Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında medal qazanmış türk atletlər Cansu Bektaş və Qamze Altun Azərbaycan Respublikası rəhbərliyinə təşəkkür edib.
Prosport.Az-ın məlumatına görə, ölkə başçısı İlham Əliyevə və onun həyat yoldaşı, I vitse-prezident Mehriban Əliyevanın təşəkkür məktubuna qarşılıq veriblər.
Xatırladıq ki, hər 2 idmançı medal qazandıqdan sonra "TRT Spor" telekanalına açıqlamalarında bayraq qalmaqalına görə İrəvanı tərk etmiş Azərbaycan idmançılarına və xalqımıza qələbələrini həsr etdiklərini bildiriblər.

