Milli Olimpiya Komitəsində yeni təyinat gerçəkləşib.
Prosport.Az xəbər verir ki, Ceyhun Rəhmanov Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Proqramlar İdarəsinin müdiri vəzifəsinə təyin olunub.
Daha əvvəl də MOK-da çalışmış Ceyhun Rəhmanov Azərbaycan Cüdo Federasiyasında layihələr üzrə menecer vəzifəsində işləməyə başlamışdı. O, federasiyada da işinə davam edəcək.
Qeyd edək ki, MOK-da Beynəlxalq Proqramlar İdarəsinin rəhbəri Mehman Kərimov oktyabrın 8-də uzun sürən xəstəliyə görə dünyasını dəyişib. Həmin vaxtdan etibarən sözügedən post boş qalmışdı.

