Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Ülviyyə Fətəliyeva: "İspaniya üzərində qələbədən sonra inam yarandı" - MÜSAHİBƏ
    27.11.2025 16:18:24

    İspaniyada keçirilən komandalar arasında dünya çempionatında gümüş medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan komandasının üzvü Ülviyyə Fətəliyeva Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    - Azərbaycan komandasının dünya çempionatında son anda iştirak edəcəyi barədə məlumat veriləndə münasibətiniz necə oldu?

    - Öncədən komanda olaraq bu yarışda iştirakı çox arzulayırdıq. Son anda dünya çempionatında mübarizə aparacağımızla bağlı qərar veriləndə sevincimiz böyük idi. 

    - Yarışda reytinq üzrə 7-ci komanda olduğunuz halda əsas hədəf nə idi?

    - Yarışdan əvvəl reytinq üzrə neçənci komanda olmağımızla maraqlanmadıq. Qısa müddət qaldığı üçün ən çox rəqiblər barədə məlumat aldıq. Səmimi danışsaq fərq etmirdi neçənci komandayıq. Əsas hədəf layiqli şahmat oynamaqla mümkün qədər yaxşı nəticə göstərmək idi. İlk məqsəd qrupdan çıxacaq komandalar sırasında yer almaq oldu. 

    - Qrupda 4-cü yeri tutandan sonra pley-offda fərqli və əzmkar çıxışın sirri nədir?

    - Pley-offda əzmkarlıq daha da yüksəldi. Komanda olaraq sona qədər mübarizə apararaq irəliləməyə çalışdıq. Linaresdə göstərdiyimiz oyuna görə bütün komanda yoldaşlarıma, kapitanımıza, məşqçilərə minnətdarıq.

    - Geriyə baxanda çempionatda ən çətin oyun hansı oldu?

    - Ən çətin oyun FIDE komandasına qarşı oldu. Həm final idi, həm də son oyun olmaqla bərabər rəqibin ən yaxşı heyətə malik olmasını qeyd etməliyəm. FIDE komandasında demək olar super ulduz şahmatçılar mübarizə apardı. Reytinqdə ilk onluqda olan və iyirmilikdə olan şahmatçılar güclü heyət formalaşdırıb. Düzünü desəm FIDE komandasına qarşı mübarizə aparmaq bir az ağır idi. Bununla yanaşı Qazaxıstan komandasıyla oyunu da çətin mübarizə hesab edirəm. 8 oyunda bərabərlik qeydə alındı. Blitsdə udmağımız çətin olmaqla yanaşı həm də komanda ruhunu artırdı. 

    - Hansı qələbədən sonra finala vəsiqə qazanacağınıza inandınız?

    - İspaniya komandası üzərində qələbədən sonra sona qədər irəliləyəcəyimizə inam yarandı. Bunun üçün bütün gücümüzü nümayiş etdirməyə hazır idik.

    - Finalda yorğunluq, bəxtsizlik yoxsa rəqibin təcrübəsi. Hansı məqam komandamıza çətinlik yaratdı?

    - Finalda yorğunluq var idi. Gün ərzində 10-12 saat şahmata baxırdıq. Təsəvvür edin, bu rejimdə gündə 2 oyun oynamaq necə çətinlik yaradır. İlk günlərdə bu çətinliyi hiss etmədik, amma sonradan Gürcüstan, Qazaxıstan, FIDE komandalarıyla matçlarda yorğunluq özünü göstərirdi. 

    - Dünya çempionatında gümüş medal böyük uğurdu. Bu nəticəni Ülviyyənin karyerasında ən böyük nəticə adlandırmaq olar?

    - Gümüş medalın qızılın xəbərçisi olmasını istəyirik. Ümid edirik ki, Azərbaycan komandasının yüksəlişi və ən böyük uğurları irəlidədir.

    - 1992-ci ildə futbol üzrə Danimarka millisi son anda Avropa çempionatına qatıldı və çempion oldu. Azərbaycan millisi də son anda dünya çempionatına qoşuldu və ikinci yeri tutdu. 33 il əvvəl Danimarka millisinin böyük uğurundan xəbəriniz var?

    - Son anda yarışda iştirakımız təsdiqlənəndə Azərbaycan Şahmat Federasiyasınım prezidenti Mahir müəllim 1992-ci ildəki Avropa çempionatında Danimarka yığmasının keçdiyi yolu danışdı və bizə nümunə göstərdi. Həqiqətən idmanın hər sahəsi belədi. Son anda turnirdə iştirakın məlum olanda həm fərdi, həm komanda yarışlarında yaxşı nəticə göstərmək olur.Qızlarla bir-birimizə danışanda bu ənənəni davam etdirməyi düşünürdük. Çox sevinirik ki, dünya çempionatı kimi yarışda ikinci yeri tutduq. 

    - Sonda şahmat həvəskarlarına, sizi dəstəkləyənlərə nə demək istərdiniz?

    - Bizə dəstək olan bütün insanlara təşəkkür edirik. Kapitan İlahə Qədimova, məşqçilər Nicat Abasov, Qədir Hüseynov, federasiya prezidenti Mahir Məmmədova, ailəmizə, dostlara minnətdarıq. Ümid edirəm ki, gümüş medalımız gənclərə, uşaqlara böyük motivasiya olar. Bizim nəticəmiz onların ürəyində işıq yandırar və böyük nəticələr qazanarlar.

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved