Kişi voleybolçulardan ibarət "Xarı Bülbül" (Şuşa) klubunun Çağırış Kubokundakı rəqibi müəyyənləşib.
Prosport.Az-ın məlumatına görə, Şuşa təmsilçisi 1/32 final mərhələsində Slovakiyanın "Spartak" (Miyava) kollektivi ilə üz-üzə gələcək.
"Xarı Bülbül" ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, bu raundun birinci görüşləri 24-26 oktyabr, cavab qarşılaşmaları isə 31 oktyabr – 2 noyabr tarixlərindən birində olacaq.

