. İnsanın öz vətənində belə böyük bir yarışda çıxış edib medal qazanmağı onun üçün çox vacib və qürurvericidir.

    Mahmud

    Cüdo

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30
    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved