Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "İndi Azərbaycan millisi haqda düşünməməyə çalışıram" – Estoniyada oynayan Murad Vəliyev
    18.12.2025 13:43:59

    Azərbaycanlı futbolçu Murad Vəliyev Estoniyanın “Narva Trans” klubu ilə mövsümün sonunadək müqavilə bağlayıb. 23 yaşlı yarımmüdafiəçinin son komandası “Şamaxı” olub.

    Prosport.az Vəliyevin Estoniya klubunun rəsmi saytına verdiyi müsahibəni təqdim edir:

    – Əvvəlcə dəqiqləşdirək, necə düzdür, Veliyev, yoxsa Valiyev?
    – Estoniyada Veliyev. Pasportda da məhz belə yazılıb. Vəliyev isə Azərbaycan variantıdır. Azərbaycan dilində "a" hərfinin qarşılığı olan hərf (ə nəzərdə tutulur – red.) var, amma o, "e" kimi oxunur. Ona görə də belə fərq yaranır.

    – Estoniyanın yeniyetmələrdən ibarət millisində oynasan da, sonradan Azərbaycanın gənclər yığmasının formasını geyinmisən. Əgər A milli komandalar səviyyəsində təklif gəlsə, hansını seçərsən?
    – Düzünü desəm,  əvvəl fikrim daha çox Azərbaycan barədə idi, ötən il də müsahibəmdə bunu demişdim. İndi bu haqda düşünməməyə çalışıram. Əgər konkret maraq olsa, o zaman vəziyyətə baxıb, dəyərləndirəcəyik.

    – Ötən mövsümü Azərbaycanda “Şamaxı” klubunda keçirdin. Yerli çempionatla Estoniya liqasını necə müqayisə edərdin?
    – Azərbaycan çempionatı indi çox güclüdür. Orada legionerlərə limit yoxdur, bu mövsüm ümumiyyətlə, limiti ləğv etdilər. Bu də liqanın səviyyəsinin artmasına ciddi şəkildə təsir göstərir. Klublar daha güclü futbolçuları dəvət edə bilirlər. Üstəlik, Avropa səviyyəli komanda – “Qarabağ” var. Onlar daim avrokuboklarda çıxış edir, bunun hesbına da çempionatın səviyyəsi artır. Digər komandalar da bununla ayaqlaşmağa çalışır.

    – Demək olar ki, limitin ləğvi Azərbaycan klublarının Avropada uğurlu çıxış etməsi üçün irəli atılmış bir addımdır?
    – Düşünürəm ki, hə, səbəblərdən biri də budur.

    – Sənin üçün ötən mövsüm necə keçdi?
    – Kubokla bir yerdə 15 oyun keçirdim. Yeni gələndə çox da oynamırdım. Amma vaxt keçdikcə adaptasiya oldum. Mövsümün sonlarına doğru daha çox oynamağa başladım. Ümumilikdə yaxşı təəssüratlarla ayrıldım. Hesab edirəm ki, futbolçu kimi daha güclü oldum və pozitiv təcrübə qazandım.

    – Niyə Azərbaycanda qalıb oynamaq alınmadı? Orda qalmaq istəyərdin?
    – Bir neçə səbəb var idi və sonda klubla birgə qərara gəldik ki, mənim üçün yeni variantlar axtarmaq daha yaxşı olar.

    – O dəqiqə Estoniyaya qayıtmaq barədə düşünməyə başladın?
    – Yox, elə olmadı. Sadəcə təkliflərə açıq idim və müxtəlif variantlara baxırdım. Nəticədə, “Narva Trans”ın baş məşqçisinin təklifi xoşuma gəldi. Başa düşdüm ki, bu, karyeramda irəli atılmış addım olacaq. Legioner sayılmamağım vacib rol oynayacaq və daha çox oyun praktikası əldə edəcəyəm.

    – Klubsuz qaldığın müddətdə nə ilə məşğul olurdun?
    – Fərdi məşqlər edirdim, formada qalmaq üçün daha çox fiziki hazırlığıma diqqət yetirirdim. Sonra mənə baş məşqçi Roman Kojuxovski zəng vurdu və soruşdu ki, özümü “Narva Trans”da sınamaq istəyərəmmi? Dedim ki, təkliflərə açığam və çox qısa müddətdə biz müqavilə ilə bağlı razılığa gəldik.

    – Sən hücumda da oynaya bilirsən, cağ cinahı da bağlamağı bacarırsan. Hansı sənin üçün daha rahatdır?
    – Əlbəttə, daha çox hücumda oynamaq xoşuma gəlir: qol vurmaq, təhlükəli vəziyyətlər yaratmaq, irəlidə komandaya kömək etmək. Amma əgər məşqçi məni müdafiədə görürsə, bu da problem deyil. İstənilən mövqedə çıxış edib komandama kömək etməyə hazıram.

    – Karyeranın əvvəlində daha çox müdafiədə oynayırdın?
    – Uşaq futbolunda hücumda çıxış edirdim. “Kalev” və “Levadiya” klublarında isə daha çox cinahlarda istifadə etməyə başladılar.

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Müsahibə

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved