Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    Tərlan Həsənov: "Tələbələrimdən 100 yox, 200 faiz razıyam" - MÜSAHİBƏ
    12.12.2025 17:52:43

    “Kanokan TT” cüdo klubunun baş məşqçisi və rəhbər Tərlan Həsənovun Prosport.Az saytına müsahibəsi

    - Cüdo üzrə Azərbaycan çempionatı başa çatdı. Komanda hesabında “Kanokan TT” birinci oldu. Yarış barədə ümumi təəsüratlarınız necədir?

    - 1973-cü ildə birinci dəfə respublika çempionatı olub. Bu il sayca 51-ci dəfə respublika çempionatı keçirilib. Bircə 2020-ci ildə COVID-19 pandemiyasına görə keçirilmədi. Bütün respublika çempionatları arasında ən möhtəşəmi elə bu olub. Bakı İdman Sarayında Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı, “Azman Holding”in sponsorluğu ilə keçirildi. Bütün beynəlxalq tələblərə cavab verən və hətta nüfuzlu beynəlxalq yarışlara da nümunə olan bir çempionat idi.

    - Tələbələrinizdən hansılar gözləntilərinizi doğrultdu, hansılar isə uğursuz çıxış etdi? Hər birininin çıxışını ayrı-ayrılıqda necə qiymətləndirərsiniz?

    - Bütün tələbələrimdən razıyam. Mənim nə qədər tələbəm var idisə, hamısı turnirdə iştirak etdi. Bir Hidayət Heydərov, bir də Murad Fətiyev yox idi. Buna səbəb odur ki, iki olimpiya çempionuna – Hidayət Heydərov və Zelim Kotsoyevə istirahət veriblər. Çünki onların çəkisalma problemləri var. Onları qarşıda turnirlər gözləyir. Murad Fətiyevin isə ayağında və dizində ciddi zədələri var. Müalicə alırlar. Buna baxmayaraq, tələbələrim çox yaxşı çıxış etdi. Ən yaxşı çıxış edən tələbələrindən Rəşad Yelkiyevi və ağır çəkidə iki nəfər – Kənan Nəsibov və Ramazan Əhmədovu qeyd edə bilərəm. Mənim ümidim onlara idi. Onların hesabına və digər uşaqların vuruşqanlığına görə güclü komandalara qalib gəldilər. Hər idmançıda səhvlər olur. Olimpiya çempionu kimi Hidayətdə də, Zelimdə də səhvlər olur. Əsas odur ki, o səhvlərin üzərində işləyəsən və gələcəkdə onları təkrarlamayasan. Amma mən özüm tələbələrimdən çox razıyam. Çünki onlar döyüşdülər. Mən həmişə tələbələrimdən tələb edirəm ki, birinci növbədə döyüşçü olsunlar. Görüşü həll etmək üçün tək texnika və güc lazım deyil. Döyüşkənlik və xarakter də vacibdir. Komandam final görüşündə cəsarət göstərdi. Rəşad Yelkiyev olimpiada iştirakçısı Yaşar Nəcəfovla final görüşündə üzləşdi. Rəşad qalib gəlsəydi biz, Yaşar qalib gəlsəydi, onlar çempion olurdu. Onlara yaxınlaşıb deedim ki, bu, axırıncı görüşdür. Mənə kişi kimi döyüşkənlik lazımdır. Belə də oldu. Ona görə də mən tələbələrimdən 100 yox, 200 faiz razıyam. Onlarda xarakter var. Kənan Nəsibovu da vurğulamaq istəyirəm. Camal Həmzətxanova qalib gəldi. Həmzətxanov Azərbaycan yığmasının ağır çəkidə adlı-sanlı idmançısıdır. Dəfələrlə beynəlxalq turnirlərdə medallar qazanıb, Azərbaycan çempionu olub. Kənan Camala final görüşündə “Qızıl xal” bölümündə vaza-ari ilə qalib gəldi. Bununla sübut etdi ki, heç də Həmzətxanovadan geri qalmır. Nəsibov bir ay ərzində 2 dəfə ona qalib gəldi. Əvvəl Zaqreb Qran-prisində, daha sonra isə Bakıda respublika çempionatında. Yaxınlaşıb ona dedim ki, “Kənan, Zaqrebdəki qələbə sayılmır. Gərək sən Bakıda sübut edəsən ki, respublikada ən güclüsən”. O da sübut etdi

    - Gələn il Tbilisidə Avropa çempionatı, Bakıda isə dünya çempionatı baş tutacaq. Tələbələrinizdən hansı nəticələri gözləyirsiniz?

    - Avropa çempionatı barədə deyə bilərəm ki, hazırlıqları yaxşı olsa, 73 kq-da Hidayət, 90 kq-da Murad, 100 kq-dan yuxarı çəkidə isə Kənan iştirak edə bilər. Bu onların məşqindən, özlərindən asılıdır. Komandanın heyətini yığmanın məşqçiləri müəyyən edir. Mənim hədəfim milli komandaya idmançını təhvil verməkdir. Psixoloji hazırlıqlar üzərində çalışıram. Amma hər şeyi yığma komandanın məşqçiləri həll edir. Oktyabrdakı dünya çempionatına isə hələ bir ilə yaxın vaxt var. Dünya çempionatında, mənə elə gəlir ki, Hidayət öz sözünü deməlidir. Mənə tez-tez sual verirlər ki, niyə Hidayət arada bir uduzur, olimpiya çempionudur axı. Mən də deyirəm ki, elə bir olimpiya çempionu yoxdur ki, heç vaxt uduzmasın. Dəfələrlə dünya çempionu olmuş cüdoçular da uduzurlar. Mümkün deyil ki, formanı həmişə o səviyyədə qoruyasan. Sərbəst güləşdə Sadullayev kimi beşqat dünya çempionu keçən il Bəhreyni təmsil edən öz həmyerlisinə uduzub. Həmin Sadullayevi məğlub edən rəqibi isə bu yaxınlarda Asiya çempionatında qazaxıstanlı güləşçiyə uduzdu. Buna görə mənə təəcüblü gəlmir. Arada Zelim Kotsoyev də səhvinə görə uduzdu. Hidayət sübut etdi ki, Azərbaycan yığması üçün ilin əsas yarışı İslam Həmrəyliyi Oyunları idi və o, İslamiadada çox gözəl nəticə göstərdi. Həm fərdi yarışda, həm də komanda yarışında çempion oldu. Hidayət heç bir görüşdə məğlub olmadı.

    - Artıq 83 yaşınız var. Bu yaşda hələ də aktiv olaraq Azərbaycan cüdosuna töhfələr verirsiniz. Bu yaşda çətin deyilmi? İşi təhvil verməyi düşünürsünüzmü?

    - Bu, mənim borcumdur. Allahın mənə verdiyi tapşırıqdır. Mən məşqçi yaranmışam. Yüzlərlə uşaqlarım var. Yüzlərlə valideyn gözləyir ki, onların da uşağı gələcəkdə Hidayət kimi adlı-sanlı idmançı olacaq, Azərbaycan himnini səsləndirəcək, bayrağını qaldıracaq. Ona görə də mən hər gün məşq keçirəm və böyük yarışlarda iştirak edirəm. Əlbəttə, tək işləmirəm. Mən gənc tələbə-müəllimlərlə işləyirəm. Bir şeyi vurğulayım ki, dünən gənclər mənə dedilər ki, Tərlan müəllim, sizə məsləhət veririk ki, kənarda oturun, tribunadam izləyin və bizim necə işlədiyimizi müşahidə edin. Fikirləşdim ki, düz deyirlər. Mən tribunada otururdum. Amma arada düşürdüm, uşaqlara məsləhətlər və taktikalar verirdim. Görürdüm ki, verdiyim tapşırıqları düzgün yerinə yetirirlər. Məşqçi-tələbələrim də komandanə əla idarə etdilər və biz qələbə qazandıq. Kuboku da götürdük. Videodadan da görünür ki, tələbələrim məni necə göyə tullayırlar. Bu mənim işimdir. Mən bu işi sevirəm.

    Futbol

    "Ailəmdə baş verən hadisələr mənə çox böyük təsir etdi" – Mahir Emreli

    27.05.2026 23:20:01
    Müsahibə

    "Başa düşürdüm ki, getsəm, hər şey yarımçıq qalacaq" - Qurban Berdiyev

    26.05.2026 22:58:42
    Döyüş növləri

    "Mədinəyə demişdim ki, öz çəkində məğlub edə bilməyəcəyin rəqib yoxdur" – Şahin Atamov

    25.05.2026 12:40:40
    Karate

    "Demək istəyirəm ki, ata, qızın sənin yolunla gedir" – Mədinə Sadıqova

    24.05.2026 00:02:11
    Akademiya

    "Baş məşqçi dominant futbol oynamağı tələb edir" - Gəncə klubunun futbolçusu

    22.05.2026 15:50:42
    Akademiya

    "Dünya çempionatına hazırlıqlar çox yaxşı gedir" – "Kəpəz"in futbolçusu

    22.05.2026 15:07:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Sadıq Sadıqovun ölümünün səbəbi "TikTok"da yayılan videolar imiş

    6.06.2026 00:43:16

    Millimiz Malta ilə bacarmadı

    5.06.2026 23:55:46

    "İşimiz asan olmayacaq" - Zaur Həşimov

    5.06.2026 23:12:44

    Basketbol millimiz Dünya Kubokunun 1/4 finalında

    5.06.2026 22:45:03

    Millimizdə ciddi itki: 8-ci dəqiqədə zədələndi

    5.06.2026 22:19:00

    Sadıq Sadıqov vəfat etdi – SON DƏQİQƏ

    5.06.2026 21:57:21

    Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi – FOTOLAR

    5.06.2026 21:11:36

    Azərbaycan - Malta: HEYƏTLƏR

    5.06.2026 21:03:37

    "Neftçi" və "Zirə"nin Konfrans Liqasındakı potensial rəqibləri bəlli oldu

    5.06.2026 20:51:22

    “Yeni transferlərimiz olacaq” - Zaur Həşimov

    5.06.2026 20:36:02

    Millimiz Macarıstana məğlub oldu

    5.06.2026 19:52:58

    Fransa milli komandasında gərginlik - FOTO

    5.06.2026 19:45:05

    "Şamaxı"nın sabiq üzvü karyerasını ölkəmizdə davam etdirə bilər

    5.06.2026 19:16:33

    "Mən rəqibimdən daha təhlükəliyəm" - Nazim Sadıqov

    5.06.2026 18:53:27

    Azərbaycanı Avropa çempionatında kim təmsil edəcək?

    5.06.2026 18:13:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved