Kosovonun paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunun oyunları davam edir.
Prosport.Az xəbər verir ki, B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı 2-ci oyununda Ermənistan yığması ilə üz-üzə gəlib. Qarşılaşmaya üstün başlayan U-16 yığmamız qrupun ən önəmli oyununda Ermənistan komandasına 92:58 hesabı ilə qalib gələrək, rəqibini meydançaya çıxmağa peşman edib.
Qeyd edək ki, U-16 millimizin qrupdakı növbəti rəqibi Albaniya seçməsi olacaq. Oyun 23 iyulda Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq.

