Kosovonun paytaxtı Priştinada 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunun B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı 3-cü oyununda Albaniya yığması ilə üz-üzə gəlib.
Prosport.Az xəbər verir ki, qarşılaşmaya üstün başlayan U-16 yığmamız rəqibinə 87:67 hesabı ilə qalib gələrək qrupda ardıcıl 2-ci qələbəsini qazanıb.
Millimizin qrupdakı sonuncu oyunu heç bir iddiası qalmayan San-Marino seçməsinə qarşı olacaq. Oyun sabah Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq.
Xatırladaq ki, komandamız ilk görüşdə Kiprə 51:65 uduzsa da, daha sonra Ermənistanı 92:58 məğlub edib.

