Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    Sübhan Mamedovun dünya çempionluğu rəsmi sayılmalıdırmı? – YAZI
    16.12.2025 13:46:25

    19 yaşlı Sübhan Mamedov 10 il sonra Azərbaycanın ilk azərbaycanlı, legioner olmayan dünya çempionu oldu (sonuncu dəfə 2015-də Qətərin paytaxtı Dohada Elvin Məmişzadə dünya çempionu olmuşdu, ondan sonra yalnız dağıstanlı Məhəmmədrəsul Məcidov və kubalı Loren Alfonso bu uğura imza ata bilmişdi). Təbrik edirəm. Sübhanı hələ mən Kikboksinq Federasiyasında işlədiyim vaxtdan tanıyıram. Kikboksinq məktəbinin yetirməsidir. Səhv xatırlamıramsa, yeniyetmə və ya gənclərdə dünya çempionu da olub. Ancaq mənim qaldırdığım mövzu bu deyil.

    3 gündür ki, yazılanları müşahidə edirəm. Bu çempionluğu uğurlu nəticə kimi idman ictimaiyyətinə sırımağa çalışırlar. Xüsusən erməni mənşəli idmançı üzərində qazanılan qələbə manşetləri bəzəyir. Bu da bizim Boks Federasiyasının çörəyinə yağ çəkməkdir.

    Əvvəla, bu çəki qeyri-olimpiya çəkisidir. Necə güləşdə bəzi idmançıların dünya çempionluğu o qədər də ciddi qəbul edilmirsə, məntiqlə bura da eyni yanaşma olmalı deyil?!

    İkincisi, bu dünya çempionluğunu Azərbaycanın da daxil olduğu Beynəlxalq Olimpiya Komitəsi (BOK) tanımır. Deməli, BOK-un üzvü olduğu bizim MOK da tanımır. Elə nazirlik də. Çünki nazirlik tərəfindən federasiyalara və jurnalistlərə göndərilən sorğu Sübhanın çempionluğundan daha əvvəl göndərilib. Sonradan nazirlik ilin idmançısı kimi Sübhanı seçsə, təəccüblənərəm.

    BOK ona görə tanımır ki, bu yarışı IBA keçirir. 1946-cı ildə yaradılmış IBA-nın prezidenti isə Vladimir Putinə yaxınlığı ilə seçilən Umar Kremlyovdur və o, Rusiya və Belarus idmançılarının yarışa öz bayrağı ilə qatılmasına icazə verən yeganə beynəlxalq idman federasiyasıdır. Məhz bu səbəbdən onun son yarışlarını Ukrayna, İngiltərə kimi ölkələr boykot edib.

    BOK yalnız 2 il əvvəl yaradılmış, artıq 124 üzvü olan World Boxing (WB) təşkilatını tanıyır. Qərargahı İsveçrənin Lozanna şəhəri (çünki IBA-da da mərkəz eyni şəhərdir) olan qurumun prezidenti Qazaxıstan MOK prezidenti, həvəskar boksda dünya çempionu, olimpiya mükafatçısı, pəkar boksda orta və super orta ağır çəkidə kəmərin sahibi olmuş Gennadi Qolovkindir. Noyabrda prezident olan Qolovkin rus mənşəli şəxs olsa da, əsas idarəedicilər (vitse-prezidentlər və İcraiyyə Komitəsi üzvləri) amerikalı və avropalılardır. Onlar isə bu ilin sentyabrında Liverpulda ilk dünya çempionatını keçirib. Maraqlıdır ki, Azərbaycan orada da iştirak edib. Orda 11 kişi və qadın idmançı ilə təmsil olunsaq da, cəmi 2 nəfər bürünc medal qazanıb. Bunlar da legionerlərdir: 75 kq-da özbək Səidcəmşid Cəfərov və 90 kq-da kubalı Loren Alfonso. Yarışı medal sıralamasında 19-cu bitirmişik.

    Keçək Dubayda keçirilən kişilərin (qadınlarınkı apreldə Serbiyanın Niş şəhərində olmuşdu, yer tutmamışdıq) son dünya çempionatına. Mükafat fondu (8,32 milyon dollar) qaldırılsa da, Ukrayna, Fransa, İsveçrə kimi ölkələr yarışdan imtina edib. Bu dünya çempionatında rəqabət yüksək səviyyədə olmayıb. Sanki MDB ölkələrinin yarışı keçirilib. Medal sıralamasında ilk 9 yer keçmiş SSRİ üzvləri olub (Azərbaycan 4-cü, Rusiya 1-ci olub). 1 Avropa ölkəsini ilk “10-luq”da görməzsən. Bu, yarışın səviyyəsini göstərən amildir. Ümumiyyətlə, iştirakçı 109 ölkədən yalnız İspaniya, Zambiya, Kuba, Mali və Nepal medal qazanan post-sovet məkanına daxil olmayan ölkədir.

    İndi Kremlyov federasiyaların IBA-dan çıxmaması üçün hər yola əl atır. Deyir ki, gələn il 2 dəfə ölkələr arasında Dünya Kuboku keçiriləcək, qalibə 5 milyon dollar veriləcək. Vəd edir ki, 55 milyon dollar bütün federasiyalara paylanılacaq. Bizim və bizim kimi düşüncədə olan federasiyalar da bu puldan keçə bilmir. İndi bizim federasiya qərar qəbul etməlidir: ya pulu, ya da BOK-un tanıdığı, Olimpiadaya lisenziya verəcək yarışları keçirmək hüququ olan qurumu (WB) seçməlidir. Ölkədə rus agentlərinin üzə çıxarıldığı bir vaxtda tərəfini seçməyin zamanıdır...

    Boks Federasiyası 2015-ci ildən bu yana azərbaycanlı dünya çempionu verə bilmədiyinə görə mütəmadi tənqid olunub. Bu, karatedəki uğurlarımıza çox bənzəyir. Karate Olimpiadaya üzv olanadək azərbaycanlı dünya çempionumuz olurdu. Olimpiadadan sonra rəqabət gücləndi və çempionluğun həndəvərinə də yaxın düşə bilmədik (çox güman, yaxın gələcəkdə kikboksinqdə də Olimpiada məsələsi uğurlu nəticələrimizə təsir edəcək). İndi IBA dünya idman ictimaiyyəti tərəfindən tanınmayandan sonra bu dünya çempionluğu federasiyanın yalnız və yalnız “uğurlu” statistikasından başqa bir şey deyil. Məsələn, indi Loren Alfonsonu 1 ildə 2 dəfə dünya 3-cüsü olmuş boksçu kimi necə təqdim edək və ya Sübhan hər 2 yarışda qalib olsaydı, ikiqat dünya çempionu sayılacaqdı? Bu suallara yalnız bizim federasiya son qoya bilər.

    Səbuhi Musa

    Futbol

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    P.S.

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    P.S.

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    Futbol

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    P.S.

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    P.S.

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "50 futbolçu sifariş edib fərqli heyətlər qura bilmərik" - Valdas Dambrauskas

    15.08.2026 23:41:49

    "Bu gün hesab daha böyük olsaydı, istefa verməzdim" - Azər Məmmədov

    15.08.2026 23:30:41

    Anatoli Nuriyevin qolu komandasını xilas etmədi

    15.08.2026 23:13:51

    Son çempion mövsümə qələbə ilə başladı - VİDEO

    15.08.2026 22:44:23

    “Qarabağ” “Dinamo” ilə hər iki oyunda məğlub oldu – FOTOLAR

    15.08.2026 22:17:40

    "Sumqayıt" braziliyalı futbolçu transfer etdi

    15.08.2026 22:17:15

    "Burada heç kim sənə güzəşt etmir" - Fərid Namazov

    15.08.2026 21:45:05

    "Növbəti oyunlarda real gücümüzü göstərəcəyik" - Cavid Hüseynov

    15.08.2026 21:35:30

    "Araz-Naxçıvan"da yeni baş məşqçi – Amma...

    15.08.2026 21:10:51

    Azərbaycan Premyer Liqasında mövsümün ilk heç-heçəsi – YENİLƏNİB + VİDEO

    15.08.2026 20:35:29

    Şeydayevin komandasının oyunu dron təhlükəsinə görə təxirə salındı

    15.08.2026 20:17:51

    “LANDAU Layns” Ərhan Tokərlə yola davam edəcək

    15.08.2026 19:51:13

    “Sabah” amerikalı oyunçu ilə müqavilə imzaladı

    15.08.2026 19:21:28

    “Neftçi” 1/4 finala yüksəldi

    15.08.2026 19:13:02

    İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

    15.08.2026 18:46:47
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved