Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Azərbaycan çempionatındakı təşkilatçılıq işimizi yüngülləşdirdi" – Beynəlxalq dərəcəli hakim
    9.12.2025 17:19:13

    "Bu il keçirilən son Azərbaycan çempionatı bir daha göstərdi ki, ölkəmizdə cüdonun həm təşkilati səviyyəsi, həm də idmançılar arasında olan rəqabətin  keyfiyyəti ildən ilə daha da yüksəlir. Hələ yarışın ilk günündən hiss olunurdu ki, hazırlıq mərhələsində görülən işlər – tatamilərin qurulmasından tutmuş texniki zonanın tərtibatına, tibbi xidmətin operativliyinə və logistikanın təşkilinə qədər hər bir xırda detal dəqiqliklə planlaşdırılıb".

    Bu sözləri Prosport.Az saytına açıqlamasında Azərbaycan Cüdo Federasiyasının hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli deyib.

    ACF rəsmisi bildirib ki, cüdo üzrə son Azərbaycan çempionatındakı təşkilatçılıq həm hakimlərin işini yüngülləşdirdi, həm idmançıların rahatlığını təmin etdi, həm də yarışın ümumi ritmini pozmadan davam etməsinə şərait yaratdı: "Yarışın bu qədər problemsiz və yüksək səviyyədə keçməsində  ən ciddi səbəblərdən biri də fikirimcə, hakimlərin göstərdiyi professionallıq  və bu kollektivdə yaranmış xoş münasibətlərin son zamanlar ən yüksək səviyyəyə çatması oldu.
    Çempionat boyu bunu bir daha aydın gördüm. Hakimlərin bir-birinə verdiyi dəstək, qərarların koordinasiyalı şəkildə qəbul olunması, gərgin vəziyyətlərin soyuqqanlılıqla və birlikdə həll edilməsi yarışın axıcılığını təmin edən əsas amillər idi. Bu birlik çətin epizodlara daha operativ reaksiya verməyə, videotəkrar prosesinin qüsursuz aparılmasına, qərarların dəqiqliyinin artmasına, ümumi ritmin heç bir gecikmə olmadan qorunmasına
    güclü təsir göstərdi".

    M. Rəhimlinin sözlərinə görə, bu gün Azərbaycan cüdo hakimliyinin gücü ədalət təmsilçilərinin fərdi peşəkarlığı ilə yanaşı  komanda harmoniyasında və bir-birinə güvənindədir: "Yarışdan öncə keçirilən son seminarın təsiri isə çempionat zamanı çox aydın hiss olundu. Çempionatın başlamasına 2 gün qalmış təşkil edilmiş praktiki seminar zamanı qayda dəyişiklərinin birlikdə analiz olunması, mübahisəli epizodların video üzərindən təkrar nəzərdən keçirilməsi və vahid standartlara uyğunlaşma hallarının təkrarı bizim işimizi xeyli asanlaşdırdı".

    Referi bu il komandalarına qoşulan 2 yeni hakimin da bu yarışda çıxışının onun üçün xüsusi sevindirici olduğunu vurğulayıb: "Həm davranış baxımından, həm qaydaların tətbiqi, həm də ümumi komanda ilə birgə işə yanaşmaları zamanı özlərini çox yaxşı tərəfdən göstərdilər. Onların kollektivə qısa zamanda uyğunlaşması, təcrübəli hakimlərlə yanaşı çətin vəziyyətlərdə doğru qərarlar verməsi cüdo hakimliyinin gələcəyi üçün çox vacib amillərdəndir".

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved