Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idman jurnalistləri üçün bilik müsabiqəsi keçirib.
Prosport.Az-ın məlumatına görə, tədbir 22 iyul – Milli Mətbuat Gününə həsr olunub.
Müsabiqədən əvvəl qurumun direktoru Şəfəq Hüseynli çıxışında media nümayəndələrini təbrik edib, idmanın inkişafında onların xüsusi rolunu vurğulayıb.
Daha sonra iştirakçılar arasında İTV-nin əməkdaşı Tural Dadaşovun aparıcılığı ilə viktorina təşkil olunub.

