Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Millimizin legioneri: "Azərbaycanı seçəndən sonra həyatımda çox şey dəyişdi" – MÜSAHİBƏ
    9.12.2025 12:43:03

    Sərbəst güləş üzrə dünya üçüncüsü Arseni Cioyev federasiyasının rəsmi saytına müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Güləşə necə gəlmisiniz?
    – Güləşə böyük qardaşımın izi ilə gəldim. Atam onu məşqə gətirirdi. Mən də zalda oynayırdım. Əvvəl yavaş-yavaş bunu arzuladığımı gördüm və onda anladım ki, güləşi seçməliyəm.

    – 2023-cü ildən bəri Azərbaycan millisinin üzvüsünüz. Azərbaycanı seçmək karyeranıza necə təsir etdi?
    – Bəli, artıq 2 il yarımdır ki, Azərbaycanı təmsil edirəm. Bu müddət ərzində həyatımda çox şey dəyişdi və bütün bunlar yalnız müsbətə doğrudur.

    – Bu müddət ərzində iştirak etdiyiniz 10 nüfuzlu turnirdən 8-də medal qazanmısınız. Nəticələrinizdən razısınız?
    – Keçid dövründə qarşılaşdığım müsbət hadisələr mənə ciddi təsir etdi. Güclü komandanın tərkibində yer aldığım üçün çox xoşbəxtəm. Azərbaycan mənim 2-ci evimdir və buna görə minnətdaram. Allahın köməkliyi ilə nəticələrimi sabit saxladığımı və ölkəmizə medallar qazandıra bildiyimi göstərə bildim.

    – Hansı medal və görüş sizin üçün ən dəyərli və yaddaqalan olub?
    – Mənim üçün ən dəyərli mükafat son dünya çempionatında qazandığım bürünc medal və İslam Həmrəyliyi Oyunlarının qızılıdır. Hər 2 yarışa çox ciddi və inadla hazırlaşmışdım. Ən vacib qarşılaşmam isə iranlı dünya çempionu Kamran Qasempurla olan görüşüm idi.

    – Yeri gəlmişkən, İslam Həmrəyliyi Oyunlarında ilk mərhələdə titullu rəqibinizə qalib gəldiniz. Kamranı məğlub edəcəyinizə inanırdınız? Qarşılaşmanı necə planlaşdırırdınız? Hesabda geridə olarkən ruh düşkünlüyü ilə üzləşmədiniz?
    – Bu yarışa böyük səylə hazırlaşmışdım. Əlbəttə ki, özümə inanırdım. Hesabda geri düşəndə belə, gücümdən və Allahın köməyindən ümidimi kəsmirdim. Taktikanı məşqçilərimlə birlikdə qurduq və bunun sayəsində qalib gəlməyə nail oldum. Məşqçilərimizə çox minnətdaram.

    – Qarşıdakı Azərbaycan çempionatında əsas rəqibləriniz kimlərdir?
    – Azərbaycanda mənim çəkimdə çox yaxşı idmançılar var. Gənc nəsil də sürətlə inkişaf edir. Kimisə xüsusi fərqləndirmək istəmirəm.

    – 86 kq sərbəst güləşdə güclü rəqabətin olduğu çəkidir. Belə rəqabətdə uğur qazanmaq üçün hansı şəxsi keyfiyyətlər üzərində işləyirsiniz?
    – Mən güləş bacarıqlarımı artırmaq üçün hər bir detal üzərində işləyirəm. Təkcə qalib gəlmək yox, rəqiblərimdən nəzərəçarpacaq dərəcədə üstün olmaq və görüşlərdə tam dominanlıq etmək istəyirəm.

    – Sizcə, bu çəkinin liderləri kimlərdir?
    – Son dünya çempionatı da göstərdi ki, hazırda bu çəkinin lideri amerikalı Zahid Valensiyadır.

    Güləş

    2 güləşçimiz Las-Veqasda dünya 3-cüsü oldu

    18.10.2026 15:24:04
    Güləş

    AGF-də regional güləş koordinatorları ilə görüş keçirildi

    17.10.2026 23:43:54
    Güləş

    Namiq Əliyev UWW prezidenti olmaq istəyir – Laloviçi məhkəməyə verdi

    17.10.2026 00:38:49
    Güləş

    Dünya çempionatında 2-ci gümüş medal

    16.10.2026 09:00:51
    Güləş

    AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir - FOTO

    15.10.2026 19:22:49
    Güləş

    Günay Qurbanova finalda, Ruslan Nurullayev dünya 3-cüsü oldu

    15.10.2026 10:00:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved