Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C divizionunda Azərbaycan qrup oyunlarını yekunlaşdırıb.
Prosport.Az xəbər verir ki, B qrupunda qərarlaşmış millimiz sonuncu oyununda Albaniyanı 69:64 hesabı ilə məğlub edib və qrup lideri kimi Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.
Millinin yarımfinalda rəqibi Gürcüstan yığması olacaq. Oyun sabah Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.

