Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Bakıda Dünya Kuboku keçiriləcək – Mükafat fondu bilindi
    19.11.2025 16:05:11

    2026-cı ilin oktyabr ayında Bakı Su İdmanı Sarayı üzgüçülük idmanının ən nüfuzlu yarışlarından birinə – “Silk Road” (İpək Yolu) Dünya Kubokuna ev sahibliyi edəcək.

    Prosport.Az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləm 2026-cı ilin 1-3 oktyabr tarixlərində Dünya Kubokunun Bakıda keçirilməsinə dair rəsmi müqavilə imzalayıb. İmzalanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

    Bu, World Aquatics-in Azərbaycanda keçirəcəyi ilk yarış olsa da, ölkəmizin 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və 2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalı kimi multiidman yarışlarını keçirmə təcrübəsi var. Zaur Əliyev təşkilatçılıqla bağl bunu deyib:

    “Bakı şəhərinin 2026-cı il üzgüçülük üzrə Dünya Kubokunun açılış mərhələsi kimi seçilməsi ölkəmizin su idmanı üçün əlamətdar bir mərhələdir. Su İdmanı Sarayı son 10 ildə bir neçə böyük beynəlxalq tədbirə ev sahibliyi edib və ilk dəfə Dünya Su İdmanı Federasiyasının yarışına ev sahibliyi etmək ambisiyalarımızı yeni səviyyəyə qaldırır. Dünyanın ən güclü üzgüçülərini Azərbaycana dəvət etməyi və bu idman növünün inkişafına, gənc idmançılara ilham verməyə və Dünya Su İdmanı Federasiyası ilə tərəfdaşlığımızı gücləndirməyə sadiq olduğumuzu nümayiş etdirməyi səbirsizliklə gözləyirik”.

    Qeyd edək ki, “Silk Road” Dünya Kubokunun ilk mərhələsi məhz Bakıda təşkil olunacaq. Yarışın növbəti mərhələləri isə 8-10 oktyabrda Daşkənd (Özbəkistan) və 15-17 oktyabrda Astana (Qazaxıstan) şəhərlərində keçiriləcək. Mükafat fondu 1,2 milyon dollar olacaq. 50-dən çox ölkənin 750-dən çox idmançısı bu böyük mükafat fondunun bir hissəsi uğrunda mübarizə aparacaq. Xüsusilə, dünya rekordu qıranlar və tac qalibləri hər müstəsna çıxış üçün 10 min dollar alacaq.

    Bu ilin oktyabrında bu yarış ABŞ-nin Karmel, Vestmont və Kanadanın Toronto şəhərlərində baş tutub.

    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Sumo üzrə dünya çempionatı başlayır - BAKIDA

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Digər idman növləri

    Millimiz Avropa çempionatında bürünc medal qazandı - FOTOLAR

    17.10.2026 12:07:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved