Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Bağda qalırdım, bekarçılıqdan karyeramı bərpa etdim" – Olimpiya finalçımız
    8.12.2025 09:32:04

    Rio Olimpiadasının finalçısı, dünya və Avropa mükafatçısı Elmar Qasımov 35 yaşında ardıcıl 2-ci dəfə 100 kq çəki dərəcəsində cüdo üzrə ölkə çempionu olmağı bacardı.

    Prosport.Az bu münasibətlə təcrübəli idmançıdan müsahibə götürüb.

    – Növbəti dəfə çempion oldunuz. Yarış necə keçdi? 
    – Ötən ilki çempionatla müqayisədə bu dəfə rəqiblərim daha hazırlıqlı idi. Məşqlərdən bir-birimizi tanıdığımız üçün, əlimdən tutub güləşməyə qoymurdular. Bu barədə bir az çətinlik çəkdim. Finalda güləşdiyim gənclər arasında dünya 3-cüsü Əjdər Bağırov idi. O ümumiyyətlə 2 dəqiqə ərzində qolumu buraxmadı. Ona görə də bu ilki çempionatın ötən ilkidən qat-qat daha çətin olduğunu deyirəm.

    – Azərbaycan çempionatında yarışan ən yaşlı idmançılardansınız. Sürətdə gənclərlə bacarmaq çətin olsa da, demək olarmı ki, siz təcrübə hesabına qalib gəlirsiniz?
    – Onlar 2-3 dəqiqə mənə qarşı düzgün taktika qursalar da, daha sonra fiziki cəhətdən çatdırmırlar və istədiklərini edə bilmirlər. Fikrimcə, bununla bağlı daha çox məşq etməlidirlər...

    – Yenə də təcrübə öz sözünü deyir ki, fiziki planda gücünüzü qorumağı bacarırsınız...
    – Bəli. Ancaq onlar qolumu sonadək tutub saxlaya bilsələr, mənə qalib gələ bilərlər.

    – Ötən il Azərbaycan çempionu olduqdan sonra Zelim Kotsoyevdən sonra millinin aparıcı üzvlərindən biri olacağınız gözlənilirdi. Ancaq yalnız martda Tbilisi Böyük Dəbilqəsi, mayda Qori Avropa Kuboku, sentyabrda Praqa Avropa Open-da və oktyabrda Aktau Asiya Open-da iştirak etdiniz. Özünüz də sanki milliyə meyl göstərmirsiniz. Millidə az görünməyiniz nə ilə bağlıdır?
    – Yalnız bu ilin sonuna doğru hiss etdim ki, xarici idmançılarla güləşə bilərəm. Qazaxıstanda 3-cü yeri tutdum. Ona görə də milliyə çox can atmırdım. Bilirdim ki, çıxıb uduzacağam. Məsələn, Bakıda Böyük Dəbilqə yarışı oldu, orada güləşmək istəmirdim. Ola bilsin ki, Respublika çempionu olmuşdum, ancaq beynəlxalq yarış üçün güləşmək tez idi. Amma inşallah, gələn ildən çox beynəlxalq yarışda iştirak etmək istəyirəm.

    – 2026-cı ildə dünya çempionatı yenidən Bakıda olacaq. Orada sizi görə bilərik?
    – Məncə, bu bir az real deyil.

    – Çempion olduğunuz üçün 1000 manat pul qazandınız. Bunu hara xərcləyəcəksiniz?
    – Hara xərcləyəcəyimi bilmirəm (gülür). Nə bilim... Hamı elə bilir ki, idmançı pulu dağıdır. Bizə federasiya pulu tam verir. Ancaq ətrafda hamı gözləyir ki, nəsə verim. Aldığımız pulun yalnız yarısı bizə çatır. Elə bilin ki, 1000 yox, 500 manat qazanmışam (gülür).

    – 2023-cü ilin fevralında karyeranızı bitirdiyinizi bildirdiniz. Ancaq sonra onu bərpa etdiniz. Bu nə ilə bağlı idi?
    – Məncə, bekarçılıqdan karyeramı bərpa etdim. Bağda qalırdım. Dedim nə edim?! Məşq edim. Murad Fətiyev güclənib. Dedim gedib, onunla məşq keçim. Daha sonra təklif olundu ki, ölkə çempionatına qatılım. Belə-belə cüdoya qayıtdım.

    – TikTok platformasında aktiv olmağınız və videolar çəkməyinizə görə çox tənqid olundunuz. Bu sizə necə təsir edirdi?
    – Çox vaxt ora girmirəm. TikTok və İnstaqram üçün yüklədiyim videoları öz əhval-ruhiyyəm yaxşı olanda çəkirəm. Özünüz də orada baxa bilərsiniz ki, sonuncu dəfə nə vaxt video çəkmişəm. Daimi bloqerlər kimi gündəlik həyatımı ora həsr etməmişəm...

    – Deməli, sizin üçün əsas cüdo və karyeradır?
    – Yox, mənim üçün əsas həyatdır və yaşayıram.

    Səbuhi Musa

    Cüdo

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30
    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved