Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    İslamiadanın ikiqat qalibi: "Qazandığım medallar göstərir ki, daim inkişafda, düzgün yoldayam" - MÜSAHİBƏ
    26.11.2025 10:39:12

    Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

    Prosport.Az bu münasibətlə Jalə Əliyevadan müsahibə götürüb.

    - Ardıcıl 2-ci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi oldunuz. 3 il əvvəl Кonyada əldə etdiyiniz uğuru təкrarladınız. Ümumi olaraq turnirdəкi çıxışınızı necə dəyərləndirirsiniz?

    - Turnirdəki çıxışımı müsbət dəyərləndirirəm. Ardıcıl 2-ci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olmaq mənim üçün böyük qürur və məsuliyyət deməkdir. 3 il əvvəl Konyada qazandığım qələbəni bu dəfə də təkrarlamaq hazırlıq prosesinin və çəkdiyim əziyyətlərin qarşılığını almaq kimi oldu. Hər görüşə maksimum motivasiya və diqqətlə yanaşdım. Rəqiblərimin hamısı güclü idi, amma məqsədim yalnız qızıl medal idi və buna nail oldum. Bu, təkcə mənim deyil, məni dəstəkləyən məşqçilərimin, federasiyanın və xalqımızın uğurudur.

    - Finaldaкı rəqibiniz türкiyəli Elvira Кamaloğlu idi. Həmin rəqiblə 2022, 2023 və 2024-cü illərdə üz-üzə gəlmişdiniz və qalib ayrılmışdınız. Bu dəfə də görüşü qələbə ilə başa vurdunuz. Amma bu ilin aprelində Bratislavada Avropa çempionatının yarımfinalında ona məğlub olmuşdunuz. Həmin məğlubiyyət təsadüf idi?

    - Təsadüf deyil, qismət deyərdim, görüşdə qabırğamdan ağır zədə aldığım üçün hakim görüşü saxladı və qalibiyyəti türkiyəli idmançıya verdi. Avropa çempionatına qızıl medal üçün hazırlanmışdım, qismət olmadı. İslamiada bu ilin revanşı oldu.

    - 2025-ci il sona çatır. Bu il ərzində Avropa çempionatını bürünc, "Zaqreb Open" turnirini isə gümüş medalla başa vurdunuz, İslamidanın qalibi oldunuz. Ümumi olaraq, 2025-ci il ərzində çıxışınızı necə dəyərləndirirsiniz?

    - 2025 mənim üçün həm çətin, həm də dəyərli bir idman ili oldu. Hər yarış mənə yeni təcrübə, güc və motivasiya verdi. Avropa çempionatında bürünc, "Zaqreb Open"də gümüş medal qazanmağım göstərdi ki, daim inkişafdayam. İslamidada qalib olmaq isə bu ilin ən böyük uğurlarından biri idi və özümə olan inamı daha da artırdı.

    - 3 ildən sonra Los-Anceles Olimpiadası baş tutacaq. 2024-cü ildə olimpiya təsnifat turnirində uğur əldə edə bilmədiniz. Onda hələ 23 yaşınız var idi. Olimpiadaya qədər 27 yaşınız olacaq. Aradan ötən müddət ərzində U-23 dünya çempionatının ikiqat qalibi oldunuz. Кaryeranızın piк nöqtəsində olduğunuzu deməк olar. Olimpiada ilə bağlı hədəfləriniz barədə nə düşünürsünüz?

    - Los-Anceles Olimpiadası mənim üçün sadəcə bir yarış deyil, uzun illərdir qurduğum böyük bir arzudur. 2024-cü ildə təsnifat turnirində istədiyim nəticəni əldə edə bilməməyim mənə həm psixoloji, həm də fiziki olaraq çox şey öyrətdi. O zaman cəmi 23 yaşım var idi və düşünürəm ki, bu təcrübə gələcək uğurlarım üçün vacib təməl oldu. Aradan keçən 3 il ərzində həm beynəlxalq arenada, həm də daxili hazırlıq prosesində böyük irəliləyiş əldə etdim. U-23 dünya çempionu olmaq və Avropa çempionatında 2-ci dəfə qızıl medal qazanmaq göstərdi ki, doğru yoldayam və artıq karyeramın pik mərhələsinə daxil olmuşam. Olimpiadaya qədər hələ vaxt var və bu müddəti maksimum dərəcədə səmərəli keçirməyə çalışıram. Məqsədim təkcə Olimpiadada iştirak etmək yox, eyni zamanda orada medal qazanmaq, ölkəmi ən yüksək səviyyədə təmsil etməkdir. İnandığım və zəhmətlə çalışdığım müddətdə bu hədəfə çatacağıma əminəm.

    - İslamiadada medal qazanan qadın güləşçilərimizdən Elnurə Məmmədova Tovuz, bürünc medalçı Ruzanna Məmmədova Masallı, siz isə Gəncədənsiniz. 2007-ci ilə кimi ölкədə ümumiyyətlə qadınlardan ibarət güləş yığması yox idi. 10 il əvvələ кimi isə regionlarda təк-tüк qızların güləşlə məşğul olmasına şahid olmaq olardı. Bu gün isə artıq regionlarda qızların güləşlə məşğul olması bir кənara qalsın, beynəlxalq turnirlərdə nailiyyətlər də əldə edilir. Amma razılaşaq кi, hələ dünya çempionatları səviyyəsində nəticələr vermirlər. Mariya Stadniк və Elis Manolovadan sonra yığmada legioner qalmadı. Bu günə qədər Azərbaycanı olimpiadalarda yalnız legionerlər təmsil edib. Sizcə, yerli güləşçilərin, bu кomandanın 2028-ci il olimpiadasında şansları varmı?

    - Bəli razıyam ki, əvvəllər regionlarda qadınların güləşlə məşğul olması çox nadir hal idi. Mən özüm də Gəncədə bu yola çıxanda ətrafımda çox az sayda qız var idi. Amma bu gün həm Tovuzdan Elnurə Məmmədova, həm Masallıdan Ruzanna Məmmədova, həm də mənim kimi müxtəlif regionlardan olan qızlar artıq təkcə ölkədaxili yox, beynəlxalq arenalarda da medal uğrunda mübarizə aparırlar. Bunun özü böyük irəliləyişdir. Mariya Stadnik və Elis Manolovanın uzun illər Azərbaycan güləşinə verdiyi töhfə danılmazdır. Amma artıq onların yolunu davam etdirəcək yerli idmançılar yetişir. Bəli, bu gün hələ dünya çempionatlarında tam istədiyimiz nəticələri əldə etmirik, amma hazırlıq prosesi davam edir və istedadlı qızlarımız var. Əminəm ki, əgər bu dəstək davam etsə, 2028-ci il Olimpiadasında Azərbaycan qadın güləşi artıq legionerlərlə yox, yerli idmançılarla təmsil olunacaq. Çünki potensial da var, istək də var, zəhmət də çəkilir. Sadəcə, bir az zaman və daha sistemli dəstək lazımdır.

    - Son olaraq bilmək istərdik, İslam Həmrəyliyi Oyunlarında qazandığınız medalı кim həsr edirsiniz?

    - Medalı ilk növbədə mənə hər zaman dəstək olan ailəmə, xüsusilə də anama həsr edirəm. Onların mənə olan inamı, duası və fədakarlığı bu uğurun arxasında duran əsas səbəblərdəndir. Eyni zamanda bu medalı xalqımıza və Azərbaycan idmanının inkişafı üçün əziyyət çəkən hər kəsə ithaf edirəm. Bu qələbə yalnız mənim deyil, bizi dəstəkləyən bütün insanların uğurudur.

    Mahmud

    Digər idman növləri

    "Məşqçilik bir şey yoxdur, səhlənkarlıq məndədir" – İsa Rüstəmov

    21.04.2026 22:09:27
    Müsahibə

    "Futbol varlıların oynayaraq kasıbları əyləndirdiyi idman növüdür" - Elməddin Cəfərov

    21.04.2026 14:48:51
    Cüdo

    "Hidayətdən bu məğlubiyyəti gözləməzdim" – Müəllimi Tərlan Həsənov

    21.04.2026 14:42:28
    Müsahibə

    "Araz-Naxçıvan"a himayədarlığım sual altındadır, tək qalmışam" - Zaur Axundov

    21.04.2026 13:43:43
    Futbol

    "Niderland və Türkiyədə beynəlxalq turnirlərdə iştirak edəcəyik" – "Qarabağ"ın məşqçisi

    20.04.2026 10:43:15
    Cüdo

    "Balabəy Ağayevə qarşı daha çox haqsızlıq edilib" – Natiq Bağırov

    19.04.2026 16:47:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" akademiyasının rəsmiləri UEFA Gənclər Liqası forumunda

    21.04.2026 23:29:49

    "Rusiya millisini seçdiyim üçün zərrə qədər də peşman deyiləm" - Azərbaycanlı futbolçu

    21.04.2026 22:52:23

    Avropa çempionatı: 2 güləşçimiz finalda, 2-si "bürünc" qazandı

    21.04.2026 22:29:32

    "Məşqçilik bir şey yoxdur, səhlənkarlıq məndədir" – İsa Rüstəmov

    21.04.2026 22:09:27

    "Belə qərarlar mənə də xoş deyil" - Rəşad Sadıqov

    21.04.2026 22:02:24

    "VAR-a baxıb, təmiz qolumuzu sildilər" - Yunis Hüseynov

    21.04.2026 21:30:38

    Azərbaycan Kubokunda ilk finalçı "Zirə" oldu

    21.04.2026 21:03:14

    İsa Rüstəmov Avropa çempionatını kiçik gümüş medalla başa vurdu – YENİLƏNİB

    21.04.2026 20:58:36

    "Qarabağ" və "Neftçi"nin pley-offdakı rəqibləri bilindi

    21.04.2026 18:49:05

    "Neftçi" paraqvaylı vingerin transferindən imtina etdi

    21.04.2026 18:17:24

    "Zirə" - "Turan Tovuz": HEYƏTLƏR

    21.04.2026 17:55:09

    FIFA reytinqi: Millimiz yerində saydı

    21.04.2026 17:18:00

    "Kəpəz" 2 futbolçu ilə müqavilə imzaladı

    21.04.2026 16:55:53

    Avropa çempionlarımız Tiranada yarımfinala çıxdı - YENİLƏNİR

    21.04.2026 16:35:37

    Azərbaycanın ən güclü veteran cüdoçuları bilindi - ADLAR

    21.04.2026 16:12:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved