Bu gün DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və İslandiya yığmalarının start heyətləri açıqlanıb.
Prosport.Az xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov, Emin Mahmudov (k), Abdulla Xaybullayev, Rüfət Abbasov, Toral Bayramov, Xəyal Əliyev, Nəriman Axundzadə
İslandiya: Elias Olaffson, Mikael Ellerston, Daniel Qrettarson, Sverrir İnqason, Viktor Palsson, Hakon Arnar Haraldsson (k), İsak Youhannesson, Yohan Qudmundsson, Kristian Hlinsson, Andri Qudyonsen, Albert Qyudmyundsson
Qeyd edək ki, Azərbaycan - İslandiya matçı bu gün, 8-ci km qəsəbə stadionunda, saat 21:00-da start götürəcək.
