Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Ayaks"la “Sumqayıt" arasında dünyalar qədər fərq var” – "Qarabağ"ın kapitanı
    17.12.2025 10:52:25

    “Qarabağ”ın 19 yaşadək komandası (U-19) UEFA Gənclər Liqasını 6 məğlubiyyətlə sonuncu sırada başa vurdu. AFFA Gənclər Liqasında bu mövsüm məğlubedilməz olan və turnir cədvəlinin lideri olan “Qarabağ” turniri cəmi 1 qolla başa vurdu. Bəs Avropa klublarından bu qədər geri qalmağımızın səbəbi nədir?

    Prosport.Az bununla bağlı komandanın kapitanı Əli Qazıbəyovdan müsahibə götürüb.

    – "Ayaks"a 0:8 hesabı ilə uduzdunuz. Həmin matçda bu hesabın alınmaması üçün komandada nə çatmadı?
    – Düşünürəm ki, ilk 30 dəqiqəni yaxşı oynadıq. 1 epizodda qapıçı zərbəmizi çıxardı. 32-ci dəqiqədə ilk qolu buraxdıq. Bundan sonra oyunumuz itdi. 2-ci qolu buraxanda isə 10 nəfər idik. Hikmət Cəbrayılzadə zədələnib oyundan çıxmışdı. Çox həvəsli idik. Qalib gəlmək istəyirdik. İlk hissə 0:3 bitdikdən sonra mental olaraq çökdük. Düzdür, məşqçilər dedi ki, oynayın, futboldur, hər şey ola bilər. Amma səhv etdik, oyundan tez qopduq. 2-ci hissədə də qapımızdan 5 top buraxdıq, burada rəqibin təcrübəsi də öz sözünü dedi. Çox məyusuq.

    – Ola bilərmi ki, qələbəni həddindən artıq istəmək də sizi "yandırdı"?
    – Bəli, səbəb də budur. İlk 30 dəqiqədə hamı gördü ki, komanda vuruşur. Hətta heç-heçəyə belə razı deyildik, ancaq qələbə istəyirdik. 0:3-dən sonra paltardəyişmə otağında çox məyus idik. Bu da sonda böyük hesablı məğlubiyyətə gətirib çıxardı. Həddindən artıq məyusuq.

    – "Qarabağ"ın əsas komandası "Benfika"ya 0:2 uduzduqdan sonra geridönüş edə bilir. Bəs, sizdə niyə belə həvəsdən düşmə olur?
    – Düzgün qeyd edirsiniz. İngiltərə futboluna baxsanız, 75-ci dəqiqədə 0:3 uduzan komanda elə oynayır ki, sanki hesab 0:0-dır. Amma biz 30-cu dəqiqədə 1 top buraxırıq, özümüzü elə aparırıq ki, sanki oyun bitdi. Bu bizim Avropa mentalitetindən fərqimizdir. Əminəm ki, biz 3:0 öndə olsaydıq, "Ayaks" 4 top bizə vurub qalib gələcəkdi.

    – Kapitan kimi komanda yoldaşlarına iradlarınız olur?
    – Bəli. Daimi olaraq komandaya dəstək verirəm. Futboldur, hər şey ola bilər. Ən azından hərə özü üçün oynasa, döyüşsə, hər şey ola bilər. Bu, futboldur. Bəlkə rəqib qırmızı vərəqə aldıqdan sonra biz 1-2 qol vura bilərik. İstəkli oynasaydıq, ən pisi, 0:3 yox, 2:3 olacaqdı. Və ya lap 0:4, 1:4, 2:4 olacaqdı. Amma istəkli olsaydıq, bu hesab qeydə alınmayacaqdı.

    – Ümumilikdə turnirə yekun vursaq, 6 matçın hansında oyununuzu daha yaxşı saymaq olar? Hansı komanda ilə görüşdə daha yaxşı oynadınız, məğlubiyyətə layiq deyildiniz?
    – “Napoli” ilə oyunda heç məğlubiyyətə layiq deyildik. Həqiqətən onlara qarşı çox yaxşı oynadıq. Sadəcə, orada hava şəraitinə görə oyun tez-tez dayandı, temp düşdü. Bu onlara da sərf edirdi, səhv etmirəmsə, 5-ci dəqiqədə küləyin istiqamətinə görə hesabı açdılar. “Atletik"ə də uduzmuşduq, amma kişi kimi. Çıxdıq, vuruşduq, mübarizə apardıq, döyüşdük, hər şeyi etdik. 0:3 hesabı ilə uduzduq. Amma Bilbao təmsilçisi Gənclər Liqasının turnir cədvəlində “Real”dan sonra 2-cidir. Buna rəğmən, döyüşdük və əzmkar oyun göstərdik. 1 qolu penaltidən vurdular, 1-ni də biz öz qapımıza vurduq. Orada bəlkə daha az top buraxa bilərdik. Hesab 0:1 də ola bilərdi. Adicə burada “Çelsi” ilə ilk 45 dəqiqədə yaxşı oynadıq, hesab 0:0 idi. Bütün oyunlarda yaxşı oynayırıq, amma 1 qol buraxandan sonra alınmır.

    – Elə onu vurğulamaq istəyirdim ki, “Benfika”, “Atletik" və “Napoli” ilə oyunlarda erkən qollar buraxmağınız da komandanın oyununa təsir edir...
    – Bəli. Oyun həyəcanı var. Hər oyunçuda ilk 15 dəqiqədə həyəcan olur. İlk belə turnirimizdir. “Ayaks”, “Çelsi” və digər komandalar hər ay belə turnirlərdə iştirak edir və templi oyuna öyrəşiblər. Biz isə keçən həftə “Sumqayıt”la oynayırıq, bu həftə isə “Ayaks”la. “Ayaks”la “Sumqayıt” arasında dünyalar qədər fərq var və bu tempi tutana qədər biz qol buraxırıq. Bundan sonra da artıq hər şey dəyişir. 5-li müdafiə ilə oynayırıq. Geridə başlayanda gərək rəqib komandaya qarşı pressinq edəsən. Belə komandalara qarşı da pressinq alınmır.

    – Komanda yoldaşlarınız arasında belə söhbətlər olub ki, gəlin, özümüzü yaxşı tərəfdən göstərək, bəlkə hansısa seleksiyaçı məşqçi bizi gördü və Avropa komandalarına transfer etdi? Belə istək də vardı?
    – Bəli. Oyundan əvvəl danışırdıq. Bir-birimizə dəstək verirdik. Mən həmişə deyirdim ki, hər şeyi kənara qoyun, ən azından özünüz üçün oynayın. Bəlkə “Ayaks”ın burada 4-5 skautu var idi. Gördü, sizi bəyəndi və apardı. Karyeranızın önü açıldı. Hər şey ola bilər. Ən azından özünüz üçün, öz karyeranız üçün oynasanız, hesab belə olmazdı. Danışmağa söz tapa bilmirəm.

    Səbuhi Musa

    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29
    Futbol

    U-20 dünya çempionatının brendi Bakıda nümayiş olundu - FOTOLAR

    17.10.2026 12:41:50
    Akademiya

    AFFA nümayəndələri "Qarabağ"ın akademiyasında - FOTOLAR

    16.10.2026 16:32:59
    Akademiya

    Azərbaycan və Özbəkistanın keçirəcəyi dünya çempionatının brendi təqdim olundu

    16.10.2026 16:10:49
    Futbol

    "Sabah"ın gəncləri Çexiya klubuna böyük hesabla uduzdu

    13.10.2026 16:55:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved