"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk matçına çıxıb.
Prosport.Az xəbər verir ki, Bakıda "Benfika"nı qəbul edən Azərbaycan çempionu böyük hesabla uduzub - 0:9.
Görüş Bakı İdman Sarayında keçirilib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu dekabrın 5-də Portuqaliyada keçiriləcək. Cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – "Sportinq" (Portuqaliya) duelinin qalibi ilə qarşılaşacaq.
